Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • QKU tələbələri “Tək Sağlamlıq: Qida Təhlükəsizliyi üçün Çağırışlar”da iştirak ediblər

QKU tələbələri “Tək Sağlamlıq: Qida Təhlükəsizliyi üçün Çağırışlar”da iştirak ediblər

Qərbi Kaspi Universitetinin tələbələri və müəllimi “Tək Sağlamlıq: Qida Təhlükəsizliyi üçün Çağırışlar” adlı beynəlxalq konfransda iştirak ediblər.

Onlayn formatda keçirilən konfrans Litva Sağlamlıq Elmləri Universitetinin təşkilatçılığı ilə baş tutub.

Biologiya ixtisasının tələbələri “Invisible Biological and Systemic Threats in Meat Food Safety: A One Health Assessment of Azerbaijan’s Production Chain” mövzusunda elmi təqdimatla çıxış ediblər.

Tədqiqat işi ət məhsullarının təhlükəsizliyi sahəsində mövcud olan görünməyən bioloji və sistem risklərinin “One Health” yanaşması çərçivəsində qiymətləndirilməsinə həsr olunub.

Araşdırmada istehsal zəncirində mövcud potensial risk faktorları elmi əsaslarla təhlil edilib, qida təhlükəsizliyi, insan sağlamlığı və ətraf mühit arasındakı qarşılıqlı əlaqələr diqqət mərkəzinə çıxarılıb.