Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"Salam, Yeni Tələbə" adlı tanışlıq tədbiri keçirilib

Qərbi Kaspi Universitetin birinci kurs tələbələrinin iştirakı ilə "Salam, Yeni Tələbə" adlı tanışlıq tədbiri keçirilib.

Tədbirdə çıxış edən universitetin rektorəvəzi Zenfira Məmmədova Qərbi Kaspi Universitetinin tələbələrini təbrik edib, universitetin son illərdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Z.Məmmədova qeyd edib ki, tədris proqramlarının müasirləşdirilməsi, təhsil keyfiyyətinin artırılması yönündə ardıcıl tədbirlər, infrastrukturun və maddi-texniki bazanın yaxşılaşdırılması özünü beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da göstərir: "Bu il dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən reytinqdə Qərbi Kaspi Universiteti 1240-dək dünya universiteti arasında 601+ yerdə qərarlaşıb. Universitetimiz ən yaxşı nəticəni xüsusilə 5 məqsəd üzrə əldə edib və bu istiqamətlərdə dünyanın ən yaxşı 201-300 universitetindən biri olub".

Milli Məclisin deputatı, Qərbi Kaspi Universitetinin müəllimi, Siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə və siyasi elmlər doktoru, professor Vəsilə Hacıyeva isə qeyd ediblər ki, Qərbi Kaspi Universitetinə qəbul olan tələbələr qarşıdakı 4 il ərzində peşəkar kadr kimi formalaşmaq üçün şans əldə ediblər.

Daha sonra tələbələrə qruplar şəklində ayrı-ayrı ixtisaslar üzrə təqdimatlar edilib.

Tədbirdən hazırlanmış sujeti bu linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=wNRgbYH3iUA