Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin Texnoparkı konfransda Xseron süni intellekt modulunu nümayiş etdirib

Qərbi Kaspi Universitetinin Texnoparkı konfransda Xseron süni intellekt modulunu nümayiş etdirib

Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib.

Qərbi Kaspi Universiteti Texnoparkında işlənən Xseron adlı süni intellekt modulu da konfransda sərgilənib.

Tədbir zamanı startap layihələrinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.

Xseron süni intellek modulu sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Xatırladaq ki, bu qurğuda bütün əməliyyatlar süni intellekt tərəfindən idarə olunur. Radiodalğa ilə idarəedən əlcək 6 təkərli modulu 1000 metrədək məsafədən idarə edə bilir, hər hansı bir istənilən bucaq altında dönə bilir. İrəli-geri hərəkət əlin hərəkətilə tənzimlənir.

Tərkibində müxtəlif sensorlar var: Alov, temperatur, nəmlik, qaz axını sensorları və s.

Bütün informasiya internet olmaq şərtilə hər yerə göndərilə bilər. Robot qoldan istifadə olunaraq yanğın olan ərazini yanğınsöndürmə kürəciyi vasitəsilə söndürmək mümkün olur. Modulu drona da çevirmək mümkündür. Dron yanğın ərazisinə yanğınsöndürmə kürəciyini ata bilər.

Avadanlığın sxemini və proqram təminatını tələbəmiz, universitetimizin Texnoparkında fəal olaraq məşğələlərdə iştirak edən Cəbrayıl Şahbazov və məktəbli Murad Eyvazzadə hazırlayıb.