Qərbi Kaspi Universiteti

Kurslar

Ömürboyu Təhsil - Haqqımızda

 

Qərbi Kaspi Universiteti Ömürboyu Təhsil Programı 

Yaşından və təhsil səviyyəsindən asılı olmayaraq yeni bilik və bacarıqları öyrənmək, karyerada davamlı inkişaf etmək və müxtəlif sahələrdə ixtisaslaşmaq istəyən şəxslər üçün İXTİSAS KURSLARI təqdim olunur. Təlim universitetin peşəkar müəllimləri və dəvət olunmuş mütəxəssislər tərəfindən onlayn və ənənəvi formatda həyata keçirilir. Kursu bitirənlər Qərbi Kaspi Universiteti tərəfindən sertifikatla təltif olunur.  

 

Ömürboyu Təhsil NƏDİR? 

  • Peşəkar inkişaf 
  • Fərdi inkişaf 
  • Zehni inkişaf 
  • Maraq dairəsinin genişləndirilməsi 
  • Aktual olan praktik bililklərin əldə edilməsi 
  • Məşğulluq imkanlarının artırılması 
  • Sosial mühitin genişləndirilməsi  

 

VİZYONUMUZ 

Bizim vizyonumuz ölkəmizdə və dünyada baş verən inkişafı izləyərək, yüksək keyfiyyətli öyrənmə metodlarını təqdim etməklə, cəmiyyətin ehtiyac duyduğu ixtisaslı işçi qüvvəsi imkanlarını yaratmaq, bütün təhsil səviyyələrindən olan şəxslərin ömür boyu inkişaf proseslərinə töhfə verən innovativ və qabaqcıl təhsil mərkəzi olmaqdır.

MİSSİYAMIZ 

Mərkəz cəmiyyətin tələblərini və insanların daim dəyişən ehtiyaclarını müəyyən edərək bu ehtiyaclara cavab verəcək innovativ və keyfiyyətli öyrənmə imkanlarını təmin etməklə milli və beynəlxalq səviyyədə ayrı-ayrı şəxslərə, universitet tələbələrinə, məktəb şagirdlərinə, dövlət qurum təşkilatlarına, özəl sektor işçilərinə təqdim etməklə cəmiyyətimizin və ölkəmizin inkişafını təmin etmək missiyasına malikdir.