Qərbi Kaspi Universiteti

Elmi tədqiqat

Xəzər Dənizi Problemləri” Elmi-Tədqiqat Mərkəzi

Mərkəz 2019-cu ildə iyul ayında təsis edilmişdir.

Mərkəzin yaradılmasının məqsədi

  • Xəzər dənizi və onun hövzəsinə aid olan daxili suların biologiyası və ekologiyası haqqında yeni bilik əldə etməyə hədəflənən fundamental, axtarış və tətbiqi xarakterli elmi tədqiqatların aparılması;
  • Xəzər dənizinə təbii amillərin (ilk növbədə iqlim dəyişiklikləri) və antropogen faktorun təsiri ilə bağlı risklərin proqnozunun elmi təminatı və bu risklərin minimuma endirilməsi yollarının müəyyənləşdirilməsi;
  • Təbiətdən rasional istifadənin nəzəri əsaslarının hazırlanması;
  • Ölkə elminin nailiyyətlərinin və təbiətin mühafizəsinin beynəlxalq metodlarının populyarlaşdırılması;
  • Mərkəzdə həyata keçirilən elmi-tədqiqat işləri ilə Universitetdə aparılan təlim-tərbiyə prosesi arasında sıx qarşılıqlı əlaqənin təmin edilməsi.

Mərkəzin əsas fəaliyyət istiqamətləri:

Fundamental, axtarış və tətbiqi xarakterli elmi tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır:

  • Xəzər dənizi və onun hövzəsinə aid olan su obyektlərinin flora və faunası;
  • Xəzər dənizi və onun hövzəsinə aid olan daxili sularda maddələrin bioloji dövranı;
  • suda yaşayan orqanizmlərin, onların populyasiya və birliklərinin ekologiyası;
  • su bioresurslarından rasional istifadənin elmi əsaslarının hazırlanması;
  • Xəzər dənizində və onun hövzəsində akvakulturanın inkişaf etdirilməsininelmi əsaslarının və yollarının hazırlanması;
  • Təbii faktorların təsiri və insanın təsərrüfat fəaliyyəti nəticəsində Xəzərin və onun hövzəsinə aid olan su obyektlərinin vəziyyətində baş verən dəyişikliklərin proqnozlaşdırılması;
  • Su orqanizmlərinin adaptasiya və təkamülü proseslərinin genetik və fizioloji-biokimyəvi aspektləri.

 

Elmi tədqiqatlar ilə tədris prosesi arasındakı əlaqə

aşağıdakı istiqamətlərdə aparılır:

 

  • Mərkəzdə həyata keçirilən elmi-tədqiqat işləri ilə Universitetdə aparılan təlim-tərbiyə prosesi arasında sıx qarşılıqlı əlaqənin təmin edilməsi Universitet müəllimlərinin, doktorantlarının və tələbələrinin Mərkəzdə aparılan elmi-tədqiqat işlərinə cəlb edilməsi, Mərkəzin elmi işçilərinin pedaqoji fəaliyyətə aktiv cəlb edilməsi, həmçinin tədqiqatların nəticələrinin tədris prosesində maksimal istifadəsi yolu ilə həyata keçirilir;
  • Mərkəzinfəaliyyət profili üzrə Universitetdə təhsil alan tələbə, magistr və doktorantlara elmi-tədqiqat işlərinin, o cümlədən kurs və diplom işlərinin, dissertasiyalarının yerinə yetirilməsində yaxından iştirak edir, onlara Mərkəzin laboratoriyalarından tam istifadə etmək şəraiti yaradır, istehsalat təcrübə proqramının yerinə yetirilməsi üçün lazımi şərait yaradır;
  • Mərkəzin əməkdaşları (fəaliyyət profili üzrə) Universitetin tələbə, magistr və doktorantlarının elmi işlərinə rəhbərlik edir;
  • Təhsilin magistr və doktorantura pillələrində yüksək bilik və bacarığa malik elmi işçilərhazırlayır;
  • Professor – müəllim heyətinin elmi peşəkarlığının artırılması məqsədilə təkmilləşdirilmə kursları yaradır.
  • Elmi məqsədlərlə həm Respublika ərazisində, həm də digər ölkələrin ərazisində (beynəlxalq ekspedisiyaların tərkib hissəsi kimi) ekspedisiya (çöl) işlərini həyata keçirir.
  • Xəzər dənizi akvatoriyasındabaş verən fiziki, kimyəvi, bioloji və geoloji proseslər haqqında ətraflı məlumat toplamaq məqsədilə müntəzəm (monitorinq tipli) ekspedisiyalar təşkil edir.
  • Elmi və elmi-texniki elektron məlumat bazalarının yaradılması, herbari və kolleksiyaların toplanması, xəritələr və digər kartoqrafik məlumatların hazırlanması.
  • Patent və lisenziyalaşdırma işlərinin həyata keçirilməsi və innovativ fəaliyyət.
  • Respublika və beynəlxalq elmi proqram və layihələrin həyata keçirilməsində, elmi proqnozların hazırlanmasında, elmi və texniki ekspertizaların aparılmasında iştirak.
  • Həm Respublika, həm də Beynəlxalq səviyyəli simpozium, konqreslər, seminarlar, konfranslar, sərgilər, müsabiqələr təşkil edir, biliklərin və məlumatlar yayılmasının digər formalarından istifadə edir. Gənc tədqiqatçıların elmi-tədqiqat işlərinin yerinə yetirməsi üçün müxtəlif məktəb-konfranslar, yay-qış məktəbləri təşkil edir.
  • Elmi-tədqiqat işlərinin həyata keçirilməsi zamanı gəmi ilə sərnişinlərin(ekspedisiya üzvlərinin) və yüklərin daşınması daxil olmaqla nəqliyyat və nəqliyyat-ekspedisiya xidmətləri göstərir.
  • Ayrı-ayrı elmi məsələlərin həlli üçün Universitetin tərkibində müəyyən müddətəkompleks tematik qruplar, həmçinin elmi ekspedisiyalar yaradmaq mümkündür.

 

Mərkəzin strukturu və aparılacaq elmi-tədqiqat işləri

Mərkəzin əsas struktur bölmələri elmi-tədqiqat şöbələri və laboratoriyadır.

Mərkəzin əsas struktur bölmələrində aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılacaqdır:

-           Dəniz səviyyəsinin tərəddüdü;

-           Dəniz dibi relyefinin tədqiqi;

-           Meteoroloji, hidroloji, hidrofiziki tədqiqatlar;

-           Atmosfer havasının keyfiyyəti üzrə tədqiqatlar. Onun çirklənməsinin indikatoru olan bəzi qazların kəmiyyət göstəriciləri üzrə tədqiqatlar;

  • Qamma şüalanma fonunun ölçülməsi üzrə tədqiqatlar;
  • Dəniz mikroorqanizmləri potensial antimikrob preparatların mənbəyi nöqteyi-nəzərindən tədqiqatlar;

-           Dəniz sularının keyfiyyətinin öyrənilməsi üzrə tədqiqatlar, kimyəvi və bioloji çirklənmə zonalarının müəyyənləşdirilməsi üzrə tədqiqatlar;

-           Dib çöküntülərinin keyfiyyətinin öyrənilməsi üzrə tədqiqatlar;

-           Dəniz sularında və dib çöküntülərində mikrofloranın öyrənilməsi üzrə tədqiqatlar;

  • Fitoplanktonun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
  • Zooplanktonun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
  • Bakteriaplanktonun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
  • Makrozoobentosun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
  • Perifitonun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
  • Fitobentosun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
  • İxtiofaunanın vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
  • Ornitofaunanın öyrənilməsi üzrə tədqiqatlar;
  • Akvakultura (marikultura) sahəsində tədqiqatlar;
  • Xəzər Dənizin canlıların taxsonomiyasının reviziyası və genetik analizlərlə təsdiqi;
  • Dəniz Bioloji Stansiyası sahilində quraşdırılmış külək enerji qurğusunun işinin öyrənilməsi üzrə tədqiqatlar.
  • Dəniz Bioloji Stansiyasının laboratoriyasında biologiya, su bioehtiyatları və akvabitkilər, su bioehtiyatları və akvakultura, ekologiya ixtisaslarınınaşağıdakı fənnlər üzrə praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulub:
  • hidrobiologiya;
  • onurğazıslar zoologiyası;
  • onurgalılar zoologiyası;
  • ixtiologiya;
  • marikulturanın biotexnologiyası;
  • dəniz orqanizmlərinin toksikologiyası;
  • balıqların yemləndirilməsi və s.

Mərkəzin elektrikə olan təlabatı tam olaraq günəş enerjisinin hesabına təmin edilir.                                                                                                                        

x