Qərbi Kaspi Universiteti bu fənni öz tədris proqramına daxil edib. 2001-ci ildən isə, yəni BMT və YUNESKO-nun qərarından 4 il öncə, Təhsil Nazirliyi ölkənin ali və orta məktəblərində davamlı insan potensialına əsaslanan fənnin tədrisini geniş miqyasda həyata keçirməyə başlayıb.
Artıq 2003-cü ildən Azərbaycanda ali və orta ümumtəhsil məktəbləri üçün bu fənnə aid dünyada ilk dərs proqramı hazırlanıb, dərslik və dərs vəsaitləri Təhsil Nazirliyi tərəfindən təsdiq və nəşr edilib. Azərbaycan dünyada birinci ölkə idi ki, davamlı insan potensialına əsaslanan inkişafı ümumi təhsilə daxil edib.
Azərbaycan təhsilinin bu istiqamətdə əldə etdiyi nailiyyətlər haqqında məlumatları BMT-nin Baş Qərargahı (Nyu-York) dünya üzrə yayıb və bu təşkilat ölkəmizdə hazırlanmış, inglis dilində dərc edilmiş dərs vəsaitini digər ölkə və təşkilatların istifadəsi üçün öz saytında yerləşdirilib.
Bütün bu fəaliyyət ölkənin təhsil strategiyası əsasında həyata keçirilməkdədir.
Məlum olduğu kimi, son illər Azərbaycan Respublikası davamlı insan inkişafının planlaşdırılması və idarə edilməsi sahəsində çox yüksək nailiyyətlər əldə edib.
Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş təsnifata əsasən insan potensialının inkişafında yüksək nəticələr əldə etmiş ölkələr qrupuna daxil edilib.
Qlobal miqyasda inkişafa bu cür uğurlu yanaşma insanın cəmiyyətə xas olan iqtisadi, ekoloji və ictimai faktorların daşıyıcısı olması ideyasını və insan inkişafının milli strategiyalarını dəstəkləyir. Bu baxımdan milli inkişaf istitutlarının yaradılması inkişaf konsepsiyasının həyata keçirilməsinin vacib elementlərindən biridir. Azərbaycanda İnsan İnkişafı İnstitutu insan təkamülünü öyrənmək və təhsil strukturlarının bu istiqamətdə iş aparması üçün təbliğat aparmaq məqsədilə yaradılmışdır. İnstitutun fəaliyyət dairəsinə aşağıdakılar daxildir:
- İnsan inkişafının müasir şəraitini öyrənmək və tədqiq etmək, bu prosesə təsir qöstərən iqtisadi, ekoloji və ictimai fakorları müəyyənləşdirmək;
- Komponentlərin dinamikasına və qöstəri-cilərinə əsasən insan inkişafının şəraitini qiymətləndirmək məqsədilə mövcud qanuna uyğunluqları aşkara çıxararaq və insan inkişafını sürətləndirmək məqsədilə əhalinin aztəminatlı təbəqələri üçün layihələr hazırlayıb həyata keçirmək;
- Milli insan inkişafı strateqiyasının və konsepsiyasının həyata keçirilməsində iştirak etmək.
İnstitut insan inkişafını sürətləndirməyə yönəldilmiş kompleks işlər qörür və bu sahədə aparılan tədqiqat işlərini əlaqələndirir. Ən əsas vəzifələrdən biri insan inkişafı barədə bilgiləri cəmiyyət üzvləri, xüsusilə də gənclər arasında yaymaqdan ibarətdir. İnstitutun əsas məqsədlərindən biridə digər dövlət və qeyri-dövlət orqanları, hökümət və qeyri-hökümət təşkilatları, yerli və xarici institutlarla əməkdaşlıq etməkdir. İnstitut tərəfindən aşağıda göstərilən sahələr üzrə tədqiqatlar aparılır:
- təbii, ekoloji və ictimai mühit və onların insan inkişafına təsiri
- insan inkişafının gender aspektləri
- əhalinin ən imtiyazsız təbəqələri (qaçqınlar, əlillər, yaşlılar və qadınlar)
- insan inkişafının səviyyəsində mövcud olan regional fərqlər və onların aradan qaldırılması.
Qərbi Kaspi Universiteti Azərbaycanda insan inkişafına dair təhsilin təmin olunmasının və Azərbaycan cəmiyyətinə bu biliklərin aşılanmasının təşəbbüskarı kimi çıxış etmişdir. 2001-ci ildə ölkədə ilk dəfə olaraq Qərb Universitetində İnsan İnkişafı İnstitutu təsis edilmişdir. Sabit inkişafın müxtəlif aspektləri üzrə, o cümlədən sabit insan inkişafı üzrə biliklərin təbliği və yayılması bu İnstitutun fəaliyyətində prioritet istiqamətdir. 2002-2003-cü tədris ilindən başlayaraq Universitetin bütün fakültələrində sabit inkişafın və sabit insan inkişafının əsasları üzrə ümumi kurslar tədris edilir. Bu sahədə seminarlar (Məsələn: aprel 2003, «Azərbaycanda sabit ekoturizm və milli parkların sistemi», Böyük Britaniya-nın Darrel İnstitutu, Kent Universiteti ilə birgə; mart 2005, ABŞ-nin Missisipi Universiteti ilə birgə «Sabit İnsan İnkişafına istiqamətlənmiş ekoloji menecment») təşkil olunur, müvafiq tədris proqramları hazırlanır ki, bu proqramlara uyqun olaraq ölkənin digər tədris ocaqlarında da müvafiq kursların tədris edilməsi üçün imkanlar araşdırılır. Eyni zamanda İnstitut Azəraycanda, 1995-ci ildən BMT-nin İnkişaf Proqramının təşəbbüsü və dəstəyi ilə tərtib olunan insan inkişafı üzrə illik hesabatların hazırlanma-sında fəal iştirak edir. İnstitutun elmi-tədqi-qat fəaliyyətinin əhəmiyyətli hissəsini etnik biliklərin toplanması və öyrənilməsi üzrə tədqiqatlar, sabit inkişaf üzrə ümumi və xüsusi tədris materiallarının hazırlanması təşkil edir.
Hazırda Azərbaycan hökümətı ölkənin sabit inkişafının təmin olunması üçün mühüm işlər aparır. O cümlədən, müvafiq Nazirliklər tərəfindən sabit inkişaf prinsiplərə əsaslanan milli və regional inkişaf konsepsiyası işlənib hazırlanmışdır. Bu baxımdan Qərbi Kaspi Universitetinin nəzdində təsis olunmuş İnsan İnkişafı İnstitutunun fəaliyyəti ölkənin təbii və insan ehtiyatlarının idarə olunması sahəsində müasir üsullara və biliklərə yiyələnmiş yüksək ixtisaslı yerli kadrların hazırlanmasına və Azərbaycan cəmiyyətində sabit inkişaf haqqında biliklərin yayilmasına istiqamətlənmiş ümummilli səylər sırasındadır.
Əlaqə: