Qərbi Kaspi Universiteti

Elmi tədqiqat

Gender Araşdırmaları Mərkəzi

Gender araşdırmaları mərkəzi 2000-ci il iyun ayında təsis edilmişdir. Mərkəzin missiyası Azərbaycan cəmiyyətinə yeni olan gender üsulunun yayılması və inkişafı, həmçinin bu üsulun elmi tədqiqatlara və tədris proqramlarına inteqrasiyasıdır. Mərkəz öz tərkibində müxtəlif sosial və humanitar fənnlərdə (fəlsəfə, iqtisadi nəzəriyyə, hüquq, tarix, psixologiya, sosiologiya, siyasi elmlər və kulturologiya) gender yanaşmasının inkişafı ilə əlaqədar müəllim və tədqiqatçıları cəmləşdirməyə çalışır.

Mərkəz Azərbaycan Respublikasının 11 ali təhsil müəssisəni və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən 42 müəllim və tədqiqatçı heyətindən ibarətdir

Gender Araşdırmaları Mərkəzinin fəaliyyət istiqamətlərinə daxildir:

  • Gender və qadın problemləri ilə bağlı tədqiqatların aparılması;
  • Gender nəzəriyyəsinin ictimai və humanitar elmlərə inteqrasiyası;
  • Elmi və ictimai əlaqələrin inkişafı;
  • Qlobal miqyasda konfrans, seminar, simpoziumların keçirilməsi və onlarda iştirak;
  • Gender tədqiqatlarına aid nəşrlər;
  • Tədris və elmi fəaliyyət;

Mərkəzin əsas məqsədi aşağıdakı problemləri təhlil və müzakirə etməkdən ibarətdir:

  • Şəxsiyyət və onun cəmiyyətlə münasibətləri
  • Azadlıq və onun məhdudiyyətləri
  • İnsanlar arasındakı fərqlər və bərabər hüquqluluq zərurəti
  • Nigah, ailə və din
  • Ənənəvi və demokratik dəyərlər

Tədbirlər:

  • Elmi Nəşr: "Gender, elm və təhsil" – (Səbuhi Sultanov), Qərbi Kaspi Universiteti,
  • Beynəlxalq Elmi Konfrans: "Qloballaşan dünyada dəyişən gender rolları" 05 dekabr 2015-ci il tarixində (Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qərbi Kaspi Universiteti Gender Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə)
  • 2017-ci ildən Gender problemləri mövzusunda bütün ixtisaslarda seçmə dərslər təklif edilir.
  • Mərkəz tərəfindən aparılmış sorğun nəticəsində müəyyən edilmişdir ki, Universitetin 2020-2021-ci illərdə işçilərin kişi qadın nisbəti 52%-48% olduğu halda, tələbələr arasında bu nisbət 51%-49%.
  • Qərbi Kaspi Universiteti tələbə və universitet işçilərinin insan hüquqlarını tanıyır və universitetin Gender Araşdırmalar Mərkəzi cinsi azlıqların ayrı-seçkiliyə məruz qalmadığını və hamı ilə bərabər imkanlara sahib olduğunu bəyan edir.
  • Erkən evlilik və onun sosial nəticələri mövzusunda maarifləndirici görüş.

Əlaqə

gender.research@wcu.edu.az  

Faydalı linklər

x