Qərbi Kaspi Universiteti

Elmi Mərkəzlər

Dağ mədəniyyətləri və landşaftları tədqiqat institutu

                     

 

FAO qadın Komitəsi etik dağ modasını qeyd edir (18.03.21)

Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutu - elmi araşdırma fəaliyyəti ilə məşğuldur. Tələbələrin həm ətraflı, həm dərin məlumatlar əldə etməsi imkanları ilə dağ subyektlərinə diqqət yetirmək üçün innovativ proqramlar hazırlamaq, fərdi tədqiqatlar, təcrübi öyrənmə Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutunun əsas missiyalarından biridir. Dağların mühafizəsinə diqqətin daha da artırılması, dağ mədəniyyətlərinin qorunmasında tövsiyyələrin müəyyənləşdirilməsi, yox olma təhlükəsi ilə üzləşən dağ mədəniyyətlərinin qorunma statusu altına alınması, dağ mədəniyyəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı və s. mövzular institutun əsas müzakirə obyektlərindən biridir. Dağ landşaftları üzrə yüksək səviyyəli tədqiqatların təşviq edilməsi və yayılması üzrə institut digər dövlət və qeyri dövlət orqanları, hökümət və qeyri-hökümət təşkilatları, yerli və xarici institutlarla əməkdaşlıq etməyə can atır. Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutunun tədqiqat işləri eyni zamanda dağ turizminin bir çox aspektləri ilə bağlı inkişaf dinamikasını, perspektivləri izləməyə imkan verir və tələbələrin yeniliklərdən operativ olaraq xəbər tutmasına şərait yaradır.

Davamlı olaraq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edən mərkəzdə bütün lazımı infrastruktur qurulmuşdur. Buraya iclas zalı, Çərəkə Dağ Ekstremal Klubunun Dağ İdman Bazası, Dağ Ekosistemlərinin Tədqiqat İnstitutunun Təcrübə Bazası və s. daxildir.

Mərkəzin enerji tələbatını günəş panelləri vasitəsi ilə qarşılanır.
İnstitut 2013-cü ildən Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyası (UIAA) ilə əməkdaşlıq edir, birgə beynəlxalq tədbirlər keçirir.   

 

Beynəlxalq tədbirlər və konfranslar: 

  1. Qərbi Kaspi Universitetinin maliyyə dəstəyi ilə Dağların Mühafizəsi Mükafatının 27/06/2013 təqdim olunması
  2. Davamlı Turizm Məqsədləri- Beynəlxalq Konfrans 31/10/2013
  3. Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyası- Dağ Qoruma Mükafatı 2015
  4. Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyası ilə görüş: 23/05/2016
  5. Zirvəyə Çatmaq-Müsabiqəsi 
  6. Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyası. Dağ Qoruma Mükafatı - 18/05/2019
  7. “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans 10-12 May 2019

     

                       

    Dağçılıq  Klubu

    Qayayadırmanma klubu  2008-ci ildən formalaşmışdır. FAİREX -in təşkilatçılığı ilə keçirilmiş yarışlarda bizim tələbələrimiz komanda şəklində iştirak etmiş, mükafatçılar sırasında dəfələrlə yüksək pillələri qazanmışlar. Qayayadırmanma klubu təsis olunduğu gündən bu günədək Universitetimizi fəal şəkildə təmsil etməyə davam edir.

    Dağçılıq klubu 2008-ci ildə yaradılmışdır. Klubun və FAİREX “Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası”nın təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ucqar rayonlarına və yüksək zirvələrinə ekspedisiyalar təşkil edilmişdir. Universitetimizin tələbələri fəal şəkildə bu ekspediyalarda iştirak etmişlər. Hər il Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Qızılqaya silsiləsində yerləşən Heydər Əliyevin adını daşıyan zirvəyə yürüşlər təşkil olunur. Həmçinin Böyük Qafqaz sıra dağlarının Şahdağ, Tufandağ, Bazardüzü və s. zirvələri fəth  olunmuşdur.

    Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyası (UIAA) müqavilə

     

         

    Əlaqə

    imlr@wu.edu.az 

x