Qərbi Kaspi Universiteti

Ümumi Tədqiqat

Ümumi Tədqiqat

Qərbi Kaspi Universitetinin elmi –tədqiqat istiqamətləri

 

Qərbi Kaspi Universiteti tək təhsil ocağı deyil, həm də fundamental elmi tədqiqat işləri aparılan elm mərkəzlərindən biridir. Universitetdə mövcud kafedraların nəzdində yaradılmış elmi-tədqiqat laboratoriyaları ilə yanaşı, bir sıra elmi-tədqiqat institutları da yaradılmış və müasir laborator avadanlıqlarla təchiz olunmuşdur. Elmi-tədqiqat işlərinin müasir dövrün tələblərinə cavab verməsi və həyata keçirilməsində yüksək səviyyəli mütəxəssislərin cəlb edilməsi prosesi dövri olaraq davam etdirilir, xüsusilə gənc kadrlara və universitetin tələbə-magistrlarına elmi fəaliyyətin inkişafında iştirak üçün imkan yaradılır.

 

Təbiət Elmləri üzrə

Xəzərin ekoloji problemlərinə kompleks yanaşma kimi Xəzərə axan çaylar vasitəsilə gələn, sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən axıdılan çirkləndiricilər; dənizdə neft hasilatı və nəqli ilə əlaqədar yaranan ekoloji böhran; Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmələri nəticəsində yaranan problemlərin araşdırılması qarşıya qoyulmuş əsas problemdir. Xəzər dənizinin təmizlənməsi istiqamətində laboratoriyada aparılan tədqiqatlar balıqçılıq sənayesinin inkişafına da müsbət təsir edəcəkdir.

Fərqli ekoloji zonalarda və su hövzələrində yayılmış canlıların müxtəlif molekulyar-genetik tədqiqi genetika laboratoriyasının əsas elmi tədqiqat istiqamətidir. Həmçinin nadir və nəslikəsilməkdə olan bitki növlərinin bərpası və meyvə bitkilərinin artırılması məqsədilə invitro şəraitdə mikroklonal çoxaldılmasının həyata keçirilməsi kafedranın nəznində olan laboratoriyaların gələcək hədəflərindəndir.

 

Dəqiq Elmlər üzrə

Elmi –tədqiqatlar da 100 ildən çoxdur həllini tapmayan Lyapunov şərtini ödəməyən hamar sərhədli oblastlar üçün Neyman və qeyri-hamar sərhədli oblastlar üçün həm də Dirixle məsələlərinin klassik həlli problemi tədqiq olunur. Qarşımıya qoyulan əsas məqsəd Dirixle və Neyman sərhəd məsələlərinin Lyapunov olmayan sərhədli oblastlarda həll edilməsindən ibarətdir.

Sosial Elmlər üzrə

Azərbaycanda davamlı turimzin təşviqi və turizm klastrlarının inkişafının tədqiqi mühüm elmi istiqamətlərdən biridir və əsas məqsəd isə Azərbaycandakı davamlı turuizm ilə əlaqədar mövcud vəziyyəti və ölkənin BMT sisteminin müvafiq strukturları ilə çoxtərəfli əməkdaşlığını təhlilidir.

Humanitar elmilər üzrə

Elmi-tədqiqat işləri də çox aktual mövzulara həsr olunub. Belə ki, tarixin qaranlıq qalmış səhifələrini araşdırmaq, həqiqətləri dünya elminə çatdırmaq üçün fundamental elmi işlərin aparılmasına çox ehtiyac var. 31 martda Azərbaycanda mənfür düşmənlər tərəfindən törədilmiş soyqırım faktlarının araşdırılması və tarixi faktların dünya mətbuatına çatdırılması əsas elmi istiqamətlərdən və qarşıya qoyulmuş məqsədlərdən biridir. Azərbaycan tarixinin qədim dövrdən başlanaraq müstəqillik çağlarına qədər olan müxtəlif siyasi, sosial-iqtisadi, etno-konfessional, mədəni və s. məsələləri xarici tarixşünaslıqda, xüsusilə Sovet tarixşünaslığında mövcud ideoloji təsirlərə məruz qalaraq subyektiv şəkildə tədqiq edilmişdir. Xüsusilə qədim və orta əsrlər dövründə Azərbaycan ərazisində mövcud olmuş etnosların etnik, dini və siyasi tarixi subyektiv şəkildə qondarma konsepsiyalar əsasında araşdırılmışdır