Ömürboyu Təhsil - Müəllimlər
Sefa Bakan
Qərbi Kaspi Universiteti Texnoparkının əməkdaşı və Kiber təhlükəsizlik üzrə ekspertdir.
Hriday Sarma
Hindistan və Qütb Bölgələri üzrə Polar Tədqiqat və Siyasət Təşəbbüsünün əməkdaşıdır. Hindistanın Cəvahərəl Nehru Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəbində Enerji Araşdırmaları Proqramında doktorluq namizədidir.
Hal-hazırda Hriday New Dehlidə, Müdafiə Tədqiqatları və Təhlil İnstitutunda Ziyarətçi Araşdırmaçı vəzifəsində çalışır. Əlavə olaraq, Cənubi Asiya Demokratik Forumunun əməkdaşıdır, Brüsseldə yerləşən düşüncə mərkəzi; Hindistan-Squawk Məsləhətçiləri ilə İş İnkişafı Müdiri, Çikago, ABŞ-da qeydiyyatdan keçmiş məsləhətçi; İtaliyada fəaliyyət göstərən Polo Center for Sustainability təşkilatda Tədqiqatçı Alim və Layihə Məsləhətçisidir, İki region arasında bazar inteqrasiyasının qurulması istiqamətində fəaliyyət göstərən Cənubi Qafqaz-Cənubi Asiya Biznes İnkişaf Mərkəzi qeyri-kommersiya təşkilatına rəhbərlik edir.
Təranə Poladova
Təranə Poladova AMEA Neft-Kimya Prosesləri İnstititunun aparıcı elmi işçisi vəzifəsində çalışmaqla bərabər insititutun nəzdində fəaliyyət göstərən müdafiə seminarının katibi vəzifəsində də işlərini davam etdirmişdir. Hazırda həmin institutda elmlər doktoru səviyyəsində təhsilini davam etdirir və tədqiqatlar aparır. Beynəlxalq və Respublika miqyaslı elmi konfrans, təlim və simpoziumlarda iştirak etmiş, müxtəlif dərəcəli diplom, sertifikat , həmçinin medallarla mükafatlandırılmışdır.
2016-cı ildən ADNSU-nun SABAH qruplarında ingilis və azərbaycan dillərində “Polimerlərin kimyası və fizikası” fənnini tədris edən T.Ə.Poladova 90-dan çox elmi əsərin müəllifidir ki (10-dan çox monoməqalə), onların bir çoxu xarici ölkələrin jurnallarında dərc edilmişdir. Hazırda Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrasının müdiridir.