Qərbi Kaspi Universitetində birinci kurs tələbələri üçün oriyentasiya tədbiri keçirilib.
Qərbi Kaspi Universitetində birinci kurs tələbələri üçün oriyentasiya tədbiri keçirilib.
Qərbi Kaspi Universitetində yeni tədris ilinə başlayan birinci kurs tələbələri üçün oriyentasiya tədbiri təşkil olunub.
Tədbir çərçivəsində tələbələr universitet rəhbərliyi ilə görüşərək ali təhsil mühiti, tədris prosesi və tələbə həyatının müxtəlif istiqamətləri barədə ətraflı məlumat əldə ediblər. Görüş zamanı Qərbi Kaspi Universitetinin təhsil və elmi fəaliyyət sahəsində əldə etdiyi nailiyyətlər, tələbələr üçün yaradılan akademik və institusional imkanlar diqqətə çatdırılıb.
Tələbələrə universitetdə fəaliyyət göstərən tələbə klubları, sosial və ictimai layihələri, eləcə də onların universitet həyatında fəal iştirak imkanları haqqında məlumat verilib. Bununla yanaşı, mübadilə proqramları, beynəlxalq əməkdaşlıq layihələri, xaricdə təhsil və
beynəlxalq akademik imkanlar barədə təqdimatlar keçirilib.
Oriyentasiya tədbirinin əsas məqsədi birinci kurs tələbələrinin universitetin akademik mühiti, institusional strukturu və tələbələr üçün təqdim olunan geniş imkanlarla yaxından tanışlığını təmin etmək, onların ali təhsil həyatına uğurlu inteqrasiyasına dəstək olmaqdır.
Qərbi Kaspi Universiteti yeni tələbələrinin akademik inkişafı, fərdi potensialının reallaşdırılması və beynəlxalq təhsil imkanlarından yararlanması üçün geniş perspektivlər təqdim edir.







