Tələbələrin nəzərinə!!!
Universitet kitabxanasının zəngin fondunda 50 000-dən artıq kitabxana informasiya resursları — dərsliklər, dərs vəsaitləri və müxtəlif elm sahələrinə dair materiallar mövcuddur. Bu resurslardan istifadə etməklə həm dərslərinizə hazırlaşa, həm də maraq dairənizə uyğun yeni məlumatlar əldə edə bilərsiniz.
Araşdırmalarınızı daha da genişləndirmək üçün kitabxanamızın təqdim etdiyi elektron resurslardan yararlana bilərsiniz. EBSCO e-book collection, ProQuest, Scopus, Web of Science və digər məlumat bazalarına giriş imkanı sizə bir milyondan artıq etibarlı informasiya mənbələrindən yararlanmağınıza şərait yaradır.
Qərbi Kaspi Universitetinin Kitabxanası həftəiçi hər gün 08:00–dən 18:00-dək fəaliyyət göstərir.




