School of Economics and Business
Safar Purhani
Professor, Doctor of Economic Sciences, Head of tourism and field economy department
Organization and management of production, Field economics, Customs work
+994 12 565 39 77
sefer.purhani@wcu.edu.az
Mən, Pürhani Səfər Həsən oğlu 15 avqust 1957-ci ildə Gəncə (keçmiş Kirovabad)
şəhərində anadan olmuşam. 1964-cü ildə birinci sinifə getmişəm və 1974-cü ildə Gəncə
şəhəri 25 saylı orta məktəbi bitirmişəm. 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya institutuna "Avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisasına qəbul olunmuşam.1979-cu ildə institutu müvəffəqiyyətlə bitirmişəm və 1980-ci ildə Neft və Kimya institutunun aspiranturasına qəbul olunmuşam. 1984-cü ildə aspiranturanı bitirmişəm.
Əmək fəaliyyətinə 1972-ci ildən Gəncə şəhəri Rabitə qovşağında poçtalyon kimi
başlamışam.Ali təhsilimi başa vurduqdan sonra təyinatla Azərbaycan Elmlər
Akademiyasının Kibernetika İnstitutunda mühəndis kimi çalışmışam.1980-ci ildə
Azərbaycan Politexnik İnstitutunun Gəncə (Kirovabad) filialında mütəxəsis kimi əmək
fəaliyyətimi davam etdirmişəm. 1981-1989-cu illərdə Azərbaycan Texnologiya İnstitutunda lobarant,lobaratoriya müdiri,assistent və dekan müavini vəzifələrində
çalışmışam.1989-1991-ci illərdə Kənd Təsərrüfatı Akademiyasında kafedra müdiri, 1991-1997-ci illərdə Gəncə Elektron Sənaye Texnikumunun direktoru, 1997-2001-ci illərdə Gəncə Dövlət Humanitar Kollecinin direktoru, 2001-2002-ci illər Təfəkkür Universitetinin prorektoru, 2002-2003-cü illər Yazar LTD-nin direktoru, 2003-2007-ci illər Odlar Yurdu Universitetində professor,dekan, prorektor vəzifələrində çalışmışam.Bu illərdə eyni zamanda Milli Aviasiya Akademiyasında 0.5 ştat professor vəzifəsində tədrislə məşğul olmuşam. 2007-2010-cu illər Milli Aviasiya Akademiyasının professoru, 2010-2019-cu illər kafedra müdiri vəzifələrində çalışmışam. 2018-ci ildən Dövlət Gömrük Komitəsinin Akademiyasında saat hesabı müəllim,2019-cu ildən hal-hazıra qədər professor vəzifəsində əmək fəaliyyətimi davam etdirirəm.
1987-ci ildə Moskva Kimya-Texnologiya İnstitutunda elmlər namizədi, 1993-cü ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyalarını müdafiə etmişəm.İqtisad elmləri doktoru, professoram.90-dan çox elmi məqaləm,bir
monoqrafiyam, üç dərsliyim, iki dərs vəsaitim çap edilib. Beynəlxalq və Pespublika
əhəmiyyətli konfranslarda məruzələrlə çıxışlar etmişəm.
Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə (1986,2000), SSRİ Təhsil
Nazirliyinin təşəkkürü və pul mükafatı ilə (1987), Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə (2022) təltif edilmişəm.
Əsas elmi nəşrlər:
· “Hesablama texnika vasitələrinin bazarlarının təşkili” Monoqrafiya - 1991
· “İqtisadiyyat” Dərslik Bakı – 1997
· “İzahı iqtisadi terminlər lüğəti” I-II cild – 2004
· “Qısa izahlı iqtisadi terminlər” 2005
· “Mülki aviasiyanın iqtisadiyyatı” Dərslik – 2012
· “Dünya iqtisadiyyatı” Dərslik I-II cild – 2015
· “Beynəlxalq iqtisadiyyat” Dərs vəsaiti - 2016
· “İstehsalın təşkili və menecmenti” Dərs vəsaiti – 2017
· “Gömrük nəzarəti” Dərslik - 2021