Qərbi Kaspi Universiteti

Fakültələr

Dizayn

Proqram: Dizayn üzrə bakalavr         

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təhsil proqramı:  PDF_fayl >

Matrix:  PDF_fayl >

Tədris planı (qrafik dizayn) 2023:  PDF_fayl >

Tədris planı (interyer dizaynı) 2023:  PDF_fayl >

Tədris dili: Azərbaycan, Rus və İngilis

 Proqram tərkibi >

Dizayn incəsənət, elm və texnikanın sintezidir və insanı əhatə edən mühitin istənilən sahəsində özünü büruzə verən yaradıcı fəaliyyətdir. Məqsədimiz sənaye məmulatlarının struktur və funksional xassələri arasında qarşlıqlı əlaqəni təmin etmək, istehlak xüsusiyyətlərini nəzərə alaraq məmulatı təhlükəsiz, erqonomik, estetik baxımdam cəlbedici etməkdir. Dizayn həm də mühitin vizual və funksional təşkilini rasional şəkildə həll edərək insanın həyatını həmahəng edir.

Dizayn interyer və avadanlıqlar, geyim dizaynı, sənaye dizaynı və qrafikası, landşaft dizaynı, vizual kommunikasiyalar vasitələrinin dizaynı, poliqrafiya məmulatlarının dizaynı və s. üzrə layihələndirmə prosesini əhatə edir.

Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün məktəbdə yaradılan yaradıcılıq emalatxanaları yeni avadanlıq və materiallarla təchiz edilmişdir: metalın və ağacın emalı üçün dəzgahlar, 3D printer, zəruri alətlər və s. Kompüter sinifləri modernləşdirilərək müasir proqram təminatı ilə yeniləndirilmişdir. Tələbələr yeni konsepsiyaya əsasən bədii yaradıcılığın bütün incəliklərinin mənimsənilməsi üçün inteqrativ sistemə uyğun olaraq təhsil alacaqlar ki, buraya bütün fənlərin ənənəvi tədrisi ilə bərabər müasir informasiya texnologiyalarından istifadə də nəzərdə tutulub. Bu konsepsiya memarlıq-dizayn istiqaməti üzrə təhsil alan tələbələrə qrafik mədəniyyətin bütün imkanlarını aşılayaraq layihələndirmənin yeni metodlarından istifadə etməyə imkan yaradacaq.

Universitetdə dizaynerlərin professional hazırlığında təhsilin keyfiyyətinin artırılması məqsədi ilə inteqrativ fənlərin tədrisinə xüsusi diqqət yetirilərək həm mövcud nəzəri və praktiki biliklərdən, həm də seçilmiş istiqamətlər üzrə qabaqcıl dünya universitetlərinin təcrübəsindən istifadə edilir.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Əldə ediləcək bilik və bacarıqlar

  • İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
  • İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
  • Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
  • Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
  • İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
  • Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
  • Yeni şaraitə uyğunlaşmaq, taşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
  • Məsələlərin həlli üçün əlavə malumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
  • Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;

Məzunların iş tapmaq imkanları

Bu proqramın məzunları ixtisas dərəcələrinə uyğun olaraq dövlət müəssisələrində, sərgi salonları və qalereyalarda, bərpa mərkəzində, muzeylərdə, dövlət tarixi-memarlıq qoruqlarında (tarixi-bədii qoruqlarda), özəl təşkilatlarda, şirkətlərdə işləyə bilərlər.