Qərbi Kaspi Universiteti

Fakültələr

Texniki estetika və dizayn

Qərbi Kaspi Universiteti "Texniki estetika və dizayn” üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramını təklif edir.

Proqramın məqsədi:

  • Analitik təfəkkür qabiliyyətinə,müasir tədqiqat metodlarına, kompetensiyalara yiyələnmə
  • Dizayn  sahəsində yeniliklər
  • Bədii və layihə mədəniyyəti inkişaf edən sistem şəraitində mütəxəssislərin peşə hazırlığı
  • Qrafik dizaynı
  • Dizayn mühiti
  • Qrafika

Tədriz çərçivəsində doktorantlar dizayn tarixi, vizual mədəniyyətin nəzəriyyəsi və təctübəsi, dizayn layihələndirmənin müasir metodları, ekoloji aspektləri,dizaynın müasir problemləri,dizaynın müxtəlif istiqamətləri, performativ incəsəntlər və s. ilə bağlı elmi-tədqiqat problemlərini kompleks şəklində həll etməyi öyrənirlər. "Texniki estetika və dizayn” ixtisası üzrə fəlsəfə doktoru proqramı doktorantlara sənətşünaslıq və vizual mədəniyyət sahəsində elmi-pedaqoji fəaliyyəti həyata keçirtmək üçün zəruri biliklər verərək onları müasir və aktual tədris metodikaları ilə taniş edir( məsələn, pedaqoji fəaliyyət zamanı onlayn-texnologiyalardan, inteqrativ metodlardan istifadə).

Universitetin doktorantları və dissertantları elmi işlərin nəticələrinə dair məruzələrlə milli və universitet miqyaslı elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. 

Həmçinin, dissertanlar bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz doktorantları üçün beynəlxalq mütəxəssisləri dəvət edir, belə ki, Portuqaliyadan Ana Filomena Curralo Goncalves, Rusiyadan Nataliya Kornetova, Maria Maltseva, Böyük Britaniyadan Ekaterina Rees-Yaeger, Randall Baker, ABŞ-dan Rise Kelsi, Səid Naxçivani, Kanadadan Duglass Ross, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal. Bundan əlavə, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus proqramında iştirak etmə imkanını təklif edir.

 

Proqramda iştirak və gələcək perspektivlər: 

Bu proqrama qəbul edilən doktorantların (dissertantların)  dizayn ixtisası üzrə mütləq şəkildə tam magistr dərəcəsi olmalıdır. Bu proqrama daxil olan doktorantlar (dissertantlar) həmçinin tədris müəssisələrində, biznes, hökumət və ya qeyri-hökumət təşkilatlarında çalışa bilərlər.