Qərbi Kaspi Universiteti

Fakültələr

Dizayn və texniki estetika

İstiqamət Dizayn

Proqram: Dizayn və texniki estetika üzrə magistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı:  PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

 

Proqram haqqinda

Dizayn və texniki estetika üzrə magistr proqramında dizaynın nəzəri prinsip və tədqiqat metodları, dizayn fəaliyyətinin elmi və metodiki əsasları, dizaynın mövcud və perspektiv istiqamətləri haqqında tələb edilən elmi-tədqiqat işini aparmaq, pedaqoji fəaliyyət çərçivəsində müxtəlif layihə məsələlərini həll etmək geniş və zəruri biliklər əldə etməyə imkan verir. Magistr proqramı üzrə təhsil alan tələbələr dizayn sənətinin tarixi və metodologiyası, dizaynın müasir problemləri ilə bağlı tədqiqatlar aparmaq bacarıqları ilə bərabər dizaynda müasir üsullardan istifadə edərək layihələndirmə proseslərini həyata keçirmək bacarıqlarını da öyrənirlər.

Dizaynın müxtəlif istiqamətlərində modelləşdirmə və layihələndirmə, müasir dizaynın prosesləri, erqonomik göstəricilərin və yüksək kompüter texnologiyalarının tətbiqi ilə sistemli layihələndirmələr, formaların analizi və metodları magistr tədqiqatlarının obyekti kimi seçilə bilər. Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

 

Əldə ediləcək bilik və bacarıqlar 

· Dekorativ sənətin tədrisində və yaradıcılıq prosesində modelləşdirmə üsullarından istifadəyə;

· Yaradıcılıq prosesində sənətşünaslıq üzrə nəzəri biliklərdən istifadəyə;

· Elmi-tədqiqat və yaradıcılıq işlərinin planlaşdırılması və aparılmasına;

· Elmi axtarışların nəticələrinin və yaradıcılıq işlərinin təqdimatını hazırlamağa;

· İxtisasın ümumi mənzərəsini təsvir etmək bacarığına.

 

Məzunların iş tapmaq imkanları

- Dövlət və özəl sektorda

- Təhsil sektorunda

- Qeyri-hökümət təşkilatlarında müvəfəqqiyyətlə işləyə bilər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər