Marketinq
Proqram: Marketinq
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani / qiyabi
Təhsil proqramı: PDF_fayl >
Tədris qrafiki (qiyabi): PDF_fayl >
Tədris qrafiki (əyani): PDF_fayl >
Matrix: PDF_fayl >
PTN: PDF_fayl >
Tədris planı 2023: PDF_fayl >
Tədris planı(qiyabi) 2023: PDF_fayl >
Proqramın məqsədi: PDF
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Marketinq proqramın tərkibi.
Marketinq ixtisas proqramı tələbələrə bazar, istehlakçı, məhsul və xidmətlərin təşkili, satışı və təşviqi ilə bağlı geniş bilik və bacarıqlar öyrədir. Tədris müddətində tələbələr marketinqin əsas prinsipləri və nəzəriyyəsi, istehlakçı davranışının təhlili, marketinq araşdırmaları və bazarin təhlili, məhsul və qiymət siyasəti, reklam, satış təşviqatı və kommunikasiya, rəqəmsal marketinq və sosial media, marketinq menecmenti və strategiyası, beynəlxalq marketinq haqda biliklər əldə edir. Marketinq ixtisası tələbələrə biznesin bazar yönümlü hissəsini idarə etmək üçün lazım olan həm nəzəri, həm də praktiki bilik və bacarıqları verir.
Əldə ediləcək bilik və bacarıqlar
1.Marketinqin əsas prinsipləri, funksiyaları və konsepsiyaları
2.İstehlakçı davranışı və bazar tələbatının analizi
3.Marketinq strategiyaları və planlaşdırma üsulları
4.Məhsul, qiymət, satış kanalları və təşviqat siyasəti
5.Rəqəmsal marketinq və sosial media marketinqi prinsipləri
6.Marketinq araşdırmaları metodları və bazar təhlili
7.Reklam, brendinq və ictimaiyyətlə əlaqələr (PR)
8.Beynəlxalq və qlobal marketinq prinsipləri
9.Biznesin idarə olunması və iqtisadiyyat əsasları
10.Bazarda rəqabət mühitinin və istehlakçı davranışının təhlili
11.Marketinq araşdırmaları aparmaq və nəticələrini təhlil etmək
12.Marketinq strategiyaları və kampaniyaları hazırlamaq və həyata keçirmək
13.Reklam və satış təşviqatı vasitələrindən effektiv istifadə etmək
14.Rəqəmsal platformalarda marketinq kampaniyaları aparmaq
15.Satış kanallarını təşkil etmək və idarə etmək
16.Marketinq layihələrini planlaşdırmaq və icra etmək
17.Komanda şəklində işləmək və kommunikasiya bacarıqlarını inkişaf etdirmək
18.Biznes problemlərinin həllində yaradıcı yanaşmalar tətbiq etmək
19.Təqdimat və təqdimat bacarıqlarını inkişaf etdirmək
Məzunların iş tapmaq imkanları
Məzunlar həm özəl həm dövlət sektorunda kommunikasiya, logistika, marketinq, ictimaiyyətlə əlaqələr, məhsul idarəçisi, brend menecer, müştəri əlaqələrinin idarəedilməsi kimi sahələrdə marketinq mütəxəssisi, marketinq menecer, satış mütəxəssisi, satış meneceri, merehandiser, brend menecer, reklam mütəxəssisi, ictimaiyyətlə əlaqələr, marketinq tədqiqatçısı, logistika mütəxəssisi, biznes analitik, müştəri əlaqələri idarəçisi, rəqəmsal marketinq mütəxəssisi, sosial media meneceri, kommunikasiyaların idarəedilməsi, brendinq mütəxəssisi, brend menecer, məhsul meneceri, e-ticarət mütəxəssisi, istehsalat mütəxəssisi, təchizat zənciri mütəxəssisi, SEO/SEM üzrə mütəxəssis, influencer, databaza marketinqi mütəxəssisi, təchizat üzrə menecer peşələrində işləyə bilərlər.