Qərbi Kaspi Universiteti

Fakültələr

Beynəlxalq turizm və ölkəşünaslıq

İstiqamət Turizm və otelçilik

Proqram: Beynəlxalq turizm və ölkəşünaslıq üzrə magistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2200 AZN

 Proqramın tərkibi >

 

Proqram haqqinda

Beynəlxalq turizm və ölkəşünaslıq üzrə magistr proqramı – tam fənlərarası proqram olaraq, beynəlxalq biznes və beynəlxalq menecmentdə və mədəniyyətlərarası və irsin öyrənilməsi sahəsində turizmin müasir əlaqələndirici kimi öyrənilməsi üzrə proqramdır. Vahid yönümlü təhsil proqramı olaraq, cəmiyyətin dəyişən qlobal tələblərinə və Avropa Birliyinin cəmiyyət inkişafı məqsədlərinə uyğundur.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar 

- Turizm sənayesində proseslərin səmərəliliyinin qiymətləndirilməsi və monitorinq bacarığı

- Turizm sənayesində innovasiya-texnoloji risklərin qiymətləndirilməsi bacarığı

- Müasir standartlar sisteminin turizm sənayesinə tətbiqi bacarığı

- Təbii-iqtisadi və sosial proseslərin təhlilində modelləşdirmə, informasiya texnologiyaları, təlimin informasiya texnologiyası üsullarından istifadə etmək

- Müxtəlif səviyyələrdə (regional, yerli) turizm sənayesinin innovasiyalı layihələrinin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırılmasını həyata keçirmək bacarığı

 

Məzunların iş tapmaq imkanları

- Turizm sahəsində layihə rəhbərləri

- Sahibkarlar

- Məsləhətçilər xidməti

- Məhsulların ixtiraçıları və istehsalçı kimi özəl şirkətlər

- Dövlət və beynəlxalq layihələr

- Təşkilat və müəssisələrində öz peşə fəaliyyətlərini qura bilər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlə

x