Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 9 : Sənaye, İnnovasiya və İnfrastruktur

“Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək”

 

Dünya səviyyəsində infrastruktur inkişaf etdirmək və qorumaq, sahibkarlığa və innovasiyaya investisiya qoymaq bizim əsas prioritetlərimizdən biridir və faydaları həm Universitetimiz daxilində, həm də xaricində hiss oluna bilər. Biz sadəcə tələbələrimizi deyil, eləcə də, cəmiyyətimizdəki hər bir şəxsi yeniliyə açıq olmağa təşviq edirik. Universitetimiz daxilində texniki dəstək verən və öz təcrübəsini (yeni ideyalar və startaplar) hər kəs ilə bölüşən “Texnopark” adlı bir mərkəz var. Bundan əlavə, Texnopark gənc yenilikçiləri tərəfdaşlarımızla əlaqələndirir və layihələrini həyata keçirmələrinə kömək edir. İlk başlarda Texnopark tələbələrimizə layihələrində kömək etmək üçün xidmət göstərirdi, lakin hal-hazırda ictimaiyyət üçün də açıqdır və hər kəsin mütəxəssislərimizdən kömək almağa imkanı var.

 

Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında “Sənaye, İnnovasiya və İnfrastruktur” məqsədi ilə əlaqəli 11 modul təqdim edirik və 600 tələbənin bu modullarda oxumaq imkanı var. Bu proqramlar sayəsində tələbələrimizin auditoriyalarda nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.

Eləcə də, bizim Universitetin nəzdində 2 təhsil ocağımız fəaliyyət göstərir: Qərbi Kaspi Universiteti Tam Orta Məktəb və Qərbi Kaspi Universitetinin Kolleci.

Biz nə edirik

Infrastruktura qoyulan investisiyalar - nəqliyyat, suvarma, enerji, informasiya və kommunikasiya texnologiyaları - bir çox ölkədə dayanıqlı inkişafa nail olmaq və cəmiyyətin gücləndirilməsi üçün çox vacibdir. Məhsuldarlıq və gəlirlərdəki artımın, səhiyyə və təhsilin inkişafı üçün uzunmüddətli infrastruktura investisiya tələb etdiyi qəbul edilmişdir.

Bütün şəhərciklərimiz avtomatik qapılar, yeni havalandırma sistemləri və təcili çıxışları olan müasir infrastrukturla dizayn edilmişdir. Biz həmçinin əminliklə deyə bilərik ki, kampuslarımızda fiziki məhdudiyyətli insanların universitet binalarına rahat girişi təmin olunur. 

Məqsədlə əlaqəli tədbirlər

Bu məqsədlə bağlı kurslar/modullar:

Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər