Qərbi Kaspi Universiteti

Labaratoriya

Smart materiallar laboratoriyası

1. Mərkəzin strategiyası:

Hər bir tədqiqat işi qısamüddətli və ya uzunmüddətli nəticələrin əldə olunmasına istiqamətlənməlidir. Son illərdə bərk cisimlər fizikası, qeyri üzvi və üzvi kimya, materialşünaslıq, nanotexnologiyalar kimi elmi istiqamətlər smart materialların alınmasına və onların fiziki-kimyəvi xassələrinin tədqiqi ilə məşğul olurlar. Bu materialların maraq doğurmasının əsas səbəbi, onların geniş tətbiq imkanlarının olmasıdır. Kiçik həcmli çeviricilərin alınması, sensorların tətbiq edilməsi, cihaz və qurğuların miniatürləşməsi məhz smart materialların tətbiq oblastlarının bariz nümunəsidir. Qərbi Kaspi Universitetində Smart Materiallar Mərkəzinin yaradılması, həm universitetdə elmi-tədqiqatların aparılmasında, həm də tədris prosesində faydalı olacaqdır. Son zamanlarda ölkədə elm və təhsilin integrasiyası istiqamətində aparılan tədbirlərə əsasən bu mərkəzin yaradılması zəruridir. Bu mərkəz, aşağıdakı kafedralar ilə birgə tədqiqat işlərinin aparılmasında və həmin kafedralarda tədris edilən fənnlər üzrə tədris prosesinin aparılmasında istifadə olunacaqdır.

İnformasiya texnologiyaları” kafedrası ilə əməkdaşlıq:

Son zamanlarda informasıya texnologiyalarının inkişaf etməsi nəticəsində bir sıra proseslərin əvvəlcədən proqnozlaşdırılması mümkündür. Tədqiqatların daha məqsədyönlü aparılması üçün Smart Materiallar Mərkəzinin İnformasiya texnologiyaları kafedrası ilə sıx əməkdaşlıq etməsi vacibdir. Yeni proqram təminatları əsasında materialları temperatur, təzyiq, ionlaşdırıcı şüalar kimi xarici təsirlər altında tədqiq etmək mümkündür. Təcrübi tədqiqatlarla hesablamaların müqaisə edilməsi nəticəsində həm təcrübələri daha səmərəli aparmaq mümkündür, həm də daha dəqiq yeni proqram təminatlarının yaradılmasına səbəb olur.”  

 

Mexanika və riyaziyyat” kafedrası ilə əməkdaşlıq:

Smart Materiallar Mərkəzində əsasən təcrübi tədqiqatlar planlaşdırılmasına baxmayaraq, nəzəri tədqiqatların aparılması da məqsədəuyğundur. Belə ki, hər bir təcrübi tədqiqat fundamental nəzəri biliklərə əsaslanır. Mexanika və riyaziyyat istiqamətində aparılan fundamental tədqiqatların təcrübə ilə paralel aparılması, tədqiqatları yeni müstəvidə aparmağa imkan yaradır. Təcrübədən alınmış empirik düsturların riyazi olaraq hesablanması, təcrübədən alınması mümkün olmayan bir sıra mikroskopik parametrlərin təyin edilməsinə imkan verir.  

Proqramlaşdırma və informasiya təhlükəsizliyi” kafedrası ilə əməkdaşlıq:

Təcrübi tədqiqatların proqramlaşdırma ilə iki istiqamətdə birgə əməkdaşlıq etməsi mümkündür. Bunlardan biri təcrübi tədqiqatların əvvəlcədən proqramlaşdırılması və alınacaq nəticələrin proqnozlaşdırılması, digəri isə alınmış təcrübi nəticələrin analiz edilmısində proqram təminatlarından istifadə edilməsidir. Təcrübədən alınmış nəticələrin interpolyasıyası ilə laboratoriya şəraitində təcrübi olaraq təyin edilmsi mümkün olmayan parametrləri təyin etmək mümkündür. Proqramlaşdırmanın səviyyəsindən və hesablamaların dəqiqliyindən asılı olaraq daha yüksək nəticələr əldə etmək mümkündür. Bu baxımdan Smart materiallar Mərkəzi ilə Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrası ilə əməkdaşlıq etməsi, bu kimi bir sıra məsələlərin həllində və daha çox elmi nəticənin əldə edilməsinə dəstək olacaqdır.

 

Ekologiya və ətraf mühit” kafedrası ilə əməkdaşlıq:

Məlumdur ki, istər antropoloji amillər, istər texnologiyaların inkişaf etməsi nəticəsində ekoloji problemlər günü-gündən artmaqdadır. COVID19 virusunun dünyada yayılması və bununla əlaqədar olaraq xüsusi karantin rejiminin elan edildiyi dövrdə ekoloji problemlərin nə qədər önəmli olması bir daha sübut olundu. Ona görə də son zamanlarda ekoloji problemlərin ətraf mühitə təsirinin tədqiqi istiqamətində geniş tədqiqatlar aparılır. Smart Materiallar Mərkəzində ekoloji tullantıların zərərsizləşdirilməsi istiqamətində aparılacaq tədbirlər, həm yeni elmi nəticələrin alınmasına, həm də ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində təhsil alan tələbələr üçün faydalı olacaqdır. 

Təbiət elmləri” kafedrası ilə əməkdaşlıq:

Məlumdur ki, smart materiallar əsasən sintez metodları ilə əldə edilir. Lakin təbiətdə hazır şəkildə mövcud olan materialların tədqiq edilməsi, bir sıra təbii proseslərin izah edilməsində mühüm rol oynayır. Belə materiallara nümunə olaraq biomaterialları, geomaterialları və s. göstərmək mümkündür. Belə materialların tədqiq edilməsi, həm ətraf mühitin öyrənilməsi baxımından, həm də bir sıra təbiət hadisələrinin izah edilməsi baxımından çox faydalıdır.

Smart Materiallar Mərkəzinin universitetin bir sıra kafedraları ilə sıx əməkdaşlıq etməsi, ali təhsil müəssisəsinin elmi tədqiqatlarının yüksək səviyyəyə qaldırılmasında və alınmış nəticələrin tədris prosesində istifadə edilməsində imkanlar yaradacaqdır.

 

2. Mərkəzin hədəfləri:

Smart Materiallar Mərkəzi bir sıra qısamüddətli və uzunmüddətli hədəflərə istiqamətlənməlidir.

Qısamüddətli hədəflər:

  1. Universitetdə məqalə sayının artırılması,
  2. Tələbələrin və gənc tədqiqatçıların tədqiqatlara cəlb edilməsi,
  3. Universitetdə seminarların və konfransların təşkil edilməsi,
  4. Respublika və beynəlxalq səviyyəli qrant layihələrində iştirak,
  5. Beynəlxalq əməkldaşlığın yüksəldilməsi.

Uzunmüddətli hədəflər:

  1. Universitetin beynəlxalq reytinqlərdə yüksəlməsinə dəstək olmaq,
  2. Xarici tələbələrin Qərbi Kaspi Universitetinə cəlb edilməsi,
  3. Respublika və beynəlxalq səviyyəli patentlərin, müəlliflik şəhadətnamələrinin alınması,
  4. Smart materiallar əsasında sənayedə tətbiq imkanları olan cihaz və qurğuların alınması.

3. Tədqiqat metodları:

  • Tədqiqat obyektlərinin sintez edilməsi,
  • Təqdiqat obyektlərinin quruluşunun tədqiqi,
  • Tədqiqat obyektlərinin optik xassələrinin tədqiqi,
  • Tədqiqat obyektlərinin termik xassələrinin tədqiqi.