Qərbi Kaspi Universiteti

Fakültələr

Təbiət elmləri kafedrası

Təbiət Elmləri kafedrası 2017-ci ildən etibarən fəaliyyət göstərir. Kafedra Qərbi Kaspi Universitetinin əsas akademik strukturlarından biri olmaqla, biologiya, su bioehtiyatları və akvakultura, eləcə də qida mühəndisliyi ixtisasları üzrə bakalavr səviyyəsində kadr hazırlığını həyata keçirir. Tədris prosesi müasir metod və texnologiyalara əsaslanaraq, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlar əldə etməsinə yönəlmişdir.

Kafedranın əməkdaşları müxtəlif elmi istiqamətlər üzrə tədqiqatlar aparırlar. Əsas tədqiqat sahələrinə bioloji müxtəliflik, klassik və molekulyar genetika, insan genetik xəstəlikləri, həmçinin su bioehtiyatları və akvakultura daxildir. Bu istiqamətlər üzrə yerli və beynəlxalq layihələrdə iştirak edilir, nəticələr nüfuzlu elmi jurnallarda nəşr olunur.

Kafedra, həmçinin tələbələrin elmi fəaliyyətə cəlb olunmasına, tədqiqat bacarıqlarının inkişafına, və interdisiplinar yanaşmanın təşviqinə xüsusi önəm verir. Əldə olunan elmi nailiyyətlər ölkənin bioloji təhlükəsizliyinə, bioresursların davamlı istifadəsinə və qida təhlükəsizliyinə töhfə vermək məqsədi daşıyır. 

 

Əsas ixtisas fənnləri-Bakalavr

 

050501-Biologiya

 

İF-BO1 Bioloji elmlər üçün riyaziyyat və biostatistika

İF-BO2 Fizika

İF-BO3  Kimya

İF-BO4 Sitologiya və histologiya

İF-BO5 Fərdi inkişaf və təkamül

İF-BO6 Bitkilərin morfologiyası və anatomiyası

İF-BO7 İbtidai bitkilər və göbələklər

İF-BO8 Ali bitkilər

İF-BO9 Onurğasız heyvanlar

İF-B10 Onurğalı heyvanlar

İF-B11 İnsan anatomiyası və fiziologiyası

İF-B12 Biokimya

İF-B13 Biomüxtəliflik

İF-B14 Mikrobiologiya

İF-B15 Bitki fiziologiyası

İF-B16 Genetika

İF-B17 Enzimologiya

İF-B18 İmmunologiya

İF-B19 Molekulyar biologiya

İF-B20 Bioinformatika

İF-B21 Biotexnologiya

İF-B22 Biofizika

İF-B23 Mülki müdafiə

 

060709-Su bioehtiyatları və akvakultura

İF-BO1 Ümumi kimya

İF-BO2 Riyaziyyat

İF-BO3 Fizika

İF-BO4 Botanika

İF-BO5 Ümumi biologiya

İF-BO6 Mikrobiologiya

İF-BO7 İxtisasa giriş və ixtisasın inkişaf tarixi

İF-BO8 Meteorologiya və iqlimşünaslıq

İF-BO9 İnformatika

İF-B10 Su bitkilərinin fiziologiyası

İF-B11 Balıqçılıq

İF-B12 Zoologiya

İF-B13 Ekologiya

İF-B14 Biokimya

İF-B15 Su bitkilərinin akvakulturası

İF-B16 Planktonologiya

İF-B17 Balıqların akvakulturası

İF-B18 Balıqların yemləndirilməsi

İF-B19 Akvakulturada monitorinq və tədqiqat metodikası

İF-B20 Statistika

İF-B21 Su onurğasızlarının akvakulturası

İF-B22 Əmək mühafizəsi

İF-B23 Sahənin iqtisadiyyatı, marketinqi və menecmenti

İF-B24 Mülki müdafiə

 

050635-Qida mühəndisliyi

Xətti cəbr və analitik həndəsə  

 Riyazi analiz

Tətbiqi riyaziyyat

Ümumi kimya

Analitik kimya

Üzvi kimya  

Qida kimyası

Fizikanın əsasları

Tətbiqi fizika

İxtisasa giriş

Kompüter əsaslı mühəndis qrafikası

Qida məhsullarının soyudulma texnologiyası

Qida məhsullarının təhlükəsizliyi

Qida məhsullarının  biokimyası

Sağlamlıq və əməyin mühafizəsi

Keyfiyyəti idarəetmə sistemləri

Qida mikrobiologiyası

Qida sənayesində texnoloji əməliyyatlar

Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət

Qida mühəndisliyində qidalanma və sağlamlıq

Qida biotexnologiyası

Qida sənayesi müəssisələrində texnoloji layihələndirmə

Mülki müdafiə

 

 

 

Magistr proqramları

 

Kafedrada həmçinin “Genetika”, “Molekulyar biologiya” və “Su bioehtiyatları” ixtisaslaşmaları üzrə magistratura səviyyəsində kadr hazırlığı da həyata keçirilir. Bu proqramlar müasir elmi nailiyyətlərə əsaslanan kurikulumlarla tədris olunur və tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.

 

060505 Biologiya ixtisası, “Genetika” ixtisaslaşması

MİF – B00 İxtisas (ixtisaslaşma) fənləri bölümü

MİF-B01 Biologiyanın müasir problemləri

MİF-B02 Biologiyanın tarixi və metodologiyası

MİF – B03 AMTSF: Biotexnologiya və gen mühəndisliyi

MİF-B04 İxtisaslaşmaya ayrılan fənlər

MİF-B04.01 Molekulyar biometodlar

MİF-B04.02 Molekulyar genetika

MİF-B04.03 Genomiks

MİF-B04.04 Sitogenetika

MİF-B04.05 Bioinformatika

MİF-B04.06 Elmi tədqiqatın metodologiyası

MİF-B04.07 İmmunogenetika

 

060505 Biologiya ixtisası “Molekulyar biologiya” ixtisaslaşması

MİF– B00 İxtisas (ixtisaslaşma) fənləri bölümü

MİF-B01 Biologiyanın müasir problemləri

MİF-B02 Biologiyanın tarixi və metodologiyası

MİF– B03 AMTSF: Struktur biologiyanın üsulları

MİF-B04 İxtisaslaşmaya ayrılan fənlər

MİF-B04.01 Molekulyar təkamül

MİF-B04.02 Gen və zülal mühəndisliyi

MİF-B04.03 Genomiks

MİF-B04.04 Fotosintezin molekulyar biologiyası

MİF-B04.05 Proteomiks

MİF-B04.06 Biostatistika

MİF-B04.07 Molekulyar biologiyanın tədqiqat metodları

 

 

060709-Su bioehtiyatları və akvabitkilər ixtisası, “Su bioehtiyatları” ixtisaslaşması

 

MİF – B00 İxtisas (ixtisaslaşma) fənləri bölümü

MİF-B01 Biologiyanın müasir problemləri

MİF-B02 Biologiyanın tarixi və metodologiyası

MİF-B04 İxtisaslaşmaya ayrılan fənlər

MİF-B04.01 İxtisasın metodları

MİF-B04.02 Balıqların yemləndirilməsinin müasir metodları

MİF-B04.03 Biologiyada riyazi modelləşmə

MİF-B04.04 Bioetika

MİF-B04.05 ATMF: Su bioehtiyatlarının idarə olunmasının əsasları

MİF-B04.06 Fəlsəfə

MİF-B04.07 Bioinformatika

MİF-B04.08 Akvakulturanın müasir problemləri və perspektivləri

MİF-B04.09 Hidrobiontların ekologiyası

MİF-B04.10 Azərbaycanın balıqçılıq təsərrüfatı

Məzunların Karyera İmkanları

 

  1. Genetik diaqnostika və molekulyar diaqnostika laboratoriyaları
  2. Səhiyyə və biotibbi tədqiqat mərkəzləri
  3. Kənd təsərrüfatında bitki və heyvan genetikası üzrə elmi-tədqiqat institutları
  4. Hüceyrə və gen mühəndisliyi laboratoriyaları
  5. Biotexnologiya müəssisələri və əczaçılıq sənayesi
  6. Molekulyar-genetik tədqiqat institutlarında
  7. Biotexnoloji şirkətlərdə
  8. Klinik laboratoriyalarda
  9. Ətraf mühitin biomonitorinqi və toksikologiya laboratoriyalarında
  10. Akademik sahədə, o cümlədən universitetlərdə və elmi mərkəzlərdə tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərə bilərlər.
  11. Su bioehtiyatlarının idarə olunması üzrə dövlət və qeyri-dövlət qurumlarında
  12. Akvakultura və balıqçılıq müəssisələrində
  13. Dəniz və daxili su hövzələrinin ekoloji monitorinq mərkəzlərində
  14. Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və yerli təşkilatlarda
  15. Elmi-tədqiqat institutlarında və universitetlərdə elmi işçi və ya müəllim kimi çalışa bilərlər.