Ekologiya və ətraf mühit kafedrası
Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrasında bakalavr pilləsi üzrə “Ekologiya” və “Meşəçilik” və magistr pilləsi üzrə “Aqrar sahədə ətraf mühitin mühafizəsi” və “Bioekologiya” ixtisaslarında kadr hazırlığı aparılır. Kafedrada 13 nəfər müəllim-professor heyəti, o cümlədən 1 nəfər elmlər doktoru, 4 nəfər isə fəlsəfə doktoru çalışır.
“Ekologiya” ixtisası üzrə tədris prosesinə ətraf mühitin əsas komponentlərinin ilkin xarakteristikaları və onların iqlim dəyişmələrinə və antropogen təsirlərə qarşı reaksiyaları haqqında olan geniş materiallar, “Meşəçilik” ixtisası üzrə isə meşə landşaftlarının mühafizəsi, bərpası və istifadəsi kimi məsələləri əhatə edən materiallar tədris edilir.
Magistr pilləsində olan ixtisaslaşmalar üzrə ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə və biomüxtəlifliyin qorunması kimi məsələləri əhatə edən materiallar tədris edilir.
Kafedrada bu ixtisaslar üzrə təcrübə bazası kimi “Azəryaşlandşaft” ASC – in 2 №-li yaşıllaşdırma idarəsinin yaşıllıq ərazilərindən və Su və Meliorasiya Elmi-tədqiqat İnstitutunun laboratoriyalarından istifadə edilir. Kafedrada tədris prosesi ilə yanaşı “Azərbaycanda şabalıdyarpaq palıd plantasiyalarının yaradılma xüsusiy-yətləri” mövzusunda elmi-tədqiqat işləri də aparılır. Tədris proseslərində və elmi-tədqiqat işlərində kafedranın yüksək səviyyəli elmi potensialı olan və böyük istehsalat təcrübəsinə malik əməkdaşlar iştirak edirlər.
“Ekologiya və ətraf mühit “ kafedrasının
müdiri, dosent Yəhyayev A.B.