School of Advanced Technologies and Natural Sciences
Lala Gurbanova
PhD in Chemistry
Plant Physiology, Botany, Primary plants system, Higher plants system, Food refrigeration technique, Morphology and anatomy of plants, Biology
+994 12 565 39 74
lala.gurbanova@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
· Fementativ kataliz
· Kinetika və kataliz
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Qurbanova Lalə Məhərrəm qızı 12 sentyabr 1973-cü il Bakı şəhərində anadan olmuşdur. 1980-1990-cı illər 18 nömrəli məktəbdə orta təhsil almışdır. 1992-1997-ci illər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində ali təhsil almışdır. 1997-2001 Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiya institutunda aspirant olmuşdur. 2011-ci ildə akademik T.M. Nağıyevin rəhbərliyi ilə “Katalaz və peroksidaz biomimetik sensorlarının fiziki-kimyəvi xüsusiyyətləri” mövzusunda dissertasiyasını müdafiə etmiş və Kimya üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. AMEA-nın “Molekulyar Biologiya və Biotexnologiya”, “Botanika”, “Fiziologiya”, “Kimya problemləri” elmi-tədqiqat institutlarında elmi fəaliyyətlə məşğul olmuşdur. İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin “Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyası”-nın müdiri, keyfiyyət üzrə menedjeri, AQTİ-nun 1 № li Bakı regional sınaq laboratoriyasının keyfiyyət üzrə menedjeri vəzifələrində çalışmışdır. 2018-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasında müəllim vəzifəsində çalışır. 45 elmi məqalənin, fənn proqramlarının, Azərbaycan Respublikasının patentinin müəllifidir.