School of Advanced Technologies and Natural Sciences
Naila Guliyeva
PhD in Chemistry, Dean of the School of High Technologies and Innovative Engineering
Chemistry, General Chemistry, Physical / Organic Chemistry, General and Inorganic Chemistry, Analytical Chemistry
+994 12 565 39 74
naila.quliyeva@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
· Umumi kimya
· YMB kimyası
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Quliyeva Nailə Məmmədağa qızı 21 avqust 1976-cı il Bakı şəhərində anadan olmuşdur. 1983-1993-cü illər 39 nömrəli məktəbdə orta təhsil almışdır. 1993-1997-ci illər Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr təhsili almışdır. 1997-1999-cu illər isə burada magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsinin bəzi xüsusiyyətləri”). 2000-2003 Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Yüksək Molekullu Birləşmələr kimyası kafedrasında aspirant olmuşdur. 2008-cı ildə “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsi” elmi işini uğurla müdafiə edərək kimya elmləri namizədi adı almışdır. BDU-nin YMB kimyası kafedrasında 2010-15 ci illərdə, 2014-17 ci illərdə isə AR Prezidenti yanında Dövlət İdarəcilik Akademiyası, “Davamli inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasında müəllim vəzəfəsində çalışmışdır. 2018-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasında müəllim vəzifəsində, 2020-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. Hal-hazırda Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı vəzifəsində çalışır. 30 elmi məqalənın, dərs vəsaitinın, fənn proqramlarının, Azərbaycan Respublikasının patentının müəllifidır.