School of Advanced Technologies and Natural Sciences
Saltanat Aghayeva
PhD in Biology, Head of the Department of Natural Sciences
Biochemistry, Immunology, Endocrinology, Basics of Medical microbiology
+994 12 565 39 74
saltanat.genetic@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
· Biokimya
· Fiziologiya
· Genetika
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Ağayeva Səltənət Ərşad qızı 01 yanvar 1972-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1989-1994-ci illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya fakültəsində, 2007-2010-cu illərdə AMEA Fiziologiya İnstitutunda doktorant kimi təhsil almışdır. 2012-ci ildə “Beyin strukturlarında monoamine ergik sistemin aktivliyinə elektromaqnit dalğaların təsiri” elmi işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2007-2016-cı illərdə AMEA Fiziologiya İnstitutunda elmi işçi, 2016-cı ildən indiyədək Genetik Ehtiyatlar İnstitutunda “Biokimyəvi genetika və genomika” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2003-2021-ci illərdə ADPU-nun nəzdində ADPK-nun və ADPU-nun Quba filialında “Təbiət elmlərinin tədrisi metodikası” kafedrasının baş müəllimi, 2018-ci ildən Qərbi Kaspi Universitetinin “Təbiət Elmləri” kafedrasında saathesabı müəllim vəzifəsində çalışmışdır. 2022-ci il aprel-oktyabr ayları Xəzər Universitetinin “Həyat elmləri” departamentinin müdiri vəzifəsində işləmişdir.
Hal-hazırda Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbində “Təbiət Elmləri” kafedrasının müdiri vəzifəsində çalışır. 50 elmi məqalənın, fənn proqramlarının müəllifidır.