Qərbi Kaspi Universiteti

Fakültələr

Fəlsəfə kafedrası

Fəlsəfə kafedrası Siyasi və İctimai elmlər məktəbinin bir hissəsidir. Kafedranın akademik tərkibinə 3 dosent və 2 müəllim daxildir.

Kafedrada tələbələrə fəlsəfi düşüncənin əsas prinsiplərini,varlıq və idrak problemlərini, məntiqi struktur və fəlsəfi fikirlərin inkişaf tarixi öyrədilir. Tədris olunan fənlər nəzəri və praktik xarakter daşıyır. Bu fənlər vasitəsilə insan ağlının mahiyyəti, biliyin təbiəti, etik və estetik prinsiplər, eləcə də fəlsəfi tədqiqatın metodlarını dərindən təhlil olunur.

Tələbələrə klassik və müasir fəlsəfi məktəblər, həmçinin müxtəlif fəlsəfi problemlər və onların tarixi konteksti təqdim edilir. Bununla yanaşı, fəlsəfi konsepsiyaların tətbiqi və aktual məsələlərin müzakirəsi tələbələrin tənqidi düşüncə və analitik bacarıqlarının inkişafına xidmət edir. Kafedrada həm də hüququn müxtəlif sahələri və multikultralizmə giriş fənni də tədris olunur ki,  bu da tələbələrin hüquqi və multikultral dünyagörüşlərinin formalaşmasında böyük rol oynayır.

         Kafedrada fəlsəfənin müxtəlif sahələri - Qədim Dünya fəlsəfəsindəndən başlayaraq - Müasir fəlsəfəyə qədər fəlsəfənin tarixi inkişaf mərhələləri tədris olunur. Şərq fəlsəfəsi ,Orta əsrlər Avropa fəlsəfəsi, Orta əsrlər Azərbaycanda fəlsəfi fikir tarixi, Yeni dövrdə fəlsəfə, Qeyri-klassik fəlsəfə,Fəlsəfənin bir sıra cəryanları, Etika, Estetika, Sosial fəlsəfə, Hüquq, Multikultralizmə giriş fənləri tədris olunur.   

    Fəlsəfə kafedrasında elmi – tədqiqat mövzusu kimi “Milli ideya və milli ideologiya” istiqaməti tədqiq olunur. Kafedranın müəllimləri bir sıra beynəlxalq (SCOPUS) və yerli elmi jurnallarda məqalələr çap etdirmişlər.

 

 

 

Bizimlə Əlaqə:

Ünvan:Azərbaycan, Bakı,  İstiqlaliyyət küçəsi, 31

Telefon:+994 12 492 74 18

Email: philosophy.chair@wcu.edu.az