Qərbi Kaspi Universiteti

Fakültələr

Tarix

Proqram: Tarix üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani / qiyabi

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təhsil proqramı: PDF_fayl >

Tədris qrafiki: PDF_fayl >

Tədris planı 2023: PDF_fayl >

Təlim dili: Azərbaycan, rus və ingilis dili

 Proqram tərkibi >

Tarix üzrə bakalavr dərəcəsi bütövlükdə dünyada mövcud olan qədim və müasir sivilizasiyaların tarixini öyrənən çoxsahəli təhsil proqramıdır. Tarix xalqın sosial yaddaşından, uğurlarından, qələbələrindən, faciələrindən və məğlubiyyətlərindən bəhs edən bir elm sahəsidir. Tarix sadəcə keçmiş deyil, o, inkişaf prosesi deməkdir. O, davamlı inkişafın müxtəlif məzmun və formalarını anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Tarix keçmişdən əldə olunan təcrübələrə əsaslanaraq bu günü anlamaq və dərk etmək baxımından önəmli olduğu qədər, həmçinin gələcəyə doğru bir körpüdür. Bu səbəbdən də insanlar tarixi hər zaman həyatın müəllimi hesab edirlər.

Qərbi Kaspi Universiteti bu sahədə təhsil alan tələbələr üçün əldə etdikləri nəzəri biliklərlə yanaşı, tariximizi regionda analoqu olmayan laboratoriyalarda kifayət qədər müasir genetik təhlillər apararaq öyrənmək imkanı yaradır.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Əldə ediləcək bilik və bacarıqlar

  • İş yerində informasiya texnologiyalarından istifadə etmək bacarığına;
  • Fəaliyyətində sosial və ekoloji masuliyyətə, eləcə də vətəndaş şüuruna və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
  • Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətlandirmək və özünütənqid bacarığına.

Məzunların iş tapmaq imkanları

"Tarix” ixtisası üzrə məzun olan tələbələr əsasan dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə tarix üzrə mütəxəssis/məsləhətçi və təhlilçi olaraq fəaliyyat göstərə bilərlər. Bundan əlavə, məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas

dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik va komitələrdə, həmçinin agentlikliklərdə və araşdırma/beyin mərkəzlərində tarixçi mütəxəssis/məsləhətçi olaraq da çalışa bilərlər.