Qərbi Kaspi Universiteti

Fakültələr

Beynəlxalq münasibətlər

Qərbi Kaspi Universiteti Beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramını təklif edir.

Proqramın məqsədi:

  • Qlobal dünya prosesləri, müasir dünyanın geosiyasi quruluşları, müasir beynəlxalq münasibətlər və beynəlxalq inteqrasiya sahəsində peşəkar fəaliyyətin nəzəri və metodik əsaslarının formalaşdırılması
  • Elmlər doktorunun, beynəlxalq mütəxəssisin və analitikin peşəkarlıq səviyyəsinə malik bacarıqlarının formalaşması.
  • Beynəlxalq əlaqələrin müasir nəzəriyyələri
  • Dünya siyasəti
  • Diplomatiya
  • Beynəlxalq əlaqələr iştirakçıları
  • Beynəlxalq münasibətlər nəzəriyyəsi

Universitetin doktorantları və dissertantları elmi işlərin nəticələrinə dair məruzələrlə milli və universitet miqyaslı elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. Beynəlxalq münasibətlər üzrə doktorantura proqramının doktorantları (dissertantları) öz sahələrində tədqiqat apara biləcək yüksək ixtisaslı kadrlardır. Onlar Beynəlxalq münasibətləri təhlil edə bilir, ümumi geo-siyasi biliklərinə sahibdirlər.

Həmçinin, dissertanlar bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz doktorantları üçün beynəlxalq mütəxəssisləri dəvət edir, belə ki, Böyük Britaniyadan Colin Love, Randall Baker, ABŞ-dan Brenda Şaffer, Rise Kelsi, Səid Naxçivani, Alum Bati, Kanadadan Duglass Ross, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal, Almaniyadan Utah Stoltenberg. Bundan əlavə, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus proqramında iştirak etmə imkanını təklif edir.

 

Proqramda iştirak və gələcək perspektivlər:

Bu proqrama qəbul edilən doktorantların (dissertantların) beynəlxalq münasibətlər ixtisası üzrə mütləq şəkildə tam magistr dərəcəsi olmalı və ya ümumi olaraq Siyasi elmlər sahəsində magistr dərəcəsinə sahib olmalıdır.  ixtisas üzrə təhsil alan doktorantlar (dissertantlar) beynəlxalq münasibətlər üzrə problemlərin araşdırılmasında maraqlıdırlar və eyni zamanda yüksək səviyyədə müstəqil tədqiqat aparmaq iqtidarındadırlar. Bu proqrama daxil olan doktorantlar (dissertantlar) həmçinin tədris müəssisələrində müəllim olaraq işləməyi planlaşdırır və bununla da öz araşdırma bacarıqlarını beynəiznes, hökumət və ya qeyri-hökumət təşkilatları (QHT) çərçivəsində istifadə edirlər.