Qərbi Kaspi Universiteti

Fakültələr

Beynəlxalq münasibətlər

Proqram: Beynəlxalq münasibətlər üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani 

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təhsil proqramı: PDF_fayl >

Tədris qrafiki: PDF_fayl >

Matrix: PDF_fayl >

PTN: PDF_fayl >

Tədris planı 2023: PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Proqram tərkibi >

Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi proqramı tələbələrə beynəlxalq sistem müstəvisində hakimiyyət subyektəri arasındakı münasibəti, onların hökümət və beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqələrini öyrədən çoxsahəli əyani tədris proqramıdır. Proqram siyasi elmlər, iqtisadiyyat, tarix, xarici dillər, beynəlxalq hüquq, sosiologiya və digər sahələri özündə birləşdirir. Tələbələr millətlərarası münasibətləri, digər ölkələrin daxili işləri və eləcə də dünyada baş verən hadisələrdə qeyri-hökümət strukturlarının və beynəlxalq təşkilatların rolunu öyrənmək üçün lazımi bilik və bacarıqlarla təmin olunur.

Azərbaycanda beynəlxalq münasibətlər ixtisasının əsası müstəqilliyimizin ilk illərində qurulmuşdur. "İnformasiya əsri" adlandırdığımız müasir dövrdə dünyanın hər hansı bir yerində baş verən hadisələr qısa vaxtda başqa ölkələrə bu və ya başqa şəkildə təsir etməkdədir. Beynəlxalq münasibətlər üzrə mütəxəssislər məhz bu təsirlərin öz cəmiyyətləri üçün zərərli effektlərini minimuma endirmək üçün beynəlxalq aləmə inteqrasiyanın ən optimal yollarını öyrənməyə çalışırlar.

Qloballaşma, siyasi sistemlər, inteqrasiya prosesləri, dünya siyasəti, münaqişələrin həlli, milli təhlükəsizlik, geosiyasət və s. kimi ümumi maraq dairəsində olan sahələrə xüsusi diqqət yetirilir.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Əldə ediləcək bilik və bacarıqlar

  • İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
  • İxtisası üzrə ən azı bir xarici dildə kommunikasıya bacarıqlarına;
  • Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma bacarıqlarına;
  • İş yerində informasiya texnologiyalarından istifadə etmək bacarığına;
  • Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;

Məzunların iş tapmaq imkanları

Məzunlar dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə beynəlxalq əlaqələr üzrə mütəxəssis/məsləhətçi və siyasətçi olaraq fəaliyyət göstərə bilərlər. Bundan əlavə, məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik və komitələrdə həmçinin agentlikliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis olaraq da çalışa bilər