Qərbi Kaspi Universiteti

Fakültələr

Fəlsəfə

Proqram: Fəlsəfə

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təhsil proqramı:  PDF_fayl >

Tədris qrafiki:  PDF_fayl >

Matrix: PDF_fayl >

Tədris planı 2023:  PDF_fayl >

Təlim dili: Azərbaycan, rus və ingilis

Proqram tərkibi>

Program haqqında

Fəlsəfə üzrə bakalavr dərəcəsi Qərb və Şərq sivilizasiyalarının formalaşdırdığı fəlsəfəni araşdıran, eyni zamanda tənqidi təfəkkürü və şəxsi fəlsəfi baxışı təlqin edən çoxsahəli əyani tədris proqramıdır. Tələbələr fəlsəfə sahəsinin dərinliklərinə yiyələnərkən ənənəvi humanitar fənlər üzrə də geniş bilik sahibi olurlar. Təhsil kursu tələbələrə tənqidi oxu, analitik təfəkkür, ideyaların aydın və səlis ifadə edilməsi istiqamətində lazımi bacarıqları aşılayır.Tələbələr sosial fəlsəfə, ontologiya, idrak nəzəriyyəsi, etika, estetika, fərdi azadlıq və məsuliyyət kimi sahələrdə dərin nəzəri bilik və praktiki vərdişlər qazanırlar.Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Əldə ediləcək bilik və bacariqlar

  • İxtisası üzrə Azarbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlanna;
  • İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlanna;
  • Fəlsəfə sahasində təməl araşdirma vərdişlərinə malik olmaq;
  • Fəlsəfənin predmeti va əsas funksiyalan, kateqoriyalan, inkişaf prinsiplari haqqinda biliklərə malik olmaq.

Məzunlarin iş tapmaq imkanlari

Məzun olan tələbələr əsasən dövlət qurumlarında, yerli özünüidarə etmə orqanlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə təhlilçi kimi fəaliyyat göstərə bilərlər. Bundan əlavə, mazunlar tabeliyindan asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istanilən sahadə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, sosial va humanitar bloka daxil olan nazirlik va komitələrdə, hamçinin agentlikliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis/maslahatçi olaraq da çalışa bilərlər.