Qərbi Kaspi Universiteti

Fakültələr

Təhsildə sosial psixoloji xidmət

Proqram: Təhsildə sosial psixoloji xidmət üzrə bakalavr dərəcəsi
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani / qiyabi

Təhsil proqramı: PDF_fayl >

Tədris qrafiki: PDF_fayl >

Tədris planı 2023: PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus

 

“Təhsildə sosial psixoloji xidmət” üzrə bakalavr dərəcəsi proqramı tələbələrə Təhsildə sosial psixoloji xidmət təşkilinin səmərəli fəaliyyəti üçün təcrübə və prinsiplərini öyrədən əyani tədris proqramıdır. Təhsildə sosial-psixoloji xidmət ümumilikdə psixoloji xidmətin bir sahəsi olub təhsil prosesi və onun subyektləri ilə bağlı problemlərin həllinə fokuslanır. Cəmiyyətin inkişafının ən zəruri komponentlərindən biri olan təhsildə psixoloji xidmətin tətbiqinin məqsədə müvafiqliyi hər bir uşağın fərdi xüsusiyyətlərinin, həyata yaradıcı münasibətinin inkişaf etdirilməsi tələbatı ilə müəyyənləşdirilir. Bu peşə təhsil müəssisələrinin daha səmərəli fəaliyyətinin, təhsil alanların psixikasının, hormonik inkişafının təmin olunmasında, eləcə də baş verə biləcək ləngimə, yayınma və pozuntuların qarşısının alınmasında mühüm rol oynayır.

Proqram Bu sahədə çalışan psixoloqlar güclü empatiya qurma bacarığın malik olmalı, həmçinin məsuliyyətli, çalışqan və səbirli olaraq, öz bilik və bacarıqlarını daim inkişaf etdirməyə, verilən problemlərin qeyri-standart həll yollarını hazırlamağa hazır olmalıdılar. Peşə psixologiya və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur.

 

Dərəcə almaq üçün tələbələr diplom qabağı təcrübə keçməlidirlər

  1. Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə kvalifikasiya məqsədləri.

Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə kvalifikasiya məqsədləri, tələbələrin  təhsil sahəsində dərin nəzəri və praktik biliklər əldə etmələrini və bu bilikləri real həyat şəraitində effektiv şəkildə tətbiq etmələrini təmin etməyi hədəfləyir. Bu məqsədlər tələbələri hərtərəfli hazırlamaqla yanaşı, onlara  təhsil mühitində qarşılaşacaqları müxtəlif çağırışlarla mübarizə aparmaq üçün lazım olan bacarıqları qazandırmağa yönəlir.

  1. Uşaqlarla iş zamanı hər bir yaş dövrünün potensial imkanlarının reallaşdırılmasını təmin etmək;
  2. Uşaqların maraq və meyilərinin, hiss, münasibət, əyləncə və həyat planlarının gerçəkləşdirilməsi üçün onların fərdi xüsusiyyətlərini inkişaf etdirmək;
  3. Uşaq bağçasında, internatda, məktəbdə və s. uşağın normal inkişafı üçün əlverişli psixoloji mühit yaratmaq, yaşlılar və yaşıdları ilə məhsuldar ünsiyyət üçün şərait yaratmaq;
  4. Uşaqlarla yanaşı, müəllimlərə, valideynlərə, tərbiyəçilərə vaxtında psixoloji yardım göstərmək.

Təhsildə sosial psixoloji xidmət  ixtisası üzrə məzunlar, təhsil mühitində uşaqlarla yanaşı, müəllimlərə, valideynlərə, tərbiyəçilərə vaxtında psixoloji yardım göstərmək bacarıqları aşılanaraq peşəkarlar olaraq yetişirlər. Təhsildə sosial-psixoloji xidmətin əsas məqsədi məktəbəqədər və məktəb yaşındakı uşaqların psixoloji sağlamlığı üçün şəraiti təmin etmək, təhsil məkanının subyekti kimi hər bir uşağın fərdil inkişafının optimallaşdırılması, o cümlədən təhsildə ortaya çıxan psixoloji problemlərin aradan qaldırılması və s. ibarətdir. Bunun nəticəsində, məzunlar koqnitiv, emosional, sosial inkişafı, şəxsiyyət formalaşması, eləcə də baş verə biləcək neqativ halların, narkotik maddələrin, spirtli içkilərin istifadəçisinə çevrilməyin, suisid hallarının, məktəbdən yayınma, aqressiya kimi davranışların vaxtında qarşısının alınması üçün psixoloji yardım göstərmək  və s. bacarıqlara sahib olurlar.

  1. İnsanlarla ünsiyyət qurmaq bacarığı;
  2. Empatiya bacarığı;
  3. Səbirli olmaq;
  4. Daim özünü inkişaf etdirmək;
  5. İnsan (xüsusən uşaq) psixologiyasına bələd olmaq;
  6. Təqdimat bacarıqlarına malik olmaq;
  7. Dinləmə bacarığı;
  8. Psixoloji korreksiya sahəsindəki yenilikləri daim izləmək;
  9. Müşahidə qabiliyyəti;
  10.  Analiz etmə bacarığı;
  11. Mübahisə psixologiyasına bələd olmaq (konfliktologiya);
  12. Müəllim-şagird-valideyn üçbucağında empatiya qurmağı bacarmaq;
  13. Analitik düşüncəyə malik olmaq;
  14. Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  15. Pozitivlik.

1.3. “Təhsildə sosial-psixoloji xidmət”  ixtisası bitirən tələbələrin  işləyə biləcəyi sektorlar. “Təhsildə sosial-psixoloji xidmətin”  ixtisasını bitirən tələbələr, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn ümumi təhsil müəssisələrində, məktəbdənkənar təhsil müəssisələrində, peşə təhsili müəssisələrində, orta ixtisas təhsil müəssisələrində, təşkilatlarda, idarələrdə, birliklərdə və s. sferalarda, həmçinin mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində praktik psixoloq kimi  fəaliyyət göstərə bilərlər.

  1. Məktəblərdə;
  2. Bağçalarda;
  3. Təhsil Nazirliyində;
  4. Reabilitasiya mərkəzlərində;
  5. İxtisasa üzrə özəl sektorda;
  6. Penitensiar müəssisələrdə;
  7. Uşaq psixoloqu kimi;
  8. Universitetlərdə (magistr təhsili alaraq universitetlərdə tədris fəaliyyəti ilə məşğul olaraq);
  9. Bu sahə üzrə özünü inkişaf etdirərək təlimçi kimi.