Qərbi Kaspi Universiteti

Fakültələr

Klinik psixologiya

İstiqamət Psixologiya

Proqram: Klinik psixologiya üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2300 AZN

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

 

Proqram haqqinda

Kliniki Psixologiya üzrə magistr proqramı psixi pozuntuların nəzəriyyəsi, qiymətləndirməsi, müalicəsi və elmi işlər haqqında olan əyani təhsil proqramıdır. Tədrisin əsas fəaliyyət istiqamətləri şəxsi narahatlıq və əhval-ruhiyyə pozuntuları, somatizasiya və digər psixi xəstəliklərin öyrənilməsini əhatə edir. Bu iki illik proqram həm balanslaşdırılmış geniş nəzəri bilik, həm də mühüm peşə və elmi tədqiqat bacarıqları kombinasiyasından ibarətdir. Bununla yanaşı, tələbələr psixoloji problemlərin təhlil edilməsi, kliniki tədqiqatların qiymətləndirilməsi və kliniki məsələlər barədə məlumatları öyrənəcəklər. Həmçinin sosial psixologiya, müasir nəzəri və metodoloji yanaşmalar, elmi tədqiqatların dərindən öyrənilməsi, eləcə də bu sahədə kəmiyyət və keyfiyyət üzrə tədqiqatların aparılması imkanına malik olacaqlar.

 

Əldə ediləcək bilik və bacarıqlar

· Fundamental elmi biliklərə istinad edərək tədqiqatın metodoloji əsaslarını işləyib hazırlamaq;

· Tədqiqatın mövzusunu, məqsədini, vəzifəsini, fərziyyəsini müəyyənləşdirmək;

· Riyazi-statistik üsullardan istifadə etmək;

· Müasir kompüter proqramlarından və elektron kitabxanalardan istifadə etmək;

· Elmi-tədqiqat işini aparmaq;

· Elmi araşdırmaların nəticələrini təhlil və təqdim etmək;

· Elmi məqalələrin yazılma və çapa hazırlanma qaydalarını bilmək.

 

Məzunların iş tapmaq imkanları

- Psixoloji yardım mərkəzlərində

- Tədris mərkəzlərində

- Xəstəxanalar

- Beynəlxalq şirkətlər

- Reklam agentlikləri

- Məktəb və uşaq bağçaları və s.

x