Psixologiya Məktəbi
Psixologiya ixtisas olaraq 2011-ci ildə “Siyasi və ictimai elmlər”məktəbində tədrisi həyata keçirilmişdir. 2020-ci ildə “Siyasi və ictimai elmlər”məktəbinin nəzdində “Pedaqogika, psixologiya və sosiologiya” kafedrası fəaliyyətə başlamışdır. Kafedra öz fəaliyyəti dövründə “Psixologiya” və “Sosial iş” ixtisasları üzrə mütəxəssislər hazırlamışdır. İxtisasa olan maraq və təlabatın artaması ilə bağlı olaraq 2024-ci ildə “Psixologiya” məktəbi təsis olunmuşdur. “Psixologiya” məktəbində bakalavr təhsil səviyyəsi üzrə “Psixologiya”, “Sosial iş” və “Təhsildə sosial psixoloji xidmət” ixtisasları mövcuddur. Tədris Azərbaycan və ingilis dillərində aparılır. Məktəbimizdə əcnəbi tələbələr də təhsil alırlar. Məktəbin əsas vəzifəsi tələbələrin psixologiya və sosial iş sahələrində fəaliyyət göstərmələri üçün zəruri olan bilik və bacarıqların qazanılmasına imkan yaratmaqdır.
Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün məktəbdə ən müasir avadanlıqlarla təchiz olunmuşdur Məktəbin professor-müəllim heyəti professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş, beynəlxalq təcrübəyə malik alim və mütəxəssislərdən ibarətdir.
Məktəbin nəzdində olan “Psixologiya” və “Sosial iş” kafedrasının əməkdaşları Respublika və Beynəlxalq Elmi Konfranslarda fəal iştirak edir, nüfuzlu jurnallarda, eləcə də SCOPUS, Wos və digər bu kimi yüksək indeksli jurnallarda məqalə nəşr etdirirlər. Eyni zamanda, göstərilən kafedraların müəllim-professor heyəti tərəfindən fənn proqramları, metodik vəsaitlər, dərs vəsaitləri və dərsliklər hazırlanır.
“Psixologiya” Məktəbi yarandığı gündən tədrisin və elmi tədqiqatların keyfiyyətli təşkili istiqamətində öz işini davam etdirir və daim axtarışdadır.
Bizimlə Əlaqə
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A
İndeks: AZ1072
Telefon: +994 12 565 39 74
Email: psysoc.deansoffice@wcu.edu.az
Kafedralar
Akademik heyət
Bakalavr səviyyəsi üzrə
Magistratura səviyyəsi üzrə
- Afərin Abbasova - Psixologiya məktəbinin dekanı, Psixologiya üzrə fəlsəfə doktoru, dosent
- Rəşid Cabbarov - Psixologiya elmləri üzrə fəlsəfə doktor, professor
- Vüsal Abdullayev - Sosiologiya üzrə fəlsəfə doktoru
- Müşviq Mustafayev - Psixologiya üzrə fəlsəfə doktoru
- Reyhan Əhmədova - Psixologiya üzrə fəlsəfə doktoru
- Piri Axundov - Fəlsəfə üzrə fəlsəfə doktoru
- Azər Qasımov - Doktorant
- Arzu Qədizadə - Müəllim
- Billurə Babayeva - Müəllim
- Elgül Ağarzayeva - Müəllim
- Gülşən Atakişiyeva - Müəllim
- Günel Hüseynova - Müəllim
- Mahirə Pənahlı - Müəllim
- Nigar Mirzağayeva - Müəllim
- Səbinə Bayramova - Müəllim