Qərbi Kaspi Universiteti

Fakültələr

Psixologiya

Proqram: Psixologiya üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani və qiyabi

İllik təhsil haqqı: əyani - 2500 AZN və qiyabi 1900 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqram tərkibi >

Psixologiya üzrə bakalavr dərəcəsi proqramı tələbələrə psixi hadisə və davranışları öyrədən çoxsahəli əyani tədris proqramıdır. Tələbələr fənn üzrə əsaslı bilik əldə edir, eləcə də iti düşünmə və səmərəli ünsiyyət bacarıqlarını inkişaf etdirirlər.

Proqram klassik və müasir nəzəriyyə və tədqiqat metodlarını özündə birləşdirən psixologiyanın əsas sahələrini öyrədir. Tələbələr nəzəriyyə, konsepsiya və problemyönümlü strategiyalar arasındakı qarşılıqlı əlaqəni daha yaxşı anlayır, biliklərini praktikada tətbiq edir və faydalı peşə bacarıqlarına yiyələnirlər. Sosial psixologiya, hüquq psixologiyası, ailə psixologiyası, yeniyetmə psixologiyası, psixoloji korreksiya və psixoterapiya kimi ümumi maraq dairəsinə aid sahələrə xüsusi diqqət yetirilir.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Əldə ediləcək bilik və bacarıqlar

  • İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
  • Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, madeni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli ve hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
  • Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuruna və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
  • Bilik va bacarıqlarım inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına

Məzunların iş tapmaq imkanları

Əsasən dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə psixoloq-məsləhətçi, psixoloq-təlimçi, psixoloq-tərbiyəçi, psixoloq-tədqiqatçı/araşdırmaçı, olaraq fəaliyyat göstərə bilərlər. Bundan əlavə, məzunlar tabeliyindən asılı olmayaraq ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik və komitələrdə, həmçinin agentlikliklərdə və araşdırma/beyin mərkəzlərində psixoloq-mütəxəssis olaraq da çalışa bilərlər.

x