Qərbi Kaspi Universiteti

Fakültələr

Sosial psixologiya

İstiqamət Psixologiya

Proqram: Sosial psixologiya üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2500 AZN

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

 

Proqram haqqinda

Sosial psixologiya üzrə magistr proqramı adı çəkilən sahədə cari sosial məsələlərə dair müvafiq olan nəzəriyyələr, psixoloji üsullar və empirik tədqiqatları dərindən öyrənən təhsil proqramıdır. Buraya aiddir:

· Qərəzli fikirlər və ayrıseçkilik;

· Mənəvi cəza və emosiyaların arasında münasibətlər;

· Eyniyyətin qurulması və qarşılıqlı fəaliyyətinin öyrənilməsi üçün şəxs və qruplar arasında olan münasibətlərin öyrənilməsi, onların sosial dəyişikliklər ilə əlaqələri və bunların ailə sistemləri kontekstlərilə bağlılığı.

· Proqramın məqsədi magistrantlara sosial psixologiyanın tarixi və fəlsəfi aspektlərinin dərk edilməsində istiqamət vermək, müasir nəzəri, metodoloji yanaşmalar və elmi tədqiqatların dərindən öyrənilməsi və bu sahədə kəmiyyət və keyfiyyət tədqiqatlar aparma bacarığının təkmilləşdirilməsinə yardım etməkdir.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

 

Əldə ediləcək bilik və bacarıqlar 

· Fundamental elmi biliklərə istinad edib tədqiqatın metodoloji əsaslarını işləyib hazırlamaq;

· Tədqiqatın mövzusunu, məqsədini, vəzifəsini, fərziyyəsini müəyyənləşdirmək;

· Riyazi-statistik üsullardan istifadə etmək;

· Müasir kompüter proqramlarından və elektron kitabxanalardan istifadə etmək;

· Elmi-tədqiqat işini aparmaq;

· Elmi araşdırmaların nəticələrini təhlil və təqdim etmək;

· Elmi məqalələrin yazılma və çapa hazırlanma qaydalarını bilmək.

 

Məzunların iş tapmaq imkanları

- Psixoloji yardım mərkəzlərində

- Tədris mərkəzlərində

- Xəstəxanalar

- Beynəlxalq şirkətlər

- Reklam agentlikləri

- Məktəb və uşaq bağçaları və s.

x