Qərbi Kaspi Universiteti

Müəllimlər

Leyla

Leyla  Əfəndiyeva

Dizayn Məktəbi

Dekan müavini, Azərbaycan Rəssamlar İttifaqının üzvü,Azərbaycan Akvarel Cəmiyyəti Azərbaycan IWS- nın üzvü Müəllim

Leyla Vazehi Əfəndiyeva 08.08.1990-cu ildə Azərbaycan Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 210 saylı məktəbə daxil olub 2007 ci ildə bitirib. 2008 ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Memarlıq Dizayn “ fakültəsinin “ Xalçaçı rəssam “ ixtisasının bakalavr pilləsinə qəbul olub. 2012 ci ildə Magistır pillesin “ Dekorativ tətbiqi İncəsənət Əsərlərnin bərpası və ekspertizası “ fakultəsinə daxil olub. Həm bakalavr hemde magistr dərəcəsini iki Qırmızı Fərqlənmə diplomlu ilə bitirib. Fəaliyyətlərim 2010-cu il    Azərbaycan Xalçaçılar İctimai Birliyinin üzvüyəm Azərbaycan Xalçaçılar İctimai Birliyi UNESCO-da təmsil olunan yeganə qeyri-hökumət təşkilatıdır. Peşəkar xalçaçı rəssamam.Həmçini Şərq üslubunda illüstrasiya miniatür xalçaları çəkirəm. 2013-cü il    Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. 2020-ci il     Azərbaycan Akvarel Cəmiyyəti Azərbaycan IWS-nin üzvü oldum. Azərbaycan akvarelistlər cəmiyyətinin aktiv üzvü kimi hal hazırda da fəaliyyət göstərirəm. Rəngkarlığın bu sahəsində professionallaşmışam. 2022-ci il     Member of International Professional art Assocation VIPAA . New york Usa 2023-cü il    F.İ.A.G Art Group .South Korea    Elmi çaplarım və əsərlərim 2024-cü il    Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin  22 Fevral 2024 cü il  tarixli “3-29/3-2-69F/2024 “ saylı əmri ilə Dizayn ixtisasının bakalavr pilləsi üzrə tədris olunan  “Rəsm” fənni üzrə proqramım Qrif alıb çap olunmuşdur. 2024-cü il    Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin  22 Fevral 2024 cü il  tarixli “3-29/3-2-69F/2024 “ saylı əmri ilə Dizayn ixtisasının bakalavr pilləsi üzrə tədris olunan  “Rəngkarlıq” fənni üzrə proqramım Qrif alıb çap olunmuşdur. 2024-cü il    Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin  03 May  2024 cü il  tarixli “3-29/3-2-230F/2024 “ saylı əmri ilə Dizayn ixtisasının bakalavr pilləsi üzrə tədris olunan  “Rəngkarlıq” dərs vəasiti Ali məkktəblərdə tədris üçün qrif alıb nəşr olunmuşdur .      İştirak etdiyim sərgilər        2010     “Yeni Nəfəs “ adlı fərdi sərgi.Muzey Mərkəzi.        2010     “ Gənclər Günü” V.Səmədova adın sərgi salonu.       2010      "8 Mart" V.Səmədova adına sərgi salonu.       2011      “Xocalı faciyəsi”Azərbaycan Dövlət İstiqlaliyyət muzeyi.       2011      “Almaniya bir rəssamın gözü ilə”Kopelhaus       2011      “Gənclər günü”Vəcihə Səmədova adına sərgi salonu       2011      “Dekorativ tətbiqi incəsənət əsərlərinin sərgisi” Rusiya Federasiyasının mədəniyyət və incəsənət mərkəzi.       2011      “Gənclər günü” V.Səmədova adına sərgi salonu.       2012      "8 Mart" V.Səmədova adına sergi salon.       2012      "Gənclər günü" V.Səmədova adına sərgi salonu.       2013      "Xocalı faciəsi gənc rəssamların gözü ilə" Azərbaycan incəsənət konsulluğu.       2014      "Gənclər günü" V.Səmədova adına sərgi salonu.       2016      "Tolerantlıq" V.Səmədova adına sərgi salonu.       2016      "Soyqırım" Azərbaycan Diplomatik Akademiyasında.       2020      Art for Autism . Nepal.       2020      23 Nisan Ulusal Egemenlik ve cocukbayraminin 101.Yılında "Küçük əllərin büyükbaşarısı".       2020      Kələbəyin Düşü 15 nisan Dünya sanat günü. Türkiye.       2020      Manikarnika Art Gallery. Hindistan.       2020      Tribute to the African Continent . Norveç.       2020      Aspors China Romania . Cənubi Koreya.       2020      Spring Colors Show . Romania.       2020      Happy School 24 th Mosaic. Usa.       2020      1 international Virtual Art Exhibition Zobra. Banqladeş.       2020      Extraordinarire World records.       2021      Lotus Libya . Livya.       2021      February in Ankara . Türkiyə.       2021      9th Art Exhibition Show . Hindistan.       2021      Iws Belgrade Zenska Dusa . Serbiya.       2021      Geleneksel Izler .Azerbaycan Turkiye.       2021      Queens Foundation for Cultures and Arts.       2021      45th UNS Sebelas Maret University Indonesia.       2021      Artlife Herati Flower Festival .Azerbaycan.       2021      Climate changes In Arctic and Antractik. Norvec.       2021      Nomades " No Mas Violencia. Venesuela.       2021      19 Mayis Atatürkü Anma Genclik və Spor Bayrami için Uluslar arasi sergi.       2021      On the Ocassion of Buddha Jayanti. Hindistan.       2021      Uluslararasi Davetli 15 Temmuz Demokrasi Plastik Sanatlar Sanal Sergisi.Türkiye.       2021      " Art is Wealth ” international exhibition .Nigeriya.       2021      Uluslar arasi ada sergisi 23 Nisan .Turkiye.       2021      " Beyond Imagination" virtual exhibition between Philppines and Azerbaijan. Bu sərginin təşkılatçısı olaraq cıxış etmişəm. Sərginin məqsədi Azerbaycan rəssamları ilə Filippinli rəssamların birlikdə əməkdaşlıq etməsi üçündür.       2022      Woman and Nature. International exhibition .India.       2022      Consorcio Universal De la Ciencia U Bella Artist. Cuba.       2022      Kadını Anlat. USART İnternational Juried Online Mixed Exhibiton. Turkey.       2022      İnternaional Worrld art day Plastic Arts Online exhibition. Turkey.       2022      Award of Excellence International Art Exhibition. Kingdom of Morocco.       2022      Member of International Professional art Assocation VIPAA . New york Usa.       2022      Uluslar arasi Istiklal Marsi ve M.Akif Ersoy Plastik sanatlar sergisi. Turkiye.       2022      Grito De Mujer 2022 Leon Guanajuato. Mexico.       2022      Woman is Nature .International exhibition .Iran.       2022      IWS Globe 10 illiyinə həsr olunmuş sərgi. Azərbaycan.       2022      BİEAF İnternational exhibition .Pusan Cenubi Koreya.       2023      Cucba Se Otorga al artista plastica Exhibition Femina        2023     Mujeres Artistas Del Mundo Woman artist of The world        2023     Palates de Paz , Nuestro paz comunica paz.Argentina.        2023     “Pulse of art “ international contest İWS NFT, IWS Tükiyə        2023     11vo Festival İnternacional de las Aves de Coatepec otorga el presente        2023     Aydın Adnan Menders Üniversitesi Türk Sanatı və kültürü uyğulama merkezi müdürlüğü. 24 Kasım öğrətmenlər günü sergisi.        2023     Universal brush society Goodwill and arts association.        2023     La Ciudad las personas.Exposicion Colectiva Virtual International        2023     ||| Exposicion Colectiva Virtual Nacional E Internacional Venezuela        2023     YILAOB centro cultural Digital  CDMX,MEXICO,31 AGOSTO        2023     Exposicion Internacional “Arte Postal”        2024     İWS Azerbaijan Su və rəng ahəngi sərgisi        2025     Aydın Adnan Menders Üniversitesi Türk Sanatı və kültürü uyğulama merkezi müdürlüğü. 18 Mart Çanakkale Zaferi  günü sergisi.       2025      Cucba.Consorcio Universal de la Cienca y las Bellas Artes Carlos Sanchez Gallery Otorga el siguienta , Frida Kahlo       2025      Cucba.Consorcio Universal de la Cienca y las Bellas Artes Carlos Sanchez Gallery Otorga el siguienta , Mujeres Celebres

Sevda

Sevda  Sadıxbəyova

Dizayn Məktəbi

Auditoriyadan kənar işlər üzrə prorektor, Dosent, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü

1970-ci ildə Bakı şəhərində doğulub. 1988-1994 –cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə  ilə bitirib. Respublika və beynəlxalq sərgilərin və konfransların  iştirakçısı olub 2004-2015ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekani vəzifəsində işləyib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildə Beynəlxalq İncəsənət Sərgisi (Koreya-İstanbul-Bolqariya-Misir-Azərbaycan). 2010-cu ildə sənətşunaslıq ixtisası üzrə fəlsəfə doktoru dərəcəsini alıb. 2010-cu ildə Ə.Əzim-zadənin 130 illiyinə həsr olunmuş III-cü Beynəlxalq Karikatura Müsabiqəsinin lauriatı olub. 2010-cu ildə “Qəbələ” I-ci Beynəlxalq İncəsənət Sərgisi. 2011-ci ildə “Qəbələ” II-ci Beynəlxalq İncəsənət Sərgisi. 2011-ci ildə dosent elmi adına layiq görülüb. “Azərbaycan Opera və Balet Teatr rəssamlarının yaradıcılığı”  2012-ci ildə Dünya Rəssamlıq Akademyası fərdi sərgi. 2012-ci ildən Azərbaycan Reklamçılar İtifaqının üzvüdür. Sadıxbəyovanın rəsm işləri Türkiyə, Moskva, Kiyev, Polşa, İspaniya, İzrail , həmçin digər ölkə və şəhərlərdə olan şəxsi kolleksiyalarda saxlanılır. 2013-ci ildə Azərbaycan Respublikasinin Əməkdar Rəssam fəxri adina layiq görülüb.  2013-ci ildə Almaniyanın Berlin şəhərində fərdi sərgi keçirilib. 2013-ci ildə Bolqaristanin Sofiya şəhərində fərdi sərgi keçirilib. 2015-2021ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında tədris işləri üzrə prorektor vəzifəsində işləyib. 2016-2021ci illərdə BXA-da professor vəzifəsinidə tutmuşdur. 2016,2018-ci illərdə Bakida keçirilmiş Q.Almaszadə adina Beynəlxalq Rəqs Musabigəsinin təşkilat komitəsinin  üzvü olub. Birçox beynəlxalq və respublika konfraslarin iştrakçısı olub. 2018-ci il “Səhnəqrafiya Tarixi” adlı dərsliyin müəllifidir. 30-a yaxın elmi  məqalənin müəllifidir. 2021-ci ildən Qərbi Kaspi Universitetinin “Dizayn" məktəbinin dekanı vəzifəsində çalışıb.  2023-cü ildən isə Qərbi Kaspi Universitetində Prorektor olaraq fəaliyyət göstərir

Elçin

Elçin  Əliyev

Dizayn Məktəbi

Professor, Sənətşünaslıq üzrə elmlər doktoru; Azərbaycan Memarlar və dizaynerlər İttifaqının üzvü

Azərbaycan Memarlar İttifaqının üzvü Azərbaycan Dizaynerlər İttifaqının üzvü Akademik fəaliyyətinin istiqamətləri: Memarlıq Dizayn Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsini bitirmişdir. 1987-ci ildə S.V.S.T.- də (Slovakiya Ali Texniki Məktəbi) istehsalat təcrübəsi keçmişdir. 1988-ci ildən Sovet İttifaqının süqutuna qədər Ümumittifaq Gənc Memarlar cəmiyyətinin Zaqafqaziya şöbəsinin Sədri olmuşdur. 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür. 1998-ci ildə memarlıq üzrə Namizədlik dissertasiyasını müdafiə etmişdir. 2014-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmişdir. Otuz illik professional fəaliyyəti zamanı 70-dən çox memarlıq və dizayner layihələrini yaratmış və həyata keçirtmişdir. E.T.Əliyevin layihələri Rusiya, İran, ABŞ, Türkiyə, Fransa, Almaniya, Gürcüstan kimi ölkələrin müxtəlif mükafatları və diplomları ilə təltif edilmişdir. Dəfələrlə Azərbaycan Memarlar İttifaqı tərəfindən ölkənin ən yaxşı memarı adına layiq görülmüşdür və Azərbaycan Memarlar İttifaqının «Qızıl şərəf nişanı» ilə təltif edilmişdir. Bakıda yerləşən Jen-Mironosits Kafedral Kilsənin bərpası layihəsinə görə Rusiyanın Pravoslav Kilsəsi tərəfindən «Müqəddəs Sergiy Radonejskiy» ordeni ilə mükafatlandırılmışdır. 2016-ci ildə E.T.Əliyevin layihəsi əsasında Zirə kəndində Aydın Qurbanovun xatirəsinə oğlu Səməd Qurbanov tərəfindən Cümə məscidi tikilmişdir. Həmçinin, müxtəlif ölkələrin Memarlar və Dizaynerlər İttifaqlarının, Memarlar İttifaqlarıının Beynəlxalq Assosiasiyasının, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Azərbaycan Mədəniyyət Nazirliyinin və bir çox dövlət, özəl və beynəlxalq təşkilatların diplom, təşəkkürnamə və fəxri fərmanları ilə təltif edilmişdir. 2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışıb. 2014-ci ildən Beynəlxalq Memarlar İttifaqının Gənclərlə iş üzrə Komissiyasının üzvüdür. 2015-ci ildən Qərbi Kaspi Universitetində çalışır. Hal-hazırda Bakı Memarlıq Klubunun Prezidenti vəzifəsində çalışır. Memarlıq, dizayn və şəhərsalma sahəsində 14 kitab və 90 elmi məqalənin müəllifidir. E.T.Əliyevin müəllifi olduğu iki nəşr: «Məkanların Astanasında. Bakı tarixini yazan qapılar. 1867-1913» və «Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri» Heydər Əliyev Fondu tərəfindən çap olunub. Digər kitab isə, «Konstruktivizm dövrü. XX əsrin 1920-1930-cu illərinin Bakı memarlığı», Azərbaycan Respublikası Prezidentinin sərəncami əsasında Dövlət proqramı çərçivəsində çap olunub.

Gülrəna

Gülrəna  Mirzə

Dizayn Məktəbi

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent, Azərbaycan Rəssamlar Ittifaqının üzvü, Rusiya Imperatorluq Evi və Azərbaycan Tarixi-Şəcərə Cəmiyyətinin üzvü

Akademik fəaliyyətinin istiqamətləri: Sənətşunaslıq Mədəniyyətşünaslıq Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 13.01.1956 Bakıda anadan olubdur.1974 ildə Bülbül adına Orta Ixtisas musiqi məktəbini ve 1979 - Uz.Hacibəyov adina Azərbaycan Dovlət Konservatoriyasını fərqlənmə diplomu ile bitirmişdir.1979-2002 illərdə 23 ve 2 saylı musiqi məktəblərində ve Tusi adına Pedaqoji Universitetdə ders demişdir .2002 ildən AMEA MII-da və Qərbi Kaspi Universitetində calışır. 2001 ildən Azərbaycan Rəssamlar Ittifaqının,Rusiya Imperatorluq Evi Cəmiyyətinin ve Azərbaycan Tarixi-Şəcərə Cəmiyyətinin üzvüdür. 2004 ildə "20 əsrin son 30 ilində Azərbaycan dəzgah rəngkarlığında rəssamın yaradıcı prosesi ve fərdi üslubu" movzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasını uğurla mudafiə etmişdir. 2012 ildə AAK-nin qərarı ilə dosent adına layiq olunmuşdur. Hal hazirda AMEA-nin Memarlıq ve Incəsənət Institutunun  aparıcı elmi işçisi və Institutun Dissertasiyalar Elmi Şurasının üzvüdur; Qərbi Kaspi Universitetinin dosentidir. Azərbaycan,Türkiyə,Ingiltərə ve Almaniyada 11 monoqrafiyasi dərc olunmuşdur.150-dən çox elmi məqalənin müəllifidir.O cumlədən  bir metodik vəsait ve 5 fənn proqramı. Elmi nəşrlər: 1. Six masters of Azerbaijani painting. - Monography book,Berlin:,Lambert Academic Publishing ,2021,p.110 . 2. Nadir Qasumov.-Monography book,Baki:,Servet,Serq-Qerb,2019,104 s. 3.Tair Salahov.-Mon.b,Baki:,Servet,Serq-Qerb,2013.104 s, 4.Rasim Babayev.-Mon.b.,Baki:,Servet,Serq-Qerb,2013,104 s. 5.Nadir Abdurrahmanov.-Mon.b.,Baki:,Servet,Serq-Qerb,2013,104 s. 6.Omar Eldarov.-Mon.b.,London:,Anglo-Caspian Pbl.C.2005,pages 385. 7.Oqtay Sadigzade.-Mon.b.,Baki:,Cashioglu,2002,196s. 8.Elmira Shahtaxtinskaya.-Mon.b.,Baki:,21esr.YNE,2001,196s. Bundan elave  Servet seriyasindan 3 monoqrafiya ve 150 cox elmi meqale: 141. Dekorativ tetbiqi senetde Qacar uslubu AErbaycan bedii medeniyyetinin tezahuru kimi - 5 -ci Dunya Xalca Simpoziumunda cixish.2017,Baku 142 .Qajar style in art as a phenomenon of Azerbaijani artistic culture./Jomard Publishing.New design ideas.Online.The journal.ISSN 2524-2148.2018,Vol.2/N1.

Elnur

Elnur  Rəsulov

Dizayn Məktəbi

Baş müəllim, Azərbaycan Rəssamlar İttifaqın üzvü

Akademik fəaliyyətinin istiqamətləri: Rəsm Rəngkarlıq Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 28 İyul 1962-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1980-1986-cı illərdə (1980-1982 hərbi xidmətdə olmuşdur). Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində (İndiki Ə.Əzimzadə adına rəssamlıq kolleci) təhsil almışdır. 1986-cı ildə “ Rəsm və Rəsmxət müəllimi “ ixtisası üzrə tam kursu bitirmişdir. 1987-ci ildən müntəzəm olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəssamlar İttifaqının təşkil etdikləri sərgilərdə iştirak etmişdir. 1987-1988-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq təhsili almışdır.1988-1994-cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət universitetində təhsil almışdır. 1994-cü ildə tam kursu başa vuraraq “ Rəngkarlıq “ ixtisası almışdır. 2005-ci ildən Azərbaycan Dövlət Rəssamlar İttifaqının “ Rəngkarlıq “ bölməsinin üzvüdür. 2007-ci ildə Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda fərdi yaradıcılıq sərgisi təşkil olunmuşdur. 2008-ci ildə Balakən rayon İcra Hakimiyyətinin dəvəti ilə Tarix və Diyarşunaslıq muzeyində fərdi sərgisi keçirilmişdir. 2009-cu ildə Rusiya Federasiyasının V.Lermontov komitəsinin təsis etdiyi K.Meçiyev medalı ilə təltif edilib. 2010-cu ildə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Dövlət Mədəniyyət Komitəsinin təşkil etdiyi Çərkəz şəhəri Dövlət tarix və diyarşunaslıq muzeyində “ Azərbaycan mənim vətənim “ adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. 2010-cu ildə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi  “ Keçmişdən gələcəyə “ adlı ümumi sərgidə üç əsərlə iştirak etmişdir. 2010-cu ildə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi “ Şərq rəngləri “ adlı fərdi sərgisi keşirilmişdir. 2011-ci ildə Rusiya Federasiyasının İnquş Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi müştərək sərgidə iştirak etmişdir. 2013-cü ildə Rusiya Federasiyasının Tolyatti şəhər Merliyinin təşkil etdiyi “ Bakıdan hərarətli salamlar “ adlı fərdi sərgisi keçirilmişdir. 2014-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində “ Rəssamların Mərkəzi Sərgilər Evi “ ndə “ Doğma torpağın təranələri adlı fərdi sərgisi keçirilmişdir.

Aysu

Aysu  Əliyeva

Dizayn Məktəbi

Azərbaycan rəssamlar ittifaqının üzvü, Müəllim

Əliyeva Aysu Fərid qızı 2000-ci il 17 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. 8 saylı tam orta məktəbinin adından rəsm və rəngkarlıq əsərləri fərqli sərgilərə gondərilmişdir. 18 dekabr 2015-ci ildə Ümumdünya Miqrant Gününə həsr edilən “Mərhəmətlə dolu aləm” adlı rəsm müsabigəsində rəsm əsəri ilə iştirak etmişdir. 2016-ci ildə British Council tərəfindən təşkil edilən “İngilis dilində poeziya və nəsr üzrə bədii qiraət” müsabiqəsində 1-ci yerə layiq görülmüşdür. Məktəb yarışmasında  Riyaziyyat fənnindən 1-ci yer qazanıb və diplomla fərqlənmişdir. 2017-2021-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Memarlıq və Dizayn” fakültəsində “Sənaye Dizayn” ixtisası üzrə bakalavr pilləsi və 2021-2023-ci illərdə “Sənaye və qrafik Dizayn” ixtisası üzrə magistr pilləsi üzrə təhsil alıb və fərglənmə diplomları ilə bitirib. 2018-ci ildə kompaniya çərçivəsində “Qarabağın səsi”adlı gənc rəssamların sərgisində “Müdafiəçi” əsəri ilə fərqlənmə diplomu ilə təltif olunub. Həmin ildə SABAH qruplarına daxil olub , 2021-ildə fərglənmə ilə bitirdi. 2019-cu ildə Almaniyada təşkil edilən, Xocalı soyqırımı faciəsinə həsr olunmuş sərgidə “Ana” əsəri təqdim olunub. Həmin ildə SABAH qrupların London şəhərində keçirilən sərgisində “Prince’s School Of Traditional Art” tərəfindən marketri və miniatür əsərləri sərgilənmişdir və “The Prince’s Foundation”-a hədiyyə olunmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiya tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində “2-ci Beynəlxalq Yay Məktəbi”də uğurla iştirak edib və sertifikatla  təltif oldu. 2021-ci ildə “Nizami və Şıller” adlı Dizayn Müsabiqəsinda öz əsəri ilə iştirak etmişdir və diplomla fərglənmişdi. 2022-ci ildə Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycanda nümayəndəliyi İWS Azerbaijan və Xətai sənət mərkəzi nəzdində olan İWS KHATAI CENTER təşkilatçılığı ilə keçirilən “Su və rəng ahəngi -2022” akvarel sərgisində iştirak etdiyinə görə sertifikatla təltif olundu. 2024 ildə “Azərbaycan Rəssamlar İttifaqı İB” Gənc Rəssamlar Birliyinin Üzvünə daxil olub. 2023 ildən Qərbi Kaspi Universitetində ştat müəllim vəzifəsində fəaliyyət göstərir.

Günel

Günel  Əsgərzadə

Dizayn Məktəbi

Müəllim

Mənim adım Günel Əskərzadə Zəfər qızı, 3 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Təhsilimi 17 nömrəli məktəbdə başlamışam və erkən yaşlardan etibarən təhsilə və incəsənətdə böyük marağım olub. Məktəbi bitirdikdən sonra 1999 ildə Qərb Universitetinə Dizayn fakultəsinə qəbul oldum. Burada bakalavr təhsili aldım, sonra isə həmin universitetində magistratura üzrə təhsilimi davam etdirərək biliklərimi daha da dərinləşdirdim. Peşəkar yolum çox şaxəli olub. Mən müxtəlif sahələrdə işlədim, o cümlədən dizayn və ingilis dili tədrisi sahələrində. Bu sahələrdə tədris etməyin mənə böyük məmnuniyyət verdiyini deyə bilərəm. Tədris sahəsində təcrübəm 8 ildən çoxdur və tələbələrə yaradıcılıq və dil bacarıqlarını inkişaf etdirməkdə yardımçı olmaq mənə çox həzz verir. Bundan əlavə, 10 ildən çox müddət ərzində çap şirkətində çalışdım və dizayn və çap istehsalı sahəsində qiymətli təcrübə qazandım. Bu dövr karyeramın mühüm bir hissəsi oldu və dinamik və yaradıcı mühitdə işləyərkən çox şey öyrəndim. Həmçinin portret fotosu çəkilişi ilə məşğulam. Bu, mənim həvəsimdir və bu sahədə daim özümü inkişaf etdirərək unikal şəkillər yaratmağa və emosional və gözəl anları əbədiləşdirməyə çalışıram. Həyatım daim inkişaf və yeni imkanlar axtarışı ilə bağlıdır və öz maraqlarımı peşəkar fəaliyyətimlə birləşdirməyimdən fəxr edirəm.

Ulya

Ulya  Abdullayeva

Dizayn Məktəbi

Müəllim, s.ü.f.d

Abdullayeva Ulya Rövşən qızı 20 fevral 1990-cı ildə Gürcüstanda anadan olmuşdur.   2005-2009-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisasını bakalavr səviyyəsi üzrə, 2011-2014-cü illərdə isə həmin ixtisasın magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2024-cü ildə sənətşünaslıq üzrə Fəlsəfə doktoru elmi dərəcəsini almışdır.   2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənət”  fakültəsinin “Heykəltəraşlıq” kafedrasında laborant vəzifəsində işə başlamışdır. 2012-2019-cu illər ərzində həmin kafedrada baş laborant vəzifəsində çalışmışdır. 2017-ci ildən başlayaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin “İncəsənət tarixi” kafedrasında əvvəlcə saathesabı, 2019-2023 – cü illər ərzində isə 0,5 ştat  müəllim vəzifəsində çalışıb. 2021-2022-ci tədris ili ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin Fakültə Elmi Şurasının elmi katibi vəzifəsində çalışmışdır. 2023-2024 – cü tədris ili ərzində Azərbaycan  Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasında tam ştat  müəllim vəzifəsində çalışıb. 2023-2024-cü tədris ilinin payız semestri üzrə  Azərbaycan  Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin Yekun Dövlət Attestasiyası Buraxılış işinin müdafiəsinin elmi katibi vəzifəsində çalışmışdır. 17 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Milli Kitabxanada “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” adlı beynəlxalq elmi-praktik konfransının “Təsviri sənət” bölməsi üzrə moderator kimi çıxış etmişdir.   2013-cü ildən başlayaraq müxtəlif elmi-mətbuat orqanlarında bir çox məqalələr və tezislərlə çıxış etmişdir, yerli və beynəlxalq konfranslarda iştirak etmişdir.   2013-cü ildən başlayaraq müxtəlif yerli sərgilərin iştirakçısıdır. 2015-ci ildə “Tolerant Azərbaycan gənci” layihəsinin iştirakçısı olaraq “Ruh birliyi” adlı rəngkarlıq əsəri YUNESKO-nun muzey ekspozisiyasına daxil edilməsi məqsədilə 26 oktyabr 2015-ci il tarixində Paris şəhərində YUNESKO-nun Baş Qərargahında keçirilən 9-cu YUNESKO Gənclər Forumunda təşkilatın baş direktoru xanım İrina Bokovaya təqdim edilmişdir. 2016-cı ildə keçirilən “Almaniya bir rəssamın gözü ilə” adlı sərgi-müsabiqəsində 3-cü yerə layiq görülmüşdür. 2016-ci ildə keçirilən FVTVRİSMO ORA sərgisində iştirak etmişdir. 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Gənclər Bölməsinin üzvüdür.   Hal-hazırda Qərbi Kaspi Universitetinin “Dizayn məktəbi” fakültəsində tam ştat müəllim vəzifəsində çalışır.

Fatimə

Fatimə  İsmayılova

Dizayn Məktəbi

Müəllim

17 iyul 1998-ci ildə anadan olmuşdur. 2006–2014-cü illərdə Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə, 2014–2016-cı illərdə isə Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində almış, Memarlıq ixtisası üzrə bakalavr, Şəhərsalma ixtisası üzrə isə magistr dərəcəsi əldə etmişdir. Təhsil dövründə universitetin RIBA (Royal Institute of British Architects) Part 1 akkreditasiyası prosesində iştirak etmiş, təqdim etdiyi layihələr beynəlxalq standartlara uyğun qiymətləndirilmişdir. 2020-ci ildən etibarən memarlıq və dizayn sahəsində peşəkar fəaliyyət göstərir. Müxtəlif memarlıq və dizayn layihələrinin hazırlanması və idarə olunması sahəsində təcrübəyə malikdir. Hazırda müəllim, memar və dizayn layihələri üzrə layihə rəhbəri kimi fəaliyyətini davam etdirir. Hal-hazırda Dizayn Məktəbində “Mühit dizaynı” və “Kompozisiya” fənlərini tədris edir. Tədris prosesində real iş mühitinin modelləşdirilməsinə, məkanın funksional və estetik həllinə, həmçinin tələbələrin müstəqil peşəkar kommunikasiya bacarıqlarının inkişafına xüsusi önəm verir. Rəsm və incəsənət yönümlü fəaliyyətlərə, eləcə də yaradıcı sahibkarlığa maraq göstərir. Elmi fəaliyyətlə məşğul olur və hazırda nəşr üçün elmi məqalələr üzərində çalışır.