Qərbi Kaspi Universiteti

Müəllimlər

Nailə

Nailə  Quliyeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Kimya üzrə fəlsəfə doktoru, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı

Quliyeva Nailə Məmmədağa qızı 21 avqust 1976-cı il Bakı şəhərində anadan olmuşdur. 1983-1993-cü illər 39 nömrəli məktəbdə orta təhsil almışdır. 1993-1997-ci illər Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr təhsili almışdır. 1997-1999-cu illər isə burada magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsinin bəzi xüsusiyyətləri”). 2000-2003 Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Yüksək Molekullu Birləşmələr kimyası kafedrasında aspirant olmuşdur. 2008-cı ildə “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsi” elmi işini uğurla müdafiə edərək kimya elmləri namizədi adı almışdır. BDU-nin YMB kimyası kafedrasında 2010-15 ci illərdə, 2014-17 ci illərdə isə AR Prezidenti yanında Dövlət İdarəcilik Akademiyası, “Davamli inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasında müəllim vəzəfəsində çalışmışdır. 2018-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasında müəllim vəzifəsində, 2020-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. Hal-hazırda Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı vəzifəsində çalışır.

Rəna

Rəna  Hacıyeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, İnformasiya texnologiyaları kafedrasının müdiri

Akademik fəaliyyətinin istiqamətləri:   İnformatika Veb-proqramlaşdırma Informasiya texnologiyalarının əsasları  Sistem proqram təminatı    Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:   1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir. 1971-1990–cı illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində laborant, mühəndis, böyük mühəndis, 1990-1997-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində müəllim, baş müəllim, 1997-ci ildən isə Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2007-ci ildə “İnformatikanın digər fənlərlə (Riyaziyyat və Fizika) əlaqəli tədrisi yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2011-ci ildən Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri vəzifəsində çalışır. 100-dən çox metodik vəsait, dərslik və elmi məqalələrin müəllifidir.   Son illərin elmi nəşrləri: Using elements of c++ programming language in teaching informatics with mathematics Hajiyeva, R.J. E3S Web of Conferences, 2024, 538, 02033 Patentability and possible automation Hajiyeva, R.J., Rzaguliyev, A.I. E3S Web of Conferences, 2024, 538, 02014 Solution of boundary prE3oblem in mathematics Hajiyeva, R.J., Zeynalov, R.M., Ahmadova, E.N. E3S Web of Conferences, 2024, 538, 02023 Ways to use interdisciplinary connections by showing the solution of one insurance problem in teaching Hajiyeva, R.J., Asgarova, B.H., Haciyev, R.N. E3S Web of Conferences, 2024, 538, 02012 The philosophy of progress Asgarov, S., Hajıyeva, R. E3S Web of Conferences, 2024, 538, 05011 Improved Red Deer Algorithm for Scientific Workflow Scheduling in Cloud Environment Venkata Srinivas, C.M., Rena, Hajiyeva, Arunarani, A.R., Al Ansari, M.S., Younas, A. Proceedings of the 5th International Conference on Inventive Research in Computing Applications, ICIRCA 2023, 2023, страницы 662–667 FlexiCombFE: A flexible, combination-based feature engineering framework for brain tumor detection Tuncer, I., Baig, A.H., Barua, P.D., Hajiyeva, R., Tuncer, T., Acharya, U.R. Biomedical Signal Processing and Control, 2025, 104, 107538 Computer network design problem Hajiyeva, R., Rustamov, N., Sapaev, I.B., Akhmedov, A. Applications of Mathematics in Science and Technology: International Conference on Mathematical Applications in Science and Technology, 2025, p. 19–23 New methods and applications in practice, quality, and scalable of database created using Oracle Hajiyeva, R., Sapaev, I.B., Mamatkulova, S.J., Sapaev, B. Applications of Mathematics in Science and Technology: International Conference on Mathematical Applications in Science and Technology, 2025, p.76–80. Development of the electronic government concept: The experience of the Republic of Azerbaijan Hajiyeva, R., Gaffarova, R., Sapaev, I.B., Kabulov, I., Mustafayeva, S.F. Applications of Mathematics in Science and Technology: International Conference on Mathematical Applications in Science and Technology, 2025, p. 71–75 Designing an efficient and scalable oracle database: Best practices and methodology Hajiyeva, R., Mustafayeva, S., Sapaev, I.B., Sapaev, B. Applications of Mathematics in Science and Technology: International Conference on Mathematical Applications in Science and Technology, 2025, p. 8–14 Artificial intelligence (AI) in civil engineering and tekla structures Hajiyeva, R., Medetov, K., Sapaev, I.B., Sapaev, B. Applications of Mathematics in Science and Technology: International Conference on Mathematical Applications in Science and Technology, 2025, p. 64–70 TPat: Transition pattern feature extraction based Parkinsons disorder detection using FNIRS signals Tuncer, T., Tasci, I., Tasci, B., Hajiyeva, R., Tuncer, I., Dogan, S. Applied Acoustics, 2025, 228, 110307 Automated hip dysplasia detection using novel FlexiLBPHOG model with ultrasound images Key, S., Kurum, H., Esmez, O., Hajiyeva, R., Dogan, S., Tuncer, T. Ain Shams Engineering Journal, 2025, 16(1), 103235

Dürdanə

Dürdanə  Rüstəmova

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Fizika üzrə fəlsəfə doktoru, Mexanika və riyaziyyat kafedrasının müdiri

Akademik fəaliyyətinin istiqamətləri: Elektrotexnika Mexatronika Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Rüstəmova Dürdanə Fərhad  qızı 15 yanvar 1963-cü il Kəlbəcər rayonu Qılışlı kəndində  anadan olmuşdur. 1970-1980-ci illər Qılışlı kənd məktəbində orta təhsil almışdır. 1981-1986-cı illər Azərbaycan Texniki Universitetinin Elektrotexnika fakültəsində mühəndis elektrik təhsili almışdır. 1986-2004-cü illərdə Bakı şəhəri, “Neftqazavtomat” təcrübə zavodunda texnoloq, sazlayıcı mühəndis işləmişdir. 2004-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində baş müəllim, 2010-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin və Fövqalədə Hallar Nazirliyinin Akademiyalarında müəllim vəzəfəsində çalışmışdır. 2010-cu ildə Radiasiya Problemləri İnstitunda aspirant olmuşdur. 2016-cı ildə “Polimer kompozitlərin elektroaktiv xassələrinə maqnit sahəsinin və γ-şüalanmanın təsiri” elmi işini uğurla müdafiə edərək fizika elmləri üzrə fəlsəfə doktoru adını almışdır. 2020-cı ildən Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekan müavini vəzifəsində çalışıb. 2021-cı ildən Qərbi Kaspi Universitetinin Mexanika və riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışır. 39 elmi məqalənın, dərs vəsaitinın, fənn proqramlarının, müəllifidır.

Ayaz

Ayaz  Məmmədov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Biologiya üzrə fəlsəfə doktoru, Təbiət Elmləri Kafedrasının müdiri

Akademik fəaliyyətinin istiqamətləri: · Genetika · Biotexnologiya · Gen mühəndisliyi · Molekulyar biologiya Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Məmmədov Ayaz Məmməd oğlu 16 yanvar 1978-ci ildə anadan olmuşdur. 1995-ci ildə Bakı şəhər 244 nömrəli orta məktəbi bitirmişdir. 1995-1999-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində bakalavır, 1999-2001-ci illərə eyni ixtisasda magistr təhsilini almışdır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda genetika ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 2010-cu ildə fəlsəfə doktorluğu üzrə dissertasiya işini müdafiə etmişdir. Hal-hazırda elmlər doktorluğu üzrə dissertasiya işini yerinə yetirir. 15-dən çox ölkədə beynəlxalq konfrans, seminar və simpoziumda iştirak etmişdir. A.Məmmədov 2003-2006-cı illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda kiçik elmi İşçi, 2006-2007-ci illərdə Kənd Təsəttüfatı Nazirliyində aparıcı məsləhətçi, 2007-2011-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi K/t Kreditləri üzrə Dövlət Agentliyinin İnformasiya və məsləhət mərkəzində mütəxəxəssis və mərkəzin direktoru, 2011-2013-cü illərdə Standartlaşdırma və Patent üzrə Dönlət Agentliyinin yeyinti və kənd təsərrüfatı laboratoriyasında mütəxəssis, 2013-2022-cillərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda şöbə müdiri vəzifələrində çalışıb. Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin Təbiət Elmləri Kafedrasının müəllimi vəzifəsində çalışır. 40-da çox elmi əsərin müəllifiddir. Elmi nəşrlər: Məqalələr 1) Gullar Gadimaliyeva, Zeynal Akparov, Naib Aminov, Aybeniz Aliyeva, Javid Ojaghi, Samira Salayeva, Moozhan Serpoush, Ayaz Mammadov, Alex Morgounov, Assessment of synthetic wheat lines for soil salinity tolerance, Zemdirbyste-Agriculture, 2020, 107(1), s. 55 - 62 2) N.Y.Kərəmova, E.E.Cəfərova, A.M.Məmmədov, X.M.Əkbərova, Z.B. Haqverdiyeva, Stres şəraitlərində I kurs tələbələrinin koqnitiv və həyəcan göstəricilərinin müqayisəli təhlili, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2019, 8 (2), s. 65 - 70 3) A.M.Məmmədov, Azərbaycanın yerli və introduksiya olunmuş ev toyuqlarının (Gallus gallus domesticus) biomüxtəlifliyinin müqayisəli tədqiqi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2019, 8 (2), s. 117 - 124 4) Allahverdi Shahveranov, Nigar Hamidova, Ayaz Mammadov, The ethical aspects in geneedited humans via crispr-based systems, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2019, 8 (1),s. 122 - 125 5) G.Ə.İsmayılova, A.M.Məmmədov, Q.M.Bəkirov, RAPD (Random Amplification of Polymorphic DNA) molekulyar markerlərlə tut ipəkqurdu (Bombyx mori L.) hibrid və cinslərinin genetik müxtəlifliyinin öyrənilməsi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2018,7(2),s. 132 - 136 6) A.K.Məmmədbəyli, S.Ə.Ağayeva, A.M.Məmmədov, Düşen əzələ distrofiyası irsi xəstəliyinin nəsil ağacı səviyyəsində genealoji analizi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2018, 7(2), s. 116 - 119 7) S.Ə.Ağayeva, A.M.Məmmədov, B.R.Kiçibəyov, Azərbaycan Respublikasının Oğuz rayonunda eritrositar qlukoza-6-fosfatdehidrogenaza fermentinin biokimyəvi polimorfizmi, AMEA Zoologiya İnstitutunun əsərləri, 2018, 36(1), s. 16 - 20 8) С.В.Гаджиева, З.И.Акпаров, Н.А.Гасанов, З.П.Мустафаева, Э.С.Гаджиев, А.Т.Мамедов, В.И.Иззатуллаева, С.М.Бабаева, С.С.Шарифова, А.М.Мамедов, М.А.Аббасов, ISSR-анализ изменчивости культивируемых форм и сортов граната (Punica granatum L.) Азербайджана, Генетика, Springer, 2018, 54(2), s. 200 - 210 9) Г.Бекиров, М.Гасанов, Т.Гаджиева, А.Мамедов, С.Валиев, О влиянии минеральных удобрений и режимов орошения на урожайность листа шелковицы, AGRO ILM, 2018, 5(55), s. 84 - 86 10) Q.M.Bəkirov, A.G.Mustafayev, Ş.N.Əliyeva, R.Q.Bəkirli, S.F.Abdullayev, A.M.Məmmədov, G.Ə.İsmayılova, G.A.Seyidova, Yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərində ekoloji sabitlikəmsallarının təyin edilməsi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2017, 6 (1-2), s. 204 - 208 11) A.Shahveranov, M.Abbasov, A.Mammadov, The detection and prognostic roles of connective tissue growth factor (CTGF) expression in different tumor models, Azərbaycan Milli Elmlər Akademiyası, Gənc Alim və Mütəxəssislər Şurası, Gənc Tədqiqatçı Elmi-Praktiki Jurnal, 2017, 3(1), s. 131 - 136 12) Q.Q.Abdullayev, H.M.Hacıyev, R.B.Allahverdiyev, T.T.Panahova, A.M.Məmmədov, Azərbaycanda quşçuluğun müasir vəziyyəti və qarşıda duran problemlərin həlli yolları, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2012, 4, s. 67 - 659 13) М.Г.Гаджиев, У.Т.Турабов, А.М.Мамедов, Клеточное содержание птицы основа высокой эффективности производства, Аграрная Наука Азербайджана, 2012, 1, s. 59 - 61 14) A.M.Məmmədov, Azərbaycanın yerli toyuq cinslərinin məhsuldarlıq əlamətlərinin öyrənilməsi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi əsərləri, 2010, II, s. 336 - 341 15) A.M.Məmmədov, Poliakrilamid gel izoelektrikfokuslama (PAGİF) metodu ilə müxtəlif növ heyvanlara aid ətlərin müəyyən edilməsi, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2010, 1-2, s. 119 - 122 16) А.М.Мамедов, Идентификация местных пород кур Азербайджана по биохимическим маркерам, Українська Академiя Аграрних Наук, Міністерство Аграрної Політики. Iнститут Бїологiї Тварин. Науково-Технiчний бюллетень, 2008, 9(4), s. 237 - 240 17) А.М.Мамедов, Изучение полиморфизма белков сыворотки крови у местных пород кур Азербайджана, Всероссийский научный журнал «Практик», 2008, 4, s. 71 - 74 18) A.M.Məmmədov, Yerli toyuqların qanında ümumi zülalların miqdarının müqayisəli öyrənilməsi, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2008, 2, s. 125 - 126 19) A.M.Məmmədov, Yerli toyuqların (Gallus gallus domesticus) standartlaşdırılması, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2007, 8-9, s. 199 - 200 20) A.M.Məmmədov, Azərbaycanın yerli toyuqlarında yumurta məhsuladarlığının öyrənilməsi, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2007, 6-7, s. 115 - 117 21) A.M.Məmmədov, Azərbaycanın yerli çil-çil toyuğunun (Gallus gallus domesticus) sitogenetik xüsusiyyətləri, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Elmi Əsərləri, 2007, 2, s. 63 - 66 22) A.M.Məmmədov, Yerli toyuqların (Gallus gallus domesticus) qan zərdabı zülallarının öyrənilməsi, Azərbaycan Milli Elmlər Akademiyası Aspirantlarının Elmi Konfransının Materialları., Bakı “Elm” nəşriyyatı, 2006, s. 313 - 316 23) A.M.Məmmədov, Toyuqların (Gallus gallus domesticus) somatik hücüyrələrində xromosom kompleksinin öyrənilməsi, Azərbaycan Milli Elmlər Akademiyası Aspirantlarının Elmi Konfransının Materialları,2005, s. 106 - 108 24) A.M.Məmmədov, T.M.Turabov, R.Q.Həsənov, “Səmədoğlu” kəndli fermer təsərrüfatın fəaliyyəti və qaramal naxırıının təsviri, Tələbə və magistrların elmi məqalələrinin toplusu, 2001, s. 58 - 60 25) A.M.Məmmədov, R.Q.Həsənov, Xanlar rayonunun “Səmədoğlu” fermrer təsərrüfatında qaramal cavanlarının bəslənməsi., Tələbələrin və magistrların elmi işlərinin məcmuəsi. 64-66, 1999, s. 64 - 66 26) A.Məmmədov, T.M.Turabov, Camışlarda məhsuldarlıq əlamətlərinin irsiliyi və korrelyativ əlaqələr., Aspirantların, tədqiqatçıların və tələbələrin məqalələrinin toplusu, 1997, s. 20 - 21 Konfranslarda iştirak 1) A.M.Mammadov, S.A.Aghayeva, L.S.Huseynova, E.K.Guliyeva, Z.I.Mehdiyeva, Molecular-genetic investigation of some hereditary diseases in Azerbaijan, “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I Beynəlxalq elmi-praktiki konfrans, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti, Azərbaycan, 18.12.2019-20.12.2019, s. 155 - 159 2) Ismayilova G.A, Mammadov A.M.,Studying genetic diversity of Azerbaijan local silkworm (Bombyx mori L.) breeds and hybrids using RAPD molecular markers, 2nd International Conference on “One Health: Problems and Solutions",Khazar University/Xəzər Universiteti, Azərbaycan,24.05.2019-25.05.2019, s. 57 - 57 3) S.A.Aghayeva, A.M.Mammadov, А.К.Mamedbeyli, E.M.Rasulov, Combination of two genetic disturbances: G6PD enzyme deficiency and Duchenne muscular dystrophy in one patient, Human Genome and Health, 2nd International Conference Tbilisi, Georgia, 2019, Tbilisi State Medical University and Georgian Society of Medical Genetics and Epigenetics, Gürcüstan, 11.05.2019-12.05.2019, s. 21 - 4) G.İsmayilova, A.Məmmədov, Q.Bəkirov, Yüksət temperatur şəraitində tutipəkqurdu cins və hibridlərinin texniki göstəriciləri, “Dağlar: mədəniyyətlər, landşaftlar və biomüxtəliflik” adli beynəlxalq konfrans, Qərbi Kaspi Universiteti, Azərbaycan, 10.05.2019-12.05.2019,s. 120 - 5) S.Aghayeva, A.Mammadov, Genetic consulting for families with duchenne muscle dystrophy, “Dağlar: mədəniyyətlər, landşaftlar və biomüxtəliflik” adli beynəlxalq konfrans, Qərbi Kaspi Universiteti, Azərbaycan,10.05.2019-12.05.2019, s. 321 - 6) A.M.Mammadov, A.İpek, S.H.Teoman-Duran, S.A.Aghayeva, R.Asgarova, G.AIsmayilova, K.K.Malikov, Studying of genetic biodiversity of the Azerbaijan and Turkey olive varieties, “Dağlar: mədəniyyətlər, landşaftlar və biomüxtəliflik” adli beynəlxalq konfrans, Qərbi Kaspi Universiteti, Azərbaycan, 10.05.2019-12.05.2019, s. 87 - 90 7) P.H.Manafova, S.C.Salayeva, Ş.F.Məmmədova, E.Q.Nurullayev, A.M.Məmmədov, C.M.Ocaqi, Azərbaycan mənşəli yabanı badam nümunələrinin molekulyar identifikasiyası , Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyət problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan, 26.12.2017-27.12.2017, s. 276 - 277 8) G.Ə.İsmayılova, A.M.Məmmədov, Tut ipəkqurdu (Bombyx mory L.) cinslərinin genetik müxtəlifliyi və müxtəlif coğrafi regionlara aid cinslərin mtDNT gen fraqmentlərinin sekvens analizi, Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyət problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans., Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan, 26.12.2017-27.12.2017, s. 314 - 315 9) İ.Q.Əfəndi, A.M.Məmmədov, S.C.Əhmədova, V.İ.İzzətullayeva, S.M.Babayeva, M.Ə.Abbasov, Genetik modifikasiya olunmuş bitkilər üzrə biotəhlükəsizlik sistemləri və risklərin qiymətləndirilməsi, Ulu öndər H.Əliyevin 94-cü ildönümünə həsr olunmuş gənc alim və tədqiqatçıların VII Beynəlxalq Elmi Konfrans, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan, 27.04.2017-28.04.2017, s. 84 - 85 10) Z.İ.Akparov, G.Ismayilova, A.M.Mammadov, Molecular genetic studying of silkworm breeds, 8th BASCA International Conference on “Climate changes and chemicals-the new sericulturw challenges”/ “CLISERI”, The Black, Caspian Seas and Central Asia Silk Association (BACSA), Azərbaycan, 02.04.2017- 07.04.2017, s. 116 - 120 11) İ.Q.Əfəndi, A.M.Məmmədov, S.C.Əhmədova, S.M.Babayeva, M.Ə.Abbasov, Genetik modifikasiya olunmuş bitkilər və onların identifikasiyası, Ulu öndər H.Əliyevin 93-cü ildönümünə həsr olunmuş gənc alim və tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransın Materialları, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan, 26.04.2016-27.04.2016,s. 127 - 129 12) A.M.Məmmədov, Azərbaycanın yerli toyuqlarında diri çəki artımının öyrənilməsi,“Tətbiqi Biologiyanın Problemləri” mövzusunda Respublika Elmi Konfransı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti., Azərbaycan, 27.04.2007-28.04.2007, s. 110 - 111 13) A.M.Məmmədov,Yerli toyuq cinslərinin (Gallus gallus domesticus) yumurtalarının inkubasiya keyfiyyətinin öyrənilməsi, “Biomüxtəlifliyin genetik ehtiyatları” mövzusunda I Beynəlxalq Konfrans, Azərbaycan Milli Elmlər Akademiyası, Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan, 27.06.2006-28.06.2006, s. 248 - 249 Monoqrafiya, kitablar, kataloqlar və s. 1) Ç.Ə.Fərəcov, F.Ö.Eminov, Q.Q.Abdullayev, A.M.Məmmədov, Azərbaycanın yerli heyvan cinslərinin kataloqu, Azərbaycan, 2004, 36 s. 2) Z.Əkpərov, M.Abbasov, M.Musayev, Z.Mustafayeva, N.Həsənov, A.Məmmədov, A.Məmmədov, S.Hacıyeva , E.Hacıyev, Azərbaycanın nar sortlarının kataloqu, Azərbaycan, 2018, 96 s.

Səltənət

Səltənət  Ağayeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Elmi işlər üzrə Prorektor, dosent, biologiya üzrə fəlsəfə doktoru

Akademik Fəaliyyətin İstiqamətləri: Genetika Biokimya Fiziologiya Təhsil və Peşəkar Fəaliyyət: Ağayeva Səltənət Ərşad qızı, 1 yanvar 1972-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1989–1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya fakültəsində ali təhsil almış, 2007–2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda doktoranturada təhsilini davam etdirmişdir. 2012-ci ildə “Beyin strukturlarında monoaminerjik sistemin aktivliyinə elektromaqnit dalğalarının təsiri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007–2016-cı illərdə AMEA Fiziologiya İnstitutunda elmi işçi, 2016–2024-cü illərdə isə Genetik Ehtiyatlar İnstitutunun “Biokimyəvi genetika və genomika” şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Paralel olaraq 2003–2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində, həmçinin ADPU-nun Quba filialında “Təbiət elmlərinin tədrisi metodikası” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2019-cu ildən etibarən Qərbi Kaspi Universitetinin “Təbiət Elmləri” kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2022-ci ilin aprel–oktyabr aylarında Xəzər Universitetində “Həyat Elmləri” departamentinin müdiri vəzifəsini icra etmişdir. Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə biologiya elmləri sahəsində Genetika ixtisası üzrə dosent elmi adı verilmişdir. Hal-hazırda Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin “Təbiət Elmləri” kafedrasında dosent vəzifəsində çalışır. 1 dərsliyin, 80-dən artıq elmi məqalənin və bir sıra fənn proqramlarının müəllifidir.

Şahlar

Şahlar  Əsgərov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

f.ü.f.d., prof

     1963–cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və təyinatla Universitetdə saxlanılmışdır. 1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan institutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər. Ş. Əsgərovun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamət fiziki elektronika və mikroelektronikaya aid olan metal – yarımkeçirici kontaktının (MYK) öyrənilməsidir. 1974 –cü ildə Danimarkanın Texniki Universitetində bir illik staj keçmədə olarkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal – yarımkeçirici kontaktına tətbiq etmiş və kontakt üçün qeyri- bircins model təklif etmişdi. Tanınmış alimin fəlsəfi mövzulara da həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər kitabları özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir. Professorun 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifi olmasıdır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var. Ş. Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşdur.

Aydın

Aydın  Qulubəyov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Fizika-Riyaziyyat Elmləri Doktoru, Mexanika və Riyaziyyat Kafedrasının Müəllimi

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Qulubəyov Aydın Mikayıl oğlu 04 oktyabr 1955-ci ildə Bakı şəhərində  anadan olmuşdur. 1961-ci ildə  Bakı şəhəri 167 saylı orta məktəbinin birinci sinfinə getmiş və 1971-ci ild həmin orta məktəbi bitirmişdir. 1972-ci ildə  Bakı Dövlət  Universitetinin Fizika fakultəsinə  qəbul olunmuş və 1977-ci ildə eyni Universitetdən fizik/fizika müəllimi ixtisası üzrə məzunu olmuşdur. 05.12.1977-14.12.1984-cü illərində  keçmiş SSRİ-nin Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Tətbiqi Fizika İnstitutunun Bakı filialında  mühəndis, baş mühəndis vəzifələrində işləmişdir. Eyni zamanda  1979-1983-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasında istehsalatdan ayrılmamaq şərti ilə təhsil almış və dissertasiya işini uğurla tamamlamışdır. A.M. Qulubəyov 1983-cü ilin yanvar ayında “GeSe yarımkeçiricilərinin optik xassələri və zona quruluşu” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1994-cu ilin oktyabr ayında isə “A4B6 tipli yarımkeçiricilərin optik və anizotrop  xassələri” mövzusunda dissertasiya işini müdafiə edərək “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə fizika üzrə elmlər doktoru alimlik elmi dərəcəsini almışdır.   O, 15.12.1984-24.11.1995-ci tarixləri arasında Azərbaycan İnşaat-Mühəndisləri  Universitetinin Fizika kafedrasında assisent, baş müəllim və professor vəzifələrində işləmişdir.  A.M. Qulubəyov 1995-ci ildə Baş Nazirlik Apparatına Bağlı Türkiyə Elm və Texnologiya Araşdırmalar Qurumunda (TÜBİTAK) Uzman Araşdırmaçı vəzifəsinə dəvvət olunmuş və həmin elmi mərkəzdə 2000-ci ilin sonuna kimi elmi tədqiqat işləri ilə məşğul olmuşdur. Türkiyə’də ilk dəfə olaraq holoqrafiya, dinamiklər və mina aşkarlama sistemləri istehsal etmiştir.  2000-2006-cı illərdə Muğla Universiteti Fən-Ədəbiyyat fakültəsi Fizika bölməsində əcnəbi professor vəzifəsində çalışmış və 25 sentyabr 2006-cı ildən Trakya Universiteti Fən-Ədəbiyyat Fakültəsi Fizika kafedrasında daimi dosent, 2011-ci il daimi professor vəzifələrində işləmiştir. Vəzifəyə təyin olunduqdan sonra həmin kafedrada doktorantura proqramı  açılmışdır. ÖSYM YDS (Rusça) Türkiyə birinciliyinə (2014-2018) və NATO-nun Təhlükəsizlik Sertifikatına  sahibdir. 2006-2022 yılları arasında Trakya Üniversitesinde Bərk Cisim Fizikası Anabilim Dalı Başkanı görevinde çalışmıştır. Türkiyədə işlədiyi dövrdən etibarən 8 magistr və 3 fəlsəfə doktoru tələbəsinə elmi rehberlik etmişdir. Bu müddət ərzində bakalavr, magistr və fəlsəfə doktoru tələbələrinə Ümumi Fizika, Bərk cisim fizikası, Yarımkeçiricilər optikası, Kvant optikası, Kristal dinamikası, Kvant elektronikası, Teknik Rusça vs. dərslərini tədris etmişdir. Prof. Dr. A.M. Qulubəyovun elmi tədqiqat  fəaliyətlərinin  nəticələri,  50-dən çox məqalə şəklində yerli və xarici  SCI-yə  daxil olan  elmi  jurnallarda   nəşr  olunmuştur.Yerli və xarici ölkələr olmaqla çoxlu sayda konfrans və  elmi toplantılarda iştirak etmişdir.   2024-cı ildən Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin müəllimi çalışır.

Esmira

Esmira  Əhmədova

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

Esmira Nəriman qızı Əhmədova 1964-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.  1971-1981-ci illərdə Bakı şəhərindəki 53№-li məktəbdə təhsil almışdır,  məktəbi qızıl medalla bitirmişdir. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi riyaziyyat fakültəsinin tələbəsi olmuşdur, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.  1990-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu (İTİ)) mühəndis-proqramçı vəzifəsində işləmişdir. 1994-1997-ci illlərdə H.Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyində informatika müəllimi vəzifəsində çalışmışdır. 2001-2012-ci illərdə AMEA İTİ-də proqramçı, böyük elmi işçi vəzifələrində çalışmışdır, AMEA İTİ-nin Tədris İnnovasiya Mərkəzində müxtəlif fənləri tədris etmişdir. 2003-2008-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin dissertantı olmuşdur, 2008-ci ildə f.r.e.d., prof. H.M.Hüseynovun elmi rəhbərliyi ilə “Kəsilən əmsallı Şturm-Liuvill operatoru üçün spektral analizin düz və tərs məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir, riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-2016-cı illərdə “İnfospace” MMC-də riyaziyyatçı vəzifəsində çalışmışdır. 2016-cı ildən bu günə qədər Qərbi Kaspi Universitetində çalışır, “İnformasiya texnologiyaları” kafedrasının dosentidir. 40-a yaxın elmi və metodiki işin müəllifidır.

Ramil

Ramil  Sadıqov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Dosent

Sadıqov Ramil Əli oğlu 02.11.1983-cü il tarixində Füzuli rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1989-1990 tədris ilində X.Natavan adına 3 saylı Füzuli rayon tam orta məktəbinin birinci sinifinə getmiş, 1992-ci ildə müharibə ilə əlaqədar olaraq Bakıya köçmüş və təhsilini Xətai rayonu nəzdində yerləşən 46 saylı Füzuli rayon tam orta məktəbində davam etdirmişdir. 1999-2000 tədris ilində orta məktəbi əla qiymətlərlə bitirərək, elə həmən il də Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə “Ekologiya, ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisasına daxil olmuş, təhsil aldığı müddətdə “əlaçı” təqaüdü ilə yanaşı rektor akademik A. Məhərrəmov tərəfindən “xüsusi təqaüd” ilə də təmin olunmuşdur. 2003-2004 tədris ilində Universiteti fərqlənmə diplomu ilə bitirərək, həmən fakültədə “Coğrafi ekologiya” ixtisasına yiyələnərək ali təhsilimi magistratura pilləsi üzrə davam etdirmiş və 2006-cı ildə diplom müdafiəsindən “əla” qiymət alaraq bitirmişdir. 15.01.2007 tarixində AMEA-nın “Eroziya və Suvarma ETİ”-nin “torpaqşünaslıq”  ixtasası üzrə aspirantura-doktorantura pilləsinə daxil olmuşdur. Aspirant olduğu 3 il ərzində dissertasiya işi üzərində gərgin işləmiş, və mövzunu bitirərək müdafiə üçün təqdim etmişdir. 100-dən artıq elmi məqalə və tezislərin müəllifidir. Məqalələri azərbaycan, rus və ingilis dillərində, daxili və xarici nəşrlərdə dərc edilmişdir. 15.01.2010-01.01.2011 tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Gədəbəy rayonunda “N” saylı hərbi hissəsində xidməti vəzifəsini (baş çavuş, sanitar-təlimatçı) yerinə yetirmişdir. 02.04.2012 tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İxtisaslaşdırma və İxtisasartırma İnstitutu”nun “Hidrometeorologiya və ətraf mühitin monitorinqi şöbəsi”ndə aparıcı-mütəxəssis vəzifəsində, 31.10.2012 tarxindən isə həmən şöbənin rəisi vəzifəsində çalışmışdır. 16.09.2013 tarixindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hidrotexniki qurğular və hidravlika” kafedrasına tam ştat assistent vəzifəsində, 15.09.2014 tarixindən isə həmən kafedrada baş müəllim vəzifəsində fəaliyyətini davam etdirmiş, 2016-2017 tədris ilində Universitet daxilində aparılan elmi-islahatlar nəticəsində ixtisasıma uyğun olaraq “Ekologiya” kafedrasında konkursdan keçərək tam ştat baş müəllim vəzifəsində çalışmışdır. 2019-2022 tədris illərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya texnologiyası” fakültəsinin “Neft-kimya texnologiyası və Sənaye Ekologiyası” kafedrasında dosent vəzifəsində çalışmışdır. 2022-2023 tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik” fakültəsinin “Mühəndislik və Tətbiqi Elmlər” kafedrasında dosent vəzifəsində çalışır. 01.04.2014 tarixində “KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ DAĞ-ƏKİNÇİLİK ZONASINDA TORPAQLARIN MÜNBİTLİK PARAMETR-LƏRİNƏ EROZİYA PROSESLƏRİNİN TƏSİRİ (Gədəbəy rayonu timsalında)” mövzusunda yazdığım dissertasiya işini müdafiə etmiş və AAK-nın qərarına əsasən aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşdür. Elmi fəaliyyətini davam etdirmək üçün 2015-2016 tədris ilindən etibarən  Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  “YENI ŞƏMKİRÇAY SU ANBARI HÖVZƏ TORPAQLARININ EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ” mövzusunda Akademik Q.Ş. Məmmədo-vun elmi məsləhətçiliyi altında torpaqşünaslıq və ekologiya ixtisası üzrə doktorluq dissertasiyası mövzusu üzərində tədqiqat aparır. 200-dən çox elmi məqalənin müəllifi (daxili və beynəlxalq nəşrlərdə), 100-dən çox bakalavr və magistr diplomçunun elmi rəhbəri olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH QRUPLARI-nda azərbaycan və ingilis bölmələri üzrə istisas fənlərini tədris edir.   Bəzi təltif, təşəkkürnamə və sertifikatlara layiq görülmüşdür: 1. “The international solutions of the problem of ozone” Certificate-Baku, 2004 2. This certificate were given by the  Azerbaijan National Academy of Science for the best published  publication in the international scientific conference. Gabala (June 8-12, 2012) 3. Language services direct certificate of Achievement. Bakı (October-2013 till January-2014) 4. Training on FAO-methodology for Rapid Environmental Assessment of contaminated sites, October 16, 2014. Tomsk, Russia 5. İnternational Summer School on Energy and Climate. Batumi, Georgia (29.06.2015-03.07.2015)

Ülviyyə

Ülviyyə  Kərimova-Cəfərova

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Kimya üzrə fəlsəfə doktoru

Kərimova-Cəfərova Ülviyyə Nizami qızı 20 may 1980-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1986-1997-ci illərdə Şamaxı şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Kimya texnologiya fakultəsinə daxil olmuşdur. 2005-ci ildə bu fakultənin «Neft, qaz və alternativ enerji texnologiyası» ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə isə «Karbohidrogen qazların emal texnologiyası» ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.  Magistr dissertasiyasının mövzusu «Neft emalı proseslərindən alınan C3-C4 karbohidrogenlərinin katalitik emalı»  olmuşdur. 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda «Neft-qaz-daş kömür emalı və texnologiyası» ixtisası üzrə  aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Ü.N.Kərimova-Cəfərova əmək fəaliyyətinə 2008-ci ilin aprel ayında AMEA NKPİ-da «Neft-kimya proseslərinin texnologiyası» laboratoriyasında kiçik elmi işçi kimi başlamışdır. 2008 – 2017-ci illər ərzində kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Eyni zamanda institutun Elmi Şurasında elmi katib kimi çalışmışdır. Azərbaycan  Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondunun Qrant müsabiqələrinin qalibi olmuş 4 Qrant layihəsində icraçı kimi iştirak etmişdir. 2013-2014-cü illərdə Almaniyanın Rostok şəhərində yerləşən Rostok Universiteti Leybnis Kataliz İnstitutunda reaksiyaların mexanizmi, heterogen kataliz istiqamətində 1 illik elmi-praktiki təcrübə keçmiş, eyni zamanda dissertasiya mövzusu üzrə tədqiqatlar aparmışdır. 2015-ci ildə «Su, metan və CO2 əsasında hidrogenli qaz qarışıqlarının alınması proseslərinin tədqiqi» mövzusunda dissertasiya işini uğurla müdafiə edərək, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Alı Attestasiya Komissiyasının qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərcəsinə layiq görülmüşdür. 70 elmi əsərin, o cümlədən 25 elmi məqalənın, 40-dan artıq Respublika və Beynəlxalq miqyaslı konfrans, simpozium, forumlarda məruzə edilmiş tezisin, 2 Azərbaycan Respublikasının Patentının müəllifidır. Ü.N.Kərimova-Cəfərova 2021-2022-ci illərdə Qərbi Kaspi Universitetində Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekan müavini vəzifəsində çalışmışdır. Hazırda «Ekologiya və ətraf mühit» kafedrasında müəllim kimi fəaliyyət göstərir. Ü.N.Kərimova-Cəfərova uiversitetdə elmi kadrların hazırlığında da yaxından iştirak edir. Onun elmi rəhbərliyi ilə 3 magistr uğurla müdafiə etmişdir. Ü.N.Kərimova-Cəfərova  müxtəlif ali təhsil müəssisələrində magistr müdafiələri üzrə Elmi Şuraların sədri kimi də çıxış  edir. 2023-cü ilin sentyabr ayından Beynəlxalq Mühəndislər Cəmiyyətinin (IAENG) üzvüdür. Əsas elmi əsərləri: 1. S.B.Aghayeva, S.I.Abasov, S.M.Hajizadeh, Sh.F.Taghiyeva,  U.N.Karimova-Japharova, T.F.Aghayeva, S.F.Ahmadbayova, F.A.Babayeva. Heterogeneous oligomerization of catalytic cracking gases on modified industrial catalyst KN-4,PPOR, Vol.25, No.4, 2024, pp.1038-1043 2. S.Safaraliyeva, A.Gasimov,  U.Karimova-Japharova. Ecological assessment of the use of pesticides used in palm, oliva and elm plants in Azerbaijan /International Conference “Mountains: Biodiversity, Landscapes and Cultures”, 5-6 november, 2024, Baku, Azerbaijan, P 3. Кондратенко Е.В.Изучение процесса углекислотной конверсии метана в присутствии наночастиц переходных металлов нанесенныхна различные типы носителя Tezis V Российский конгресс по катализу, Роскатализ, 21-26 апреля, 2025 г., Санкт-Петербург, Россия, 4. V.A.Kondratenko, U.Karimova, A.A.Kasimov, E.V.Kondratenko. Methane conversion into synthesis gas over supported well-defined Pt, Rh or Ru nanoparticles: Effects of metal and support, Applied Catalysis A: General, Volume 619, 5 June 2021, 118143 https://doi.org/10.1016/j.apcata.2021.118143 5. Khazangul Piriyeva B., Zulfiyya İsmailova R., Azer Gasimov A.,  Ulviyya Karimova Japharova N,  Sevinj Hajizadeh M., Tunzala Aghaeva F.Rasim Japharov P. Determination of hydrodinamic rejime of the reactor alkylation of olefins with paraffin in the modified zeolite catalyst OMNICAT- 210P,  American Journal of Chemical Engineering & Process Technology, 2017, Volume 8, Issue 3, 1000339 DOI: 10.4172/2157-7048.1000339 6. Kasimov A.A.,  Piriyeva Kh.B., Gadzhizade S.M., Dzhamalova S.A., Kerimova U.N. lkylating activity  of an Omnikat -210 P zeolite catalyst modified with Ni, Cr and Co. Petroleum Chemistry, 2017, Vol.57, No.3, pp.441-445 https://doi.org/10.1134/S096554411705005X 7. Касимов А.А.,  Пириева Х.В., Гаджизаде С.М., Джамалова С.А., Керимова У.Н.,   Активность цеолитсодержащего катализатора ОМНИКАТ-210 П, модифицированного Ni, Cr, Co в реакции алкилирования // Нефтехимия, 2017, том 57, №3, стр.329-333. DOI: 10.7868/S0028242117030054 8. Karimova U.N.,  Kasimov A.A., Rodemerck U.,  Kondratenko V.A.,    Sokolov S., Linke D., Kondratenko E.V. Effect of size and support on activity, selectivity and on-stream stability of Pt, Rh, and Ru nanoparticles in partial oxidation of methane to synthesis gas / Selective Oxidation and Functionalization: Classical and Alternative Routes and Sources, Special edition of DGMK Conference, Berlin, 2014 9. Керимова У.Н., Касимов А.А., Алиев Н.А., Исмаилов Э.Г., Юсифов Ю.Г., Гаджизаде С.М.. Исследование наноструктурированного Fe2O3, NiO, γ-Al2O3 катализатора разложения воды методом рентгенофлюoресцентной спектроскопии / Международный симпозиум «Фуллерены и   наноструктуры в конденсированных средах» Минск, 2011, Сборник научных статей, c.242-247 10. Керимова У.Н., Касимов А.А., Алиев Н.А., Джамалова С.А., Зейналова С.А. Разложение воды на Ni, Fe/γ-Al2O3 катализаторе// Актуальные проблемы современной науки №6(50),2009, с.143-149

Qoşqar

Qoşqar  Əliyev

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Texnika elmləri üzrə fəlsəfə doktoru, Dosent

Akademik fəaliyyətinin istiqamətləri: Komputer mühəndisliyi Riyazi modelləşdirmə Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 1966-cı ildə Azərbaycan Respublikası Şəki şəhərində anadan olub. Orta təhsilinin Şəki şəhər 7№-li orta məktəbdə 1973-1983-cü illərdə təhsil alıb. 1983-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (o vaxt Azərbaycan Neft və Kimya İnstitutu adlanırdı) “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakultəsinin “Tətbiqi riyaziyyat” ixtisasına qəbul olunub. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Universiteti qırmızı diplomla bitirib təyinatla Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna göndərilmiş və mühəndis vəzifəsinə işə götürülmüşdür. 1990–1994-cü illərdə institutun qiyabi aspiranturasında təhsil almış, 1995-ci ildə “Mılonaft və sulfanolun nefydaşıyıcı layların məsaməli mühitində izotermik olmayan adsorbsiya proseslərinin modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, texnika elmləri namizədi elmi dərəcəsi almışdır.  Müxtəlif illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Hal-hazırda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun «Kimya texnoloji proseslərin modelləşdirilməsi» laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. Dosentdir. O, 62 elmi əsərin müəllifidir. Onlardan 35-i məqalə (11-i xaricdə), 27-i tezisdir . Dəfələrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun müsabiqəsində qalib olan qrant layihəsində iştirak edib. 2012-ci ildən Qərbi Kaspi Universitetinin “Komputer texnologiyaları” kafedrasının dosentidir (əvvəlcə əvəzçilik müqaviləsi əsasında, indi saat hesabı ödənişlə). Universitetdə «Multimedia texnologiyaları», «Komputer qrafikası və multimedia»,  «Dövrәlər nәzәriyyәsi», «İxtisas üzrə praktikum», «Problemyönlü proqramlaşdırma», «İnternet texnologiyaları», «Turizmdə informasiya texnologiyaları», «İqtisadi informatika», «Psixologiyada riyazi metodlar», «Politologiyada riyazi statistika» fənnlərini tədris edir. Bir çox fənn proqramlarının müəllifidir.

Rauf

Rauf  Tağıyev

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

Akademik fəaliyyətinin istiqamətləri: diferensial tənliklər mexanika Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Tağıyev Rauf Mürsəl oğlu 10 may 1954 – cü ildə Zəngəzur mahalının Qafan şəhərində anadan olmuşdur. 1961-1970 – ci illərdə orta məktəbdə təhsil almış, 1970-1975 – ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat və tətbiqi riyaziyyat-mexanika (1972-1975) fakultələrində təhsil almış, Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1983 – cü ildə Azərbaycan İnşaat mühəndisləri institutuna dissertant qəbul edilmiş, 1986 – cı ildə “Oxu boyunca prizmatik boşluqları olan brusun burulma məsələsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elə həmin ildə ona fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi verilmişdir. 1980 – ci ildən 1986 – cı ilədək Azərbayacan Dövlət Universitetinin Elmi-tədqiqat Hesablama mərkəzində, 1986-1992 – tarixlərində ADU – nun tətbiqi riyaziyyat fakultəsinin riyazi-fizika tənlikləri, 1992-1996 – illərdə həmin universitetin mexanika-riyaziyyat fakultəsinin ali riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1996-2020 – ci illərdə həmin kafedrada əvəzçilik yolu ilə yarım ştat baş müəllim vəzifəsində pedoqoji fəaliyyətini davam etdirmiş, 2020-2022 – ci illərdə isə saat hesabı yolu ilə Bakı Dövlət Universitetinin Ali riyaziyyat kafedrasında Ali riyaziyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika fənlərindən dərs aparır. 29 çap olunmuş elmi məqalənin müəllifidir. 4 oktyabr 2022 – ci il tarixindən Qərbi Kaspi Universitetinin mexanika və riyaziyyat kafedrasının müəllimidir.

İlham

İlham  Səlimov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru

Akademik fəaliyyətinin istiqamətləri:  -    Fizika, fiziki elektronika -    Elmi dərəcəsi: Fizika və riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Səlimov İlham Nəsir oğlu 1956-cı il noyabrın 10-da Gürcüstan SSRİ Saqareco rayon Yor – Muğanlı kəndində anadan olmuş, 1963-1973 – cü illərdə orta məktəb oxumuş və həmin ildə  GDU-nin fizika fakültəsinə daxil olmuşdur.     1977-ci ildə institutu bitirib təyinatla 1983-cü ilə qədər orta məktəbdə fizika müəllimi işləmişdir. 1983-cü ildə AzTU-nun “Yarımkeçiricilər və dielektriklər” kafedrasında baş laborant vəzifəsinə qəbul olmuş, 1987-ci ildə həmin universitetdə “Yarımkeçiricilər və dielektriklər” ixtisası üzrə  əyani aspiranturaya daxil olmuş, 1990-cı ildə isə bitirmiş və 1996-cı ildə AMEA-nın Fotoelktronika İnstitutunda “İndium antimonidində elektron köçürmə hadisələrinə samarium və disprozium təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, fizika –riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adını almışdır.  2008-ci ilin yanvar ayından AMİ-nin Mingəçevir filialının “Təbiət və fundamental elmlər” kafedrasında baş müəllim vəzifəsinə qəbul olmuşdur. Daha sonra 2009-cu ildən “Təbiət fənləri” kafedrasının  müdiri, 17.07.2012-ci ildən 25.08.2015-ci ilədək filialda tədris işləri üzrə direktor müavini vəzifəsini icra etmişdir.  Daha sonra Mingəçevir Dövlət Universitetində  “Riyaziyyat və informatika” kafedrasının müdiri olmuş və kafedranın dosenti kimi elmi-pedaqoji  fəaliyyətini davam etdirmişdir. 2019-cu ilin sentyabrından isə Qərbi Kaspi Universitetinin “Təbiət elmləri” kafedrasında müəllimi, 2020-ci ildən 2022-ci ilin iyuluna qədər “Riyaziyyat və fizika” kafedrasının müdiri vəzifəsində  çalışmışdır. Hal-hazırda “Mexanika və riyaziyyat” kafedrasının müəllimidir.    44 elmi məqalə, 2 dərs vəsaitinin və 2 metodik vəsaitin müəllifidir.    

Aruz

Aruz  Mikayılov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Cografiya üzrə fəlsəfə doktoru

Mikayılov Aruz Mətaf oğlu 1984-cü ildə Zərdab rayonunda anadan olmuşdur. 2001-ci ildə N.Nərimanov adına kənd orta məktəbini bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin “Geomorfologiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasının “Fiziki Coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftın geofizikası və geokimyası” ixtisası üzrə əyani doktoranturaya qəbul olmuşdur.  2010-cu ildən Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvüdür.  Əmək fəaliyyətinə 2012-ci ildən Bakı dövlət Universiteti Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasında başlamışdır. Həmçinin 2014-cü ildən SABAH qruplarında bir sıra fənləri tədris edir.  2020-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən coğrafiya üzrə fəlsəfə doktoru diplomuna layiq görülmüşdür.  Tədqiqat işlərinə dair 31 elmi məqalə və tezis (11 məqalə, 6 tezis  respublika daxilində, 9 məqalə, 5 tezis xarici ölkələrdə (Kanada, Ukrayna, Belarusiya və Rusiya) çap olunmuşdur. Beynəlxalq və respublika daxili konfrans və təlimlərdə iştirak etmiş, müvafiq sertifikatlarla təltif edilmişdir.  Elmi əsərləri: 1. Cənub-şərqi Şirvanda landşaft komplekslərinin səhralaşmasında  Xəzər dənizinin səviyyə tərəddüdünün rolu. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri XV cild. // Xəzər dənizi və ətraf regionların ekosistemləri: təhlükə və risklər. Bakı, Victory mətbəəsi, 2010, s. 119-126. 2. Qlobal istiləşmənin Kür çökəkliyi landşaftlarının səhralaşmasına təsiri. Azərbaycan Coğrafya Cəmiyyəti BDU filialının əsərləri III cild. // Azərbaycan və onunla qonşu ölkələrin təbii təsərrüfat sistemlərinə iqlimin qlobal dəyişməsinin təsirinin qiymətləndirilməsi. Bakı, AzTU-nun mətbəəsi, 2010, s. 211-216. 3. Влияние  поселения  населений  на  опустынивания ландшафтов   в  Куринской впадины. Таврического Национального Университета им. В.И.Вернадского. том 24(63), №2, часть 3. Серия География. Симферополь, 2011.ст.292-297. 4. Mil düzü landşaftlarında səhralaşma prosesinin müasir vəziyyəti. Bakı Universitetinin Xəbərləri. Təbiət elmləri seriyası. 2011, №1. s. 229-240. 5. Kür çökəkliyində hidroloji rejimin dəyişməsinin səhralaşma prosesinə təsiri. XXI əsrin ekocoğrafi çağırışları və Azərbaycan // Bakı Dövlət Universiteti, məqalələr toplusu. Bakı, AzTU-nun mətbəəsi, 2011, s. 138-144. 6. Влияние эндогенных геолого-геоморфологических процессов на опустынивание ландшафтов территории Куринской впадины. Наукові Записки Сумського Державного Педагогічного Університету Им. А.С. Макаренка. ВВП «Мрія». 2014. Серія Географічні Науки, №5. ст.123-130.  7. Influence of irrigated agriculture in the Kur-Araz lowland on desertification process. Canadian Journal of Education and Engineering. “Ottawa University Press”  2015. XII. №2. 161-168. 8. Kür çökəkliyi landşaftlarında suvarma əkinçiliyinin landşaftların səhralaşmasına təsiri. Coğrafiya: Nəzəriyyə, Praktika və İnnovasiya. // Bakı Dövlət Universiteti əsərlər toplusu. Bakı, 2015, s. 128-133.  9. Kür çökəkliyi landşaftlarında səhralaşma prosesinin yaranmasına iqlim amillərinin təsiri. Bakı Universitetinin Xəbərləri. Təbiət elmləri seriyası.  2017. №3. s. 97-104.  10. Современное состояние опустынивания ландшафтов низкогорий и предгорных наклонных равнин Куринской впадины. Вісника Харківського національного університету імені В.Н. Каразіна”. Серія Геологія. Географія. Екологія. 2018. №48. с. 133-142. 11. Kür çökəkliyi landşaftlarında səhralaşma prosesinin müasir vəziyyəti. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. Coğrafiya və təbii resurslar. 2018. №1. s. 49-54. 12. Current state of desertification of winter pastures in the Kura basin.    VI Международная научно-практическая конференции «Трансграничное сотрудничество в области экологической безопасности и охраны окружающей среды (Гомель, 2–3 июня 2022 г.) с. 308-312.  

Mahmud

Mahmud  Hümbatov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Biologiya üzrə fəlsəfə doktoru

1954 cü ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur.  Hümbətov Mahmud Fərzəli oğlu 25 sentyabr 1954-cü ildə Gürcüstan Respublikasında anadan olmuşdur. 1971-1975-ci illərdə Gəncə Dövlət Universitetinin kimya-biologiya fakültəsinin biologiya müəllimliyi ixtisasını bitirmişdir. 1975-1977-ci illərdə Kəlbəcər rayonunda müəllim işləmiş, 1978-ci ildə AMEA A. Qarayev adına Fiziologiya İnstitutunun aspiranturasına qəbul olmuş, 1984-cü ildə “Kür çəkisi və Ağ amur balıqlarının hibridlərinin alınması və erkən ontogenezdə onların inkişaf şərtlərinin müqayisəli öyrənilməsi” adlı dissertasiya işini müdafiə edərək biologiya elmləri namziədi elmi dərəcəsinə layiq görülmüşdür. 1984-1988-ci illərdə həmin institutunda elmi işçi, 1988-1990-cı illərdə Kənd Kimya Birliyində şöbə müdiri vəzifəsində çalışmışdır. Müxtəlif illərdə Tibb Universitetində, Zəngi liseyində və hazırlıq kurslarında müəllim kimi fəaliyyət göstərmişdir. 2019-cu il sentyabr ayından 2022-ci il sentyabr ayınadək Lənkəran Dövlət Universitetində Biologiya və Ekologiya kafedrasında əvvəlcə baş müəllim sonra isə dosent vəzifəsində çalışmışdır. 2022-ci ilin sentyabr ayından Qərbi Kaspi Universitetinin Təbiət elmləri kafedrasının ştat müəllimi kimi fəaliyyət göstərir. 20-əqədər elmi məqalənin və fənn proqramlarının müəllifidir.

Aynurə

Aynurə  Paşayeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

Aynurə Paşayeva 2013-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr pilləsini, 2015-ci ildə isə "Genetika" ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2022-ci ildə Aynurə Paşayeva AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Molekulyar biologiya" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Dənli bitkilərdə işiqla induksiya olunan proteom və metabolom dəyişiklikləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir. Biologiya üzrə fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra Aynurə Paşayeva Koreya Respublikasının Pusan Milli Universitetinin Molekulyar Biologiya departamentində postdok tədqiqatçı kimi çalışmışdır. Tədqiqatları fotosintetik orqanizmlərin ətraf mühit dəyişikliklərinə qısa və uzun müddətli molekulyar uyğunlaşmalarının öyrənilməsinə həsr olunmuşdur. 2024-cü ildən etibarən Aynurə Paşayeva Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks Beynəlxalq Laboratoriyasının müdiri vəzifəsində çalışır. Onun tədqiqat sahəsi fotosintetik orqanizmlərin müxtəlif stres faktorlarına proteom və metabolom səviyyəsində adaptasiya mexanizmlərinin öyrənilməsinə, həmçinin stresə davamlılığın artırılması üçün yeni strategiyaların işlənib hazırlanmasına yönəlmişdir. Elmi fəaliyyətindəki uğurlarına görə, Aynurə Paşayeva 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elmi fəaliyyətdə fərqlənməyə görə" Fəxri Fərmanı ilə təltif edilmişdir. O, eyni zamanda, Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyəti (ISPR) və Amerika Bitki Bioloqları Cəmiyyətinin (ASPB) üzvüdür. Yaponiya, Koreya, Pakistan, Tacikistan kimi ölkələrdə keçirilən konfranslarda məruzələrlə çıxış edib. Bundan əlavə, bir sıra yerli və beynəlxalq jurnalların rəyçisi kimi fəaliyyət göstərir.

Dilarə

Dilarə  Tağıyeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

İKT - Əməliyyat sistemləri, Proqramlaşdırmanın əsasları, Sistem layihələndirilməsi, Tətbiqi proqram paketi   Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 1994-1998-ci illərdə Azərbaycan Texniki Universitetinin “İnformatika və hesablama texnikası” ixtisasının “Hesablama texnikasının və avtomatik sistemlərin proqram təminatı” istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. 2021-2023-cü illərdə Azərbaycan Texniki universitetinin Kompüter elmləri ixtisasının “Optimal idarəetmənin riyazi-iqtisadi üsulları” ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi almışdır. 1994-cü ildə “AzİnMAŞ” ASC-nin Laboratoriya Z1, 4-cü dərəcəli texnik vəzifəsində çalışmışdır. 1997-2000-ci illərdə “Siren” sahələr arası EİM-də mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 2000-2001-ci illərdə Bakı Kompüter Litseyində istehsalat təlimi ustası, 2001-2004-cü illərdə Bakı Kompüter Kollecində kadrlar işi üzrə mütəxəssis, 2004-cü ildə müəllim, 2005-2014-cü illərdə isə həmin kollecdə istehsalat təcrübəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2016-ci ildən indiyədək ADNSU-nin nəzdində Sənaye və Texnologiyalar Kollecində “Əməliyyat sistemləri”, “Kompüter şəbəkələri” və “Verilənlər bazası” fənnləri üzrə müəllim vəzifəsində işləyir. 2024-cü ildən indiyədək Qərbi Kaspi Universitetində “Əməliyyat sistemləri”, “Sistem layihələndirilməsi”, “Proqramlaşdırmanın əsasları” və “Tətbiqi proqram paketi” fənnləri üzrə əvəzçi müəllim vəzifəndə çalışır. 2 məqalənin müəllifidir.

Ədilağa

Ədilağa  Məlikov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

Ədilağa Məlikov 16.11.1956-cı ildə Azərbaycan Respublikası Cəlilabad şəhərində anadan olmuşdur. 1964-cü ildə Cəlilabad şəhəri Nizami adına 1 saylı orta məktəbinə daxil olub, oranı 1974-cü ildə bitirmişdir. 1974-1979-cu illərdə Leninqrad (hazırki Sankt-Peterburq) Meşə Texniki Akademiyasında təhsil alıb  bitirdikdən sonra 1981-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Meşə Təsərrüfatı Komitəsi, 1981-1989-cu illərdə Meşə Təsərrüfatı Nazirliyi, 1989-2001-ci illərdə “Azərbmeşə” İstehsalat birliyi, 13 dekabr 2001-ci il tarixindən 19 iyun 2014-cü il tarixinə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentində müxtəlif (meşəçi, baş meşəçi, direktor, baş məsləhətçi) vəzifələrdə işləmiş, 19 iyun 2014-cü il tarixindən isə “Azəryaşlandşaft” ASC-yə keçirilib. 2021-ci ilin fevralına kimi “Azərlandşaft” ASC-də aparat rəhbəri, fevral-noyabr aylarında yaşıllıqların salınması və landşaft dizaynı şöbəsinin müdiri vəzifələrində çalışıb. 2021- ci ildə Bakı şəhəri və ətraf ərazilərin yaşıllaşdırılmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2022-ci ilin sentyabr ayından Qərbi Kaspi Universitetinin “Təbiət Elmləri” kafedrasında müəllim vəzifəsində çalışmağa başlamışdır. Hazırda isə həmin universitetin “Ekologiya və Ətraf mühit” kafedrasında müəllimlik fəaliyyətini davam etdirir.

Əlixan

Əlixan  Rzaquliyev

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

Akademik fəaliyyətinin istiqamətləri: informatika, süni intillekt, əqli mülkiyyət hüququ, patent hüququ Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Əlixan İlqar oğlu Rzaquliyev 1999-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.  2005-2016-ci illərdə Bakı şəhərindəki 132-134 №-li məktəbdə təhsil almışdır,  məktəbi bitirmişdir. 2016-2021-cı illərdə Milli Aviasiya Akademiyasında Hava nəqliyatının yerdən idarə edilməsi mühəndisliyi fakültəsinin tələbəsi olmuşdur, universiteti diplomu ilə bitirmişdir.  2021-2023-cü illərdə Qərbi Kaspi Universitetində Biznesin idarə edilməsi üzrə magistr fakültəsinin tələbəsi olmuşdur, universiteti diplomu ilə bitirmişdir. 2021-2023-cü illərdə Biznes İnnovasiyası və Davamlılıq Universitetində (UBIS) Biznesin idarə edilməsi üzrə magistr fakültəsinin tələbəsi olmuşdur, universiteti diplomu ilə bitirmişdir. 2023-2024-cü illərdə Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasında (RGAIS) peşəkar yenidənhazırlanma diplomu üzrə Əqli mülkiyyət, Patent elmi fakültəsinin tələbəsi olmuşdur, universiteti diplomu ilə bitirmişdir. 2023-və sonra Qərbi Kaspi Universitetində Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi üzrə doktorantura fakültəsinin tələbəsi olmuşdur və hal-hazırda həmin universitetdə təhsilin davam etdirir. 2022-2024-cü illərdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində Aparıcı məsləhətçi patent eksperti vəzifəsində işləmişdir. 2024-və sonra Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində Baş məsləhətçi patent eksperti vəzifəsində işləmişdir. 2024-və sonra Qərbi Kaspi Universitetində müəllimi vəzifəsində çalışmışdır. 10-a yaxın elmi və metodiki işin müəllifidır.

Elnarə

Elnarə  Firdus

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

Materiallar müqaviməti, Poliqrafiya istehsalının əsasları-2, Çapaqədər,çap və çapdansonrakı proseslərdə KT və texn-nın  əsasları, Tərsimi həndəsə və mühəndis qrafikası,  Mühəndis qrafikası və dizayn, Mebel isteh. texnologiyası. Akademik fəaliyyətinin istiqamətləri: Texniki fənnlər Təhsil və peşə fəaliyyəti haqqında məlumat: Elnarə Firdus 1969 il 27 mart, Bakı şəhərində anadan olmuşdur. 1976-1986 – cı illərdə 52№-li orta məktəbdə təhsil almışdır. 1986-cı  il Azərbaycan Texniki Universitetinə daxil olmuş, 1991 -ci ildə “Maşınqayirma texnologiyası” ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək “Avtomatlaşdırılmış layihələndirmə sistemləri” kafedrasına stajçı-tədqiqatçı vəzifəsinə təyin edilmişdir. 2012-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Kompleksi üçün kadrların hazırlanması məqsədi ilə yaradılmış “Xüsusi Texnika və Texnologiya” fakültəsinin dekanlığında akademik məsləhətçi  vəzifəsinə təyin edilmişdir. 2014-cü ildə Azərbaycan Dövlət Universiteti tərəfindən təşkil edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyiin Əsasnamələrinə uyğun, tədrisin Boloniya prosesi və kredit sistemi ilə təşkilinin əsaslarını, tədrisin idarə olunması Sistemi” üzrə təşkil edilmiş təlim kurslarını tam mənimsəmiş və fərqlənmə sertifikatı ilə bitirmişdir. 2015-ci ildən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Akademiyasında texniki fənnləri (“Nəzəri mexanika”, “Materiallar müqaviməti”, “Metrologiya, standartlaşdırma və setrifikatlaşma”, “Maşın və  mexanizmlər nəzəriyyəsi” və “Maşınqayirma texnologiyası”) tədris edir. 2020-ci ildə Azərbaycan Texniki Universitetində “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnamələrinə uyğun, tədrisin Boloniya prosesi və kredit sistemi ilə təşkilinin əsaslarını, tədrisin idarə olunması Sistemi” üzrə Azərbaycan İqtisad Universiteti tərəfindən keçirilən attestasiyadan müvəffəqiyyətlə keçmişdir. 2021-ci ildən Azərbaycan  Respublikası  Qərbi  Kaspi Universitetinin  “Mexanika və riyaziyyat” kafedrasında müəllim vəzifəsində çalışır. “Uzunömürlü dəqiq detalların hazırlanma texnoloji prosesinin tətqiqi” мövzusu üzrə  “Maşınqayırma texnologiyası” fakültəsinin 30 noyabr 2015 il tarixli Elmi şurasında təstiq edilmiş elmi-tətqiqat işində çalışıb. Xidməti vəzifələrinin icrası zamanı yüksək nəticələrə nail olduğuna görə 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasının fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin Akademiyasında 2019-cu ildə “Nəzəri mexanika, statika” metodiki dərs vəsaiti, 10 məqalələlər çap edilmiş, fənlər üzrə proqramların müəllifidir.

Elşən

Elşən  Əmrahov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

Əmrahov Elşən Şirin oğlu 1978-ci ildə Xocavənd rayonu Kuropatkin orta məktəbinin 10-cu sinfini bitirmişdir. Ali. Mexanik mühəndisi. Baki şəhəri 1986-cı ildə Aərbaycan Texniki Univerisiteti (AzPİ Ç. İldırım adına) “Qaynaq istehsalatı avadanlığı və texnologiyası” ixtisasını bitirmişdir. 1986-cı ildən 23 saylı Hərbi Gəmitəmiri zavodunda çalışmışdır. 1990 Qəsəbə xalq deputatlar sovetinə deputat seçilmişdir. 1992-ci ilin iyun ayından “N” saylı hərbi hissədə batareya komandiri vəzifəsində xidmətə başlamışdır. 1995-ci ilin avqust ayından “N”  saylı hərbi hissənin Tank əleyhinə divizionun komandiri vəzifəsində xidmət etmişdir. 1997-ci ilin iyul ayından “N” saylı hərbi hissənin artilleriya divizionunun komandiri vəzifəsində xidmət etmişdir. 1999-cu ilin dekabr ayından “N” saylı hərbi hissənin artilleriya rəsi vəzifəsində xidmət etmişdir. 2006-c- ilin mart ayından SQ TTM baş müəllim vəzifəsində xidmət etmişdir.  2012- ci ilin yanvar ayından DSX Akademiyasında baş müəllim və kafedra rəisi vəzifəsində xidmət edir. 2012-ci il Rusiya Federasiyasında Ümumqoşun Akademiyasının Quru Qoşunlarının Elmi-Təlim Mərkəzində zabit təkmilləşdirmə kursu keçmişdir. Vəsiqə N РЯ № 00567.   Tədris vəsaiti və elmi məqalə: “K215” kompleksi (skif) İstismar üzrə üzrə göstərişlər Tədris vəsaiti DSX mətbəəsi  157 səh Döyüş sursatları.   Dərs vəsaıtı DSX mətbəəsi  297 səh 30 mm  AQS-17 Qumbaraatanın təlimatı. Tədris vəsaiti DSX mətbəəsi  126 səh 60 mm-lik “KOMMANDO” minaatan- ın istismarina dair göstərişlər.  Dərs  vəsaiti. DSX mətbəəsi  55 səh 14.5 mm KPVT (İri çaplı Vladimirоv tank pulеmyоtu) Pulеmyоtu.  Dərs  vəsaiti. DSX mətbəəsi  87 səh “Mini TYPFООN” avtоmatik pulеm-yоt qurğusu (APQ). Gəmidə (qоşun-larda) təmir və tехniki хidmət üzrə göstərişlər Tədris vəsaiti DSX mətbəəsi  160 səh   Gəmi üçün Spike NLOS  raket kom-pleksi” Quruluşu və istismarı  üzrə göstərişlər Tədris vəsaiti DSX mətbəəsi  272 səh 7,62 mm PK (PKM), PKS (PKMS), PKB(PKMB) və PKT (PKTM) Kalaş-nikоv pulеmyоtların quruluşu və istismarı üzrə göstərişlər (dərs vəsaiti)  Tədris vəsaiti DSX mətbəəsi  149 səh 23 mm qоşalaşdırılmiş ZQ-23 qurğusunun quruluşu və istismari. Tədris vəsaiti DSX mətbəəsi  148 səh Artillеriya mərmilеrinin partlayiş nöqtələrinədək təhlükəsiz məsafə-lərin təyin оlуnmasinin təhlili. Məqalə  “Akademiya” elmi jurnal  5 səh

Elvin

Elvin  Qurbanov

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

Qurbanov Elvin 5 iyul 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2006-2017-ci illərdə 126 saylı tam orta məktəbdə təhsil almışdır. 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) bakalavr dərəcəsi üzrə qəbul olmuş və 2021-ci ildə fərqlənmə ilə bitirmişdir. 2021-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində magistratura təhsilinə başlamış və 2023-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Həmin il doktorantura təhsilini davam etdirmək üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutuna qəbul olmuşdur. Təhsil və elmi fəaliyyəti boyunca müxtəlif akademik layihələrdə iştirak etmiş, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində tədqiqatlar aparmışdır. O, süni intellekt və proqramlaşdırma mövzusunda elmi araşdırmalar apararaq bu sahədə bir neçə mühüm nəticə əldə etmişdir. Eyni zamanda, proqramlaşdırma və yeni texnologiyalar üzrə universitetdə pedadoji  fəaliyyət göstərir. Hal-hazırda Qərbi Kaspi Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi çalışır. Tədris istiqaməti: Veb sistemləri və texnologiyaları, Proqramlaşdırmanın əsasları, C Proqramlaşdırma dili, Proqramlaşdırma texnologiyaları, İnformasiya təhlükəsizliyi, Verilənlərin strukturu və alqoritmləri, Mobil proqramlaşdırma, Müasir veb proqramlaşdırma vasitələri.

Gövhər

Gövhər  Aydəmirova

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

           Aydəmirova Gövhər Zabit qızı 20 dekabr 1978-ci ildə Rusiya Federasiyası  Rostov vilayəti Şaxta şəhərində anadan olmuşdur.1995-1999-cu illərdə Bakı şəhərində 190 saylı orta məktəbdə təhsil almışdır.1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya fakültəsində bakalavr təhsili almışdır.2006-2007-ci illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunda Tarix ixtisası almışdır.2007-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Landşaftşünaslıq istiqaməti üzrə magistr təhsili almışdır. 2014-2017-ci illərdə AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Meteorologiya və İqlimşünaslıq İstiqaməti üzrə doktoranturada təhsilini davam etdirmişdir.Hal-hazırda “Qlobal iqlim dəyişmələri şəraitində Kür-Araz ovalığının aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması(pambıq bitkisi timsalında)”elmi işi üzərində çalışır. 1999-2018 –ci illərdə 150 saylı orta məktəbdə, 2016-2017-ci illərdə 6 nömrəli orta məktəbdə, 2013-2018-ci illərdə Qərb orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir. 2017-2024-cü ilə qədər Qərbi Kaspi Universitetinin Kollecində müəllim vəzifəsində çalışmışdır. 2024-cü ildən “Ekologiya və Ətraf mühit” kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir. 9 elmi məqalənin müəllifidir.

Nərminə

Nərminə  Abdullayeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

Nərminə Rüfət qızı Abdullayeva 27 aprel 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-1997-ci illər 248 nömrəli məktəbdə orta təhsil almışdır. 2002-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya Texnoligiyaları” fakultəsini bakalavr səviyyəsi üzrə, 2004-cü ildə isə magistratura səviyyəsi üzrə bitirib. Elmi sahədə tədqiqatlarını Azərbaycan Milli Elmlər Akademiyasını Y.H. Məmmədəliyev adınaNeft-Kimya Prosesləri İnstitutunda davam etdirmişdir. “Təbii üzvi turşular əsasında yanacaq komponentlərinin və aşqarların sintezi, onların antistatik xassələrinin tədqiqi” mövzusunda 2010-cu ildə fəlsəfə doktorluq işini  müvəffəqiyyətlə müdafiə edərək, 1-18-03 – “Yanacağın kimyası və texnologiyası” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnmişdir. 2016-cı ildə dosent elmi adına layiq görülmüşdür. 2021-ci ildə “İmidazolin fraqmentli aminlərlə modifikasiya olunmuş fenolformaldehid qatranları əsasında konservasiya mayelərinin işlənilməsi” adlı dissertasiya işini müdafiə edərək 2022-ci ildə 4-00-13-Neft kimyası” ixtisası  üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dəfələrlə beynəlxalq və respublika səviyyəli elmi konfraslarda məruzələrlə çıxış etmişdir, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc Alimlərin 3-cü qrant müsabiqəsinin qalibi olmuşdur.  Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə əlaqədar uzunmüddətli məhsuldar elmi və elmi-ictimai fəaliyyətini nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.    Apardığı elmi-tədqiqat nəticələri 46 elmi məqalədə, 57məruzə tezisində və 1 müəlliflik şahadətnaməsində öz əksini tapmışdır. Ailəlidir, bir övladı var.

Səbinə

Səbinə  Mustafayeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

Akademik fəaliyyətinin istiqamətləri: İnformatika Ekspert Sistemləri Biometriya Tətbiqi proqram təminatı Sistem proqramlaşdırılması və əməliyyat sistemləri Sistem proqram təminatı   2011-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuşdur. 2015-ci ildə bakalavr pilləsini bitirmiş və 2016-cı ildə Azərbaycan texniki Universitetinin Avtomatika və Komputer texnikası fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasının “Biliklərin əldə olunması” ixtisaslaşması üzrə magistratura pilləsinə daxil olmuşdur. 2018-cü ildə magistratura pilləsini bitirmişdir. 2015-ci ildən 2018-ci ilədək İmişli rayonunda M.Şirinov adlı məktəbdə İnformatika fənnini tədris etmişdir. Hal-hazırda Qərbi Kaspi Universitetində İnformasiya texnologiyaları kafedrasının müəllimidir. Əməliyyat sistemləri və Kompüter arxitekturası fənlərinin proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin 22 iyul 2024-cü il tarixli No 3-28/3-2-498F/2024 qərarı ilə 050616 - İnformasiya texnologiyaları ixtisasi üçün bakalavrsəviyyəsi üzrə qrif almışdır. Elmi əsərlər: 1. Designing an Efficient and Scalable Oracle Database: Best Practics and Methodology Manuscript Rejection Memo:ISSN:1994-1625/E-ISSN:1994-1633Scopus Link: https://www.scopus.com/sourceid/21100236616 https://nurture.org.pk/index.php/NURTURE 2.Graphıcal representatıon of human development Index https://www.faterindia.com/18-to-20-april-28th-fai-ic Elmi nəşrlər: S.F.Hacıyeva.Verilənlər analizinin müasir texnologiyaları. “Bakı Universiteti” nəşriyyatı. S.F.Hacıyeva. ”Biometriya və İnformatika” fənn proqramı.

Ülkər

Ülkər  Qədiyeva

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Müəllim

Qədiyeva Ülkər Rauf qızı 2007 –ci ildə Xətai rayonu 56 saylı orta məktəbi bitirmişdir. 2011- ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya və təbiətdən istifadə” fakültəsinin “Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi” ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə  Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin  “Ekologiya” ixtisası üzrə magistr pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 2014-cü ildən  Azərbaycan Milli Elmlər Akademiyasının “Genetik Ehtiyatlar İnstitutunun” “Ekobotanika və sistematika” şöbəsində başlamışdır. Daha sonra “Eroziya və Suvarma İnstitununun” “Suvarılan torpaqların meliorasiyası və ekologiyası” laboratoriyasında,  “Torpaqşünaslıq və Aqrokimya” İnstitutunun “Torpağın aqrokimyəvi tədqiqatları və kütləvi analizi” laboratoriyasında elmi işçi vəzifəsində çalışmışdır. 2014-cü ildən  Qeyri Hökümət Təşkilatının “Ekoloji Təşəbbüslər Mərkəzinin”  Direktoru vəzifəsində çalışmışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Torpaqşünaslıq və Aqrokimya” İnstitutunun “Torpaqşünaslıq” ixtisası üzrə Doktoranturaya qəbul olmuşdur. Hal –hazırda dissertasiya işi üzrə apardığı tədqiqat işlərinə nəzərən  xarici və yerli jurnallarda  məqalələri dərc edilmişdir.    Təhsil aldığı və çalışdığı illərdə gənc elmi  tədqiqatçı bir çox elmi konfranslarda, təlimlərdə, layihələrdə iştirak etmiş və İSO 14001-2004 Standartı ürzə tədris kursları keçmişdir. 2020-ci ildə İngiltərənin London şəhərində Sutton College (ESOL) –kollecində ingilis dili kursu keçərək sertifikatlar əldə etmişdir. Hazırda Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrasının müəlliməsidir.