Qərbi Kaspi Universiteti

Fakültələr

Daxili fiskal siyasət və maliyyə

Qərbi Kaspi Universiteti Daxili fiskal siyasət və maliyyə üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramını təklif edir.

Proqramın məqsədi:

  • Maliyyə siyasəti və alətlər
  • Maliyyə siyasətinin təsiri
  • Maliyyə siyasəti və milli iqtisadiyyatın vəziyyəti
  • İnvestisiya siyasətinin qarşılıqlı fəaliyyəti
  • Makroiqtisadiyatında biznes dövrü
  • Maliyyə siyasətinin görünüşü
  • Fiskal siyasət alətlərinin ümumi tədarükün bərpası
  • Maliyyə Siyasəti
  • Azərbaycanın fiskal siyasətinin əsas istiqamətləri
  • Fiskal siyasət və məcmu tələb
  • Fiskal siyasət və məcmu təklif
  • Vergi ve vergiqoyma

Universitetin doktorantları və dissertantları elmi işlərin nəticələrinə dair məruzələrlə milli və universitet miqyaslı elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. Doktorantlar (dissertantlar) sahəni əhatə edən nəzəri və metodik əsaslara dair dərin biliklərə yiyələnməklə yanaşı müasir maliyyə və maliyyə sahəsinə aid standartlarda mütəxəssis-alim bacarıqlarına sahiblənirlər ki, bu da onlara başqalarının elmə verdikləri töhvələri anlamaq və sərbəst şəkildə növbəti pillədə də müstəqil elmi işlər görmək imkanı verir. Dissertlanlara tədqiqat layihələrini həyata keçirmək üçün fərdi şəkildə hazırlanmış tədris proqramını təqdim edirik.

Həmçinin, dissertanlar bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz doktorantları üçün beynəlxalq mütəxəssisləri dəvət edir, belə ki, Böyük Britaniyadan Alum Bati, Colin Love, Randall Baker, ABŞ-dan Chelsea Cervantes, Rise Kelsi, Chelsea Cervantes, Kanadadan Duglass Ross, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal, Almaniyadan Utah Stoltenberg. Bundan əlavə, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus proqramında iştirak etmə imkanını təklif edir.

Proqramda iştirak və gələcək perspektivlər:

Magistraturanı bitirmiş tələbələrə ali səviyyədə doktorantura tədrisi təklif edilir. Daxili fiskal siyasət və dövlət maliyyəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı əsas olaraq Azərbaycanda və ya xaricdə, məsələn, (gələcəkdə) universitet və başqa araşdırma müəssisələrinin akademik heyyətində yer almaq üçün tələb olunan ixtisasları qazanmaq istəyən doktorantlar(dissertantlar) üçün nəzərdə tutulub.

Daxili fiskal siyasət və dövlət maliyyəsi proqramı üzrə müdafiə olunan doktorantlar:

Mirhadi İsmayıl Surxay oğlu - "İqtisadiyyatda stabilliyin təmin olunmasında Mərkəzi Bankın rolu". 

x