Qərbi Kaspi Universiteti

Fakültələr

İqtisadiyyatın hüquqi tənzimlənməsi

İstiqamət İqtisadiyyat

Proqram: İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2200 AZN

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

 

Proqram haqqinda

Iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistr proqramı-hüquq, politologiya və institusional iqtisadiyyat araşdırmaları əsasında toplanan təhsil proqramıdır. Proqramın əsas diqqəti iqtisadiyyatın qanunvericilik və məhkəmələrin institusional aspektləri, özünəməxsus yanaşma qaydaları, normativ bürokratik və maraq qruplarına yönəlmişdir. Magistrlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar 

· Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq istənilən istehsal, sosial-mədəni və xidmət sahələri, təşkilatlar, firma, müəssisələrdə, habelə, iqtisadi bloka daxil olan milli və beynəlxalq qurumlarda, nazirliklərdə, şirkətlərdə sosial-iqtisadi proseslərin təşkili, idarə olunması və tənzimlənməsi ilə bağlı nəzəri-metodoloji, habelə analitik iş metoduna və ümumən sistemli biliyə malik olmalıdır;

· Elmi-tədqiqatların aparılmasının iş planı və proqramlarının işlənməsini həyata keçirmək, fərdi və tədqiqat qrupları üçün tapşırıqlar hazırlamaq qabiliyyəti;

· Peşə istiqamətinə uyğun olaraq öz fəaliyyətini elmi əsaslarla təşkil etmək, təhlil etmək, nəticələr çıxarmaq, əldə olunan məlumatları kompüter üsulu ilə işləmək qabiliyyəti;

· Milli iqtisadiyyatın ayrı-ayrı sahə və sferalarının inkişafı, proqnozlaşdırılması, modelləşdirilməsi, tənzimlənməsi, qiymətləndirilməsi sahəsində, ətraf mühitin qorunması, turizmin inkişafı, əməyin iqtisadiyyat, sahəsində nəzəri-metodoloji və əməli xarakterli tədqiqatlar aparmaq mexanizmlərini, prinsiplərini müəyyənləşdirmək, modelləşdirmək, proqnozlaşdırmaq, reallaşdırmaq, onların nəticələrini dəyərləndirmək və bu prosesin səmərəliliyini artırmaqla bağlı konkret tədbirlər planı hazırlamaq qabiliyyəti;

· İstehsal və sosial-mədəni sahələr üzrə makroiqtisadi siyasəti tənzimləmə, qiymətləndirmə, əməyin iqtisadiyyatı və təşkili, ətraf mühitin qorunması, turizmin və mədəniyyətin inkişafı fəaliyyətinə aid olan proseslərin, obyektlərin nəzəri və iqtisadi, riyazi modellərini işləyib hazırlamaq və reallaşdırmaq qabiliyyəti;

· Milli iqtisadiyyat, onun ayrı-ayrı istehsal, sosial-mədəni sahələrinin, ətraf mühitin mühafizəsi, təşkili, idarə olunması və tənzimlənməsi prosesini əməli cəhətdən reallaşdırmaq üçün normativ-hüquqi sənədlərdən, qanunvericilik aktlarından yaradıcılıqla istifadə etmək qabiliyyəti;

· Sistemli və kompleks yanaşma əsasında dövlətin makroiqtisadi siyasətini əməli cəhətdən reallaşdırmaq üçün proqnozlaşdırma, proqramlaşdırma, strateji planlaşdırma əsasında iqtisadi-riyazi modellər qurmağı, informasiya texnologiyaları və riyazi üsulların tətbiqini həyata keçirmək qabiliyyəti;

· İnnovasiyalı inkişaf modelinə keçidi stimullaşdırmaq məqsədilə iqtisadi və sosial sahələrin iqtisadiyyatı, inkişa

təşkilli və idarə olunmasının, tənzimlənməsinin nəzəri-metodoloji və reallaşdırılmasının əməli cəhətdən effektiv prinsip, meyar və vasitələrini seçmək və müvafiq modellər qurmaq qabiliyyəti;

· Elmi-tədqiqat mövzusunun prioritetlərinin seçilməsi, problemlərin qoyuluşunu, tədqiqatın metodologiyasını və tədqiqatların səmərəliliyini müəyyənləşdirmək qabiliyyəti;

· Öz peşə fəaliyyətini elmi əsaslarla təşkil etmək, informasiya toplamaq, kompüterdən istifadə metodlarına yiyələnmək və onlardan istifadə etmək qabiliyyəti.

 

Məzunların iş tapmaq imkanları

- Milli və beynəlxalq şirkətlər

- Təhsil sahəsində

- İqtisadi strukturlar

- Banklar

- Konsaltinq şirkətləri

- Sığorta şirkətləri

x