Qərbi Kaspi Universiteti

Fakültələr

Maliyyə nəzarəti və audit

İstiqamət Maliyyə

Proqram: Maliyyə nəzarəti və audit üzrə magistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

 

Proqram haqqinda

Maliyyə nəzarəti və audit üzrə magistr proqramı – mühasibat uçotu və maliyyə təhlilini dərindən öyrənən təhsil proqramıdır. Audit sahəsində karyera qurmaq üçün magistrlər nəzəri biliklər və təhlil həyata keçirmə bacarıqlarına nail olacaqlar. Bundan başqa, magistrlər statistik informasiya üzrə müasir elektron təhlil metodlarını tətbiq etmək bacarıqlarına sahib olacaqlar. Magistrlər mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və geniş biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar 

· Kommersiya və qeyri-kommersiya təşkilatlarının maliyyə mühasibat uçotu auditi və vergi aspektləri ilə əlaqədar analitik iş metodlarına malik olma qabiliyyəti;

· Elmi-tədqiqatların aparılmasının işçi plan və proqramlarının işlənilməsini həyata keçirmək, tədqiqatlar qrupu və fərdi icraçılar üçün tapşırıq hazırlamaq qabiliyyəti;

· Maliyyə-kredit sahəsində tədqiqatların aparılma mexanizminin işlənib həyata keçirilməsi, onların nəticələrinin həllini tələb edib, icmal maliyyə hesabatlarının hazırlanması üçün məlumatları hazırlama qabiliyyəti;

· Tədqiqat mövzusu üzrə məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsini həyata keçirmək, tədqiqatın metodunu və məsələlərin həlli vasitələrini müəyyən etmək qabiliyyəti;

· Maliyyə-kredit sahəsi üzrə peşəkar maliyyə və vergi fəaliyyətinə aid tədqiq olunan proseslərin və obyektlərin nəzəri və iqtisadi modellərinin işlənib həyata keçirilməsi qabiliyyəti;

· Maliyyə mühasibat uçotu, audit və vergi fəaliyyəti üzrə tədqiq olunan proses və obyektlərin nəzəri və yeni ekonometrik modellərinin işlənib hazırlamaq qabiliyyəti;

· Maliyyə-kredit üzrə aktual elmi problemləri aşkar edib tədqiqat aparmaq qabiliyyəti;

· İnnovasiyanın səmərəli maliyyə təminatı istiqmətlərini müəyyənləşdirib tədqiqat aparmaq qabiliyyəti;

· Risklərin idarə edilməsi sisteminin işlənib hazırlanması məqsədi ilə təsərrüfat subyektlərinin fəaliyyətində maliyyə-iqtisadi risklərin aşkar edilməsi və tədqiqat aparmaq qabiliyyəti;

· Maliyyə-kredit təşkilatlarının maliyyə dayanıqlılığı problemlərini tədqiq etmək qabiliyyəti.

 

Məzunların iş tapmaq imkanları

- Yerli və beynəlxalq maliyyə institutları və şirkətlər

- Banklar, sığorta şirkətləri və audit firmalarında öz peşə fəaliyyətlərini qura bilər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

https://wcu.edu.az/az/faculties/innovation-and-m

x