Qərbi Kaspi Universiteti

Fakültələr

Dünya iqtisadiyyatı

Qərbi Kaspi Universiteti Dünya iqtisadiyyatı üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramını təklif edir.

Proqramın məqsədi:

  • Beynəlxalq ticarət
  • Beynəlxalq iqtisadi münasibətlər
  • Müasir dünya iqtisadiyyatının problemləri
  • Milli, regional və qlobal səviyyələrdə problemlərinin tənzimlənməsi
  • Dövlət qurumları, beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları

Proqramın tərkib hissəsi olaraq rəsmi metodlar və müasir iqtisadiyyatda istifadə edilə alətləri özündə əhatə edən müstəqil tədqiqat vasitəsi ilə araşdırmalar həyata keçirir.

Universitetin doktorantları və dissertantları elmi işlərin nəticələrinə dair məruzələrlə milli və universitet miqyaslı elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. Doktorantlar (dissertantlar) sahəni əhatə edən nəzəri və metodik əsaslara dair dərin biliklərə yiyələnməklə yanaşı müasir maliyyə və maliyyə sahəsinə aid standartlarda mütəxəssis-alim bacarıqlarına sahiblənirlər ki, bu da onlara başqalarının elmə verdikləri töhvələri anlamaq və sərbəst şəkildə növbəti pillədə də müstəqil elmi işlər görmək imkanı verir. Dissertlanlara tədqiqat layihələrini həyata keçirmək üçün fərdi şəkildə hazırlanmış tədris proqramını təqdim edirik.

Həmçinin, dissertanlar bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz doktorantları üçün beynəlxalq mütəxəssisləri dəvət edir, belə ki, Çexiyadan Jiri Nesiba, Polşadan Marta Gancarczyk, Böyük Britaniyadan Ekaterina Rees-Yaeger, Colin Love, Randall Baker, ABŞ-dan Rise Kelsi, Kanadadan Duglass Ross, İspaniyadan Emmanuel Arcon Martinez Cristobal, Almaniyadan Utah Stoltenberg. Bundan əlavə, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus proqramında iştirak etmə imkanını təklif edir.

Proqramda iştirak və gələcək perspektivlər:

Magistraturanı bitirmiş tələbələrə ali səviyyədə doktorantura tədrisi təklif edilir. Dünya iqtisadiyyatı üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı əsas olaraq Azərbaycanda və ya xaricdə,  ticarət, pul maliyyə, sosial, elmi, texniki, ekoloji və qlobal iqtisadi sahələrində yer almaq üçün tələb olunan ixtisasları qazanmaq istəyən doktorantlar (dissertantlar) üçün nəzərdə tutulub. Bundan əlavə iqtisadiyyat sahəsində Sizin yüksək səviyyədə elmi tədqiqat aparmanıza imkan verir.

Dünya iqtisadiyyatı proqramı üzrə müdafiə olunan doktorantlar:

Qurbanov Firuz Əhməd oğlu - "Qloballaşma  şəraitində Azərbaycanda turizmin inkişafının xarici iqtisadi amilləri". 

Tağıyev Zamir Elşad oğlu - "Beynəlxalq valyuta Fondu ilə Azərbaycan arasında əlaqələrin təkmilləşdirilməsi istiqamətləri".

Muxtarlı Nihad Hafiz oğlu - "Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi".

Balkaya Muhammed Ceyhun oğlu - "Müasir Türkiyədə demoqrafiya və məşğulluq problemləri".