Qərbi Kaspi Universiteti

Fakültələr

İqtisadiyyat

Proqram: İqtisadiyyat bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani / qiyabi

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təhsil proqramı:  PDF_fayl >

Tədris qrafiki:  PDF_fayl >

Matrix:  PDF_fayl >

PTN:  PDF_fayl >

Dərs cədvəli:  PDF_fayl >

Tədris planı 2023:  PDF_fayl >

Tədris planı(qiyabi) 2023:  PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus

Proqram tərkibi>

Programin tərkibi

İqtisadiyyat üzrə bakalavr dərəcəsi proqramı tələbələrə ehtiyac dövründə əlaqədar təşkilati strukturlarla birlikdə resursların bölüşdürülməsi, mühafizəsi və istehsalatını sistemli şəkildə öyrədən çoxsahəli əyani tədris proqramıdır. Proqrama iqtisadi nəzəriyyə, mikro və makro iqtisadiyyat, dünya iqtisadiyyatı və Azərbaycan iqtisadiyyatı, maliyyə və audit, bank işi və menecment daxildir. İqtisadiyyat üzrə bakalavr proqramının məqsədi tələbələri müasir cəmiyyətin iqtisadi aspektləri və çağdaş iqtisadi problemlərin təhlil metodları ilə tanış etməkdir.Tələbələr analitik və riyazi bacarıqlarını, eləcə də tənqidi təfəkkürü inkişaf etdirəcəklər. Əsas diqqət maliyyə və pul problemlərinin həllinə yönəlib. Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər. Proqramı uğurla bitirən tələbələr beynəlxalq şirkətlər, maliyyə idarələri, bank, sığorta şirkətləri, sığorta və auditor firmalarında fəaliyyət göstərə bilərlər.

 

Əldə ediləcək bilik və bacariqlar

  • İqtisadiyyatın tənzimlənməsi, qiymət və qiymətin əmələ gəlməsi, insan resurlarının idarəolunması;
  • Aqrar sferanın iqtisadiyyatı, sosial sferanın iqtisadiyyatı və idarə edilməsi, eknometrika;
  • İqtisadiyyatın inkişafının mövcud vəziyyətini, onun sosial-iqtisadi nəticələrini təhlil etmək, qiymətləndirmək;
  • Sosial-iqtisadi inkişafa dair statistik materiallardan, normativ-hüquqi, qanunvercilik sənədlərdən müstəqil istifadə etmək və onlar haqqında fikir yürütmək, dəyərləndirmək.

Məzunlarin iş tapmaq imkanlari

İqtisadiyyat ixtisası üzrə məzun olan tələbələr əssasən dövlət qurumlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə İqtisadçı olaraq faaliyyat göstərə bilərlər. Bundan əlavə məzunlar tabeliyindən asılı olmayaraq peşəşinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr birliklər, iqtisadi bloka daxil olan nazirlik va komitalarda həmçinin maliyyə və biznes sahələrinda mütəxəssis olaraq da çalışa bilərlər.