Qərbi Kaspi Universiteti

Fakültələr

Dilşünaslıq (İngilis dili)

İstiqamət Filologiya

Proqram: Dilşünaslıq (İngilis dili) üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2300 AZN

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Proqramın tərkibi >

 

Proqram haqqinda

Magistr proqramı dilçilik sahəsində magistrantlara dilçilik mövzularının dərindən öyrənilməsinə şərait yaradan təhsil proqramıdır.

Magistrantlar linqvistik nəzəriyyənin elmi anlayışı, eləcə də dil və mədəniyyət arasındakı münasibətləri öyrənəcəklər.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında hərtərəfli geniş təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar 

· Elmi-tədqiqat və elmi axtarışlar işinin aparılması;

· Dilşünaslıq elminin inkişafının əsas istiqamətlərini aspektlər üzrə müstəqil təhlil etmək;

· Öz elmi araşdırmalarının nəticələrini təqdim etmək ;

· Fənlərin ümumi mənzərəsini müstəqil qurmaq;

· Elektron kitabxanalardan, referativ jurnallardan ixtisasın aktual elmi-texniki məlumatlarını əldə etmək;

· Tədris, təlim və ya digər üsullarla öz biliklərini başqasına ötürməyi bacarmaq.

 

Məzunların iş tapmaq imkanları

- Müxtəlif təhsil müəssisələrində

- Dövlət və özəl məktəblər, universitetlər və kolleclər, beynəlxalq şirkətlərdə (reklam, redaktor köməkçisi, müxbir, məsul redaktor, korrektor, prezentasiya mətni yazan, tərcüməçi və s.) peşə fəaliyyətlərini qura bilərlər

x