Qərbi Kaspi Universiteti

Fakültələr

Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya)

İstiqamət Filologiya

Proqram: Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya) üzrə magistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2300 AZN 

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

 

Proqram haqqinda

Ədəbiyyat üzrə magistr proqramı magistrantlara tarixi mənbələrin, ədəbi tənqidin, tarix və dilçiliyin dərindən öyrənilməsi üçün təqdim olunan təhsil proqramıdır. Qabaqcıl ədəbi tədqiqatların öyrənilməsi, magistrantlara dünyanın ən müasir ideyaları və yaradıcılıq konsepsiyaları ilə tanış olmaq, yenidən maraq doğuran klassik əsərləri təhlil edib, müxtəlif janrlarda yazılmış müasir əsərlərin interpretasiyası ilə tanış olmaq imkanı yaradır. Bu mürəkkəb və stimullaşdırıcı intellektual məsələ, magistrantlara çətin məlumatların təhlili ilə yanaşı, həm də onların ehtimallara yol verməmək, ziddiyətli fikirləri müqayisə edərək, effektiv nəticə əldə etmək qabiliyyətini yaxşılaşdırır. Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında hərtərəfli geniş təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar 

· Elmi-tədqiqat və elmi axtarışlar işini aparmaq;

· Filologiya elminin inkişafının əsas istiqamətlərinin müxtəlif aspektləri üzrə müstəqil təhlil aparmaq;

· Öz elmi araşdırmalarının nəticələrini təqdim etmək;

· Fənlərin ümumi mənzərəsini müstəqil qurmaq;

· Elektron kitabxanalardan, referativ jurnallardan ixtisasın aktual elmi-texniki məlumatlarını əldə etmək;

· Tədris, təlim və ya digər üsullarla öz biliklərini başqasına ötürməyi bacarmaq.

 

Məzunların iş tapmaq imkanları

- Elm və təhsil müəssisələrində

- Elmi-tədqiqat institutlarında

- Özəl və ictimai təşkilatlarda öz peşə fəaliyyətlərini qura bilərlər

- Eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

x