Qərbi Kaspi Universiteti

Fakültələr

Filologiya (Ingilis dili və Ədəbiyyatı)

Proqram: Filologiya (ingilis dili və ədəbiyyatı) üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

Tədris planı 2023: PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis dili 

Proqram tərkibi>

 

Program haqqında

Proqramın məqsədi ixtisas dili üzrə filoloji dünyagörüşü və ixtisaslaşmanı təmin etmək; özəl və ya dövlət müəssisələrində bakalavr səviyyəsində filoloq mövqeyi tutmaq üçün bilik vermək, eyni zamanda ixtisas üzrə filologiya fənlərini yüksək keyfiyyətlə mənimsətmək, tənqidi mühakimə qabiliyyətini formalaşdırmaq və müxtəlif tapşırıqları yerinə yetirmək bacarıqları aşılamaqdır. Filologiya ixtisası dilçilik və ədəbiyyatşünaslıqda ixtisas dilinin dil və ədəbi prosesləri, o cümlədən bu iki sahədə gedən ümumi inkişaf meyillərini əhatə edir. Burada filologiyanın xüsusiyyətləri, onun elmi problemləri, dünya filologiya fikri ilə əlaqəsi öz əksini tapır. Bu ixtisas tələbələrdə filologiya elmini əhatə edən bilikləri aşılayır. Dərslər respublikada və respublikadan kənar mövcud dərsliklərin potensialından istifadə etməklə tədris edilir. Bizim əsas hədəfimiz həm ədəbiyyat, həm də dilçilik sahəsində ixtisas dili üzrə filologiya elminin bütün incəliklərinə yiyələnmiş kadr resurslarının hazırlanmasıdır.

 

Əldə ediləcək bilik və bacarıqlar

  • Filologiya (ixtisas dili və ədəbiyyatı) sahasində təməl araşdırma vərdişlərinə sahib olmaq;
  • İxtisas dilini onun müxtəlif aspektlari və funksional üslubları baxımından darindən öyrənmək;
  • Dilşünaslıq və ədəbiyyatşünaslıq sahəsində fundamental konsepsiyalar haqqında bilik va tanqidi baxış inkişaf etdirmək;
  • Dilin spesifikası, mahiyyəti və funksiyaları barəda müfəssəl biliyə sahib olmaq;
  • Dilşünaslıq sahələrində tatbiq edilən ümumi metod va üsulları mənimsəmək va kiçik həcmli tədqiqatlarda tətbiq edə bilmək;
  • Dilçilik elminin tarixi, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında biliyə sahib olmaq.

 

Məzunların iş tapmaq imkanları

Proqramı uğurla başa çatdıran məzunlar dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlannda və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müassisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq faaliyyət göstərə bilərlər. Bundan əlava,

məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik ve komitələrdə hamçinin agentliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis/ məsləhətçi olaraq da çalışa bilərlər.

 

İNGİLİS DİLİ VƏ ƏDƏBİYYATI İXTİSASINDA tədris olunan fənnlər

  1. Peşəkar tərcümənin əsasları
  2. Öyrənilən əsas dil-1
  3. Öyrənilən əsas dil-2
  4. Öyrənilən əsas dil-3
  5. Öyrənilən əsas dil-4
  6. Yazılı tərcümə-1
  7. Yazılı tərcümə-2
  8. Praktiki tərcümə
  9. Diplomatik sənədlərin tərcüməsi
  10. KİV tərcüməsi
  11. Ölkə ədəbiyyatı tarixi (1945–2000)
  12. Dünya ədəbiyyatı (Qədim dövr)
  13. Ölkə ədəbiyyatı (XVI–XIX əsrlər)
  14. Tələffüz və şifahi nitq vərdişləri-1
  15. Tələffüz və şifahi nitq vərdişləri-2
  16. Tələffüz və şifahi nitq vərdişləri-3
  17. Ədəbiyyatşünaslığa giriş
  18. İdiomatik ingilis dili
  19. Öyrənilən əsas dil-2
  20. Xarici dildə işgüzar akademik kommunikasiya-1
  21. Xarici dildə işgüzar akademik kommunikasiya-2
  22. Xarici dildə işgüzar akademik kommunikasiya-3
  23. Tərcüməçinin oxu vərdişləri-1
  24. Tərcüməçinin yazı vərdişləri-1
  25. Tərcüməçinin oxu vərdişləri-2
  26. Tərcüməçinin yazı vərdişləri-2
  27. Tərcümə və mədəniyyətlərarası ünsiyyət
  28. X blok: SF1 Hüquqi tərcümə
  29. X blok: SF1 Siyasi tərcümə
  30. Akademik yazı
  31. IX blok: 1 Ekologiya sahəsi üzrə tərcümə
  32. Tərcümə və müqayisəli üslubiyyət
  33. Tərcümə nəzəriyyəsi
  34. Kompüter tərcümə proqramları
  35. Sənədləşmə və terminologiya
  36. Yazılı mətnin şifahi tərcüməsi
  37. Ardıcıl tərcümə və qeydgötürmə texnikası
  38. Şifahi tərcümə
  39. SF VIII Romantizm dövrü, yazıçıların üslubi xüsusiyyətləri
  40. Şekspirin yaradıcılığı
  41. Müxtəlif mədəni kontekstlərin tərcüməsi
  42. Üslubiyyat və ritorika
  43. Ölkə ədəbiyyatı tarixi
  44. Dünya ədəbiyyatı
  45. Ümumi dilçilik
  46. Dil tarixi
  47. Dilçiliyə giriş
  48. SF 9 İngilis dilində ədəbiyyat mütaliəsi
  49. Uşaq ədəbiyyatı
  50. Linqokulturologiya
  51. İngilis dili ölkələrin dil və mədəniyyəti
  52. Ölkəşünaslıq
  53. Hekayə janrı
  54. Dramaturgiyaya giriş
  55. Leksikologiya

Seçmə fənlər:

  • KİV tərcüməsi
  • Diplomatik sənədlərin tərcüməsi
  • Praktiki tərcümə
  • İdiomatik ingilis dili
  • SF 9 İngilis dilində ədəbiyyat mütaliəsi
  • SF VIII Romantizm dövrü, yazıçıların üslubi xüsusiyyətləri
  • Ekologiya sahəsi üzrə tərcümə
  • Hüquqi tərcümə
  • Siyasi tərcümə