German dilləri
Qərbi Kaspi Universiteti German dilləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramını təklif edir.
Proqramın məqsədi:
- Sinxron və diaxronik dilçilikdə metodoloji və praktik məsələlərlə məşğul olacaq dilçilik üzrə yüksək ixtisaslı ekspertlərin yetişdirilməsi.
- Sinxron və diaxronik metodlardan istifadə etməklə tədqiqat prosedurlarını gücləndirmək
- Ümumi ədəbiyyat nəzəriyyəsi
- Xarici dil təhsili sahəsində peşə fəaliyyətinin nəzəri və metodoloji əsaslarının formalaşdırılması
- Filologiyanın mütəxəssisi, peşəkar səviyyədə bacarıqların formalaşması.
- Qərb Universitetində tədqiqat/tədris qruplarının cari strukturunun inkişaf etdirilməsi və mövcud müəllimlərə ixtisas artırma kurslarına dair imkanların təqdim edilməsi.
Universitetin doktorantları və dissertantları elmi işlərin nəticələrinə dair məruzələrlə milli və universitet miqyaslı elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. German dilləri üzrə doktorantura proqramının doktorantları (dissertantları) öz sahələrində tədqiqat apara biləcək yüksək ixtisaslı kadrlardır (bir və ya bir neçə German dilli sahə). Onlar seçilmiş German dili ədəbiyyatını təhlil edə bilir, eyni zamanda sinxron və diaxronik metodlardan istifadə etməklə tədqiqat prosedurlarını daha da gücləndirmək iqtidarındadırlar. Bundan başqa onlar ümumi ədəbiyyat nəzəriyyəsi, seçilmiş German dilləri sahəsi üzrə xüsusi bacarıq və dərin biliklərə sahib olurlar. Dissertlanlara tədqiqat layihələrini həyata keçirmək üçün fərdi şəkildə hazırlanmış tədris proqramını təqdim edirik.
Həmçinin, dissertanlar bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz doktorantlar üçün beynəlxalq mütəxəssisləri dəvət edir, belə ki, Böyük Britaniyadan Svetlana Kurtes, Alum Bati, Rusiyadan Maria Maltseva, ABŞ-dan Səid Naxçivani, Chelsea Cervantes, Rise Kelsi, Kanadadan Duglass Ross, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal. Bundan əlavə, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus proqramında iştirak etmə imkanını təklif edir.
Proqramda iştirak və gələcək perspektivlər:
Məzunlar akademik sahədə işləmək üçün keyfiyyətli kadrlardır (universitet, tədqiqat mərkəzləri və sair); sahib olduqları dil bacarıqları və eyni zamanda geniş miqyaslı təhsilləri onların mədəni müəssisələr, media, diplomatiya və başqa sahələrdə işləməsinə imkan verir.
German dilləri proqramı üzrə müdafiə olunan doktorantlar:
Cahangili Təbərrük Fərrux oğlu - "İngilis dilində “ailə” konseptinin linqvopraqmatik xüsusiyyətləri".
Şahbazlı Çinarə Zahid qızı - "İngilis dilində nəzakət bildirən söz və ifadələr ".