Qərbi Kaspi Universiteti

Fakültələr

Dünya ədəbiyyatı

Qərbi Kaspi Universiteti Dünya ədəbiyyatı üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı təklif edir.

Proqramın məqsədi:

  • Dünya ədəbiyyatı üzrə metodoloji və praktik məsələlərlə məşğul ola biləcək yüksək ixtisaslı ekspertlərin hazırlanması.
  • Qərb Universitetində tədqiqat/tədris qruplarının cari strukturunun inkişaf etdirilməsi və mövcud müəllimlərə ixtisas artırma kurslarına dair imkanların təqdim edilməsi

Dünya ədəbiyyatı üzrə doktorantura proqramının doktorantları (dissertantları) öz sahələrində tədqiqat apara biləcək yüksək ixtisaslı kadrlardır . Onlar seçilmiş Dünya ədəbiyyatını təhlil edə bilir, eyni zamanda sinxron və diaxronik metodlardan istifadə etməklə tədqiqat prosedurlarını daha da inkişaf etdirmək səriştəsinə malikdir. Eləcə də onlar ümumi ədəbiyyat nəzəriyyəsi, seçilmiş German dilləri sahəsi üzrə xüsusi bacarıq və dərin biliklərə sahib olurlar. Məzunlar akademik sahədə işləmək üçün peşəkar kadrlardır (universitet, tədqiqat mərkəzləri və sair); onlar sahib olduqları bilik və bacarıqları üzrə və eyni zamanda Akademiya, Universitet və kolleclərdə işləmək səlahətini və tədqiqatlarını davam etdirmək imkanları qazanırlar.

Universitetin doktorantları və dissertantları elmi işlərin nəticələrinə dair məruzələrlə milli və universitet miqyaslı elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. Dünya ədəbiyyatı üzrə doktorantura proqramının doktorantları (dissertantları) öz sahələrində tədqiqat apara biləcək yüksək ixtisaslı kadrlardır. Onlar dünya ədəbiyyatının təhlil edə bilir, ümumi ədəbiyyat nəzəriyyəsi biliklərinə sahibdirlər.

Həmçinin, dissertanlar bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz doktorantları üçün beynəlxalq mütəxəssisləri dəvət edir, belə ki, Böyük Britaniyadan Colin Love, Randall Baker, ABŞ-dan Chelsea Cervantes, Alum Bati, Səid Naxçivani, Rise Kelsi, Kanadadan Duglass Ross, Rusiyadan Maria Maltseva, Almaniyadan Utah Stoltenberg, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal. Bundan əlavə, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus proqramında iştirak etmə imkanını təklif edir.

Proqramda iştirak və gələcək perspektivlər:

Məzunlar akademik sahədə işləmək üçün keyfiyyətli kadrlardır (universitet, tədqiqat mərkəzləri və sair); sahib olduqları dil bacarıqları və eyni zamanda geniş miqyaslı təhsilləri onların mədəni müəssisələr, media, diplomatiya və başqa sahələrdə işləməsinə imkan verir.

Dünya ədəbiyyatı proqramı üzrə müdafiə olunan doktorantlar:

Allazova Ülviyyə Kamran qızı - "Qrem Qrin realizminin əsas xüsusiyyətləri".