Qərbi Kaspi Universiteti

Fakültələr

Azərbaycan dili və ədəbiyyatı

Azərbaycan dili və ədəbiyyatı kafedrası filologiya və tərcümə məktəbinin bir hissəsidir. Kafedranın akademik tərkibinə 2 dosent, 3 filologiya üzrə fəlsəfə doktoru, 4 müəllim daxildir. Kafedrada tələbələrə Azərbaycan dilinin fonetik, leksik, qrammatik quruluşunun müasir səviyyəsini, eləcə də dilimizin tarixi inkişafını öyrədən fənlər tədris edilir. Fənlər nəzəri və praktiki səciyyə daşıyır. Fənlər əsasında dilin və dilçiliyin aktual məsələləri, dilin mahiyyəti və funksiyaları, dilçiliyin tədqiqat metodları, eləcə də dilin daxili strukturu ilə bağlı məsələlər araşdırılır. Ədəbi dil ilə yanaşı,  Azərbaycan dili dialektləri də öyrədilir ki, bu da dilimizin tarixi inkişafını əks etdirmə baxımından əhəmiyyət kəsb edir. Fənlərdən “Turkologiya” kursu türksistemli dillərin dünya dilləri içərisində yerini müəyyənləşdirir.Kfedrada tədris edilən “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni isə Qərbi Kaspi Universitetinin bütün fakültələri və ixtisaslarında tədris edilir.

Ədəbiyyat üzrə tədris edilən fənlər Azərbaycan ədəbiyyatının ən qədim dövründən başlayaraq müasir dövrə qədər keçdiyi inkişaf mərhələlərini əhatə edir. Bununla yanaşı tələbələr Avropanın, Amerikanın, Rusiyanın və digər ölkələrin tanınmış ədəbi xadimləri ilə tanış olurlar.

 

Azərbaycan dili və ədəbiyyatı kafedrasında tədris edilən fənlərin siyahısı

  1. Azərbaycan dilinin üslubiyyatı və nitq mədəniyyəti
  2. Üslubiyyat və ritorika
  3. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  4. Öyrənilən əsas dil-1(Azərbaycan dilinin fonetikasi)
  5. Öyrənilən əsas dil-2(Azərbaycan dilinin leksikası)
  6. Öyrənilən əsas dil-3(Azərbaycan dilinin morfologiyası)
  7. Öyrənilən əsas dil-4(Sintaksis-1)
  8. Öyrənilən əsas dil-5(Sintaksis-2)
  9. Ölkə ədəbiyyatı tarixi-1 (XII əsrə qədərki Azərbaycan ədəbiyyatı)
  10. Ölkə ədəbiyyatı tarixi-2 (XII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı)
  11. Ölkə ədəbiyyatı tarixi 3(XIX əsr Azərbaycan ədəbiyyatı)
  12. Ölkə ədəbiyyatı tarixi-4 (XX əsrin əvvəlləri və xalq Cümhuriyyəti dövrü Azərbaycan ədəbiyyatı)
  13. Ölkə ədəbiyyatı tarixi-5(1920-1991-ci illər  Azərbaycan ədəbiyyatı)
  14. Ölkəşünaslıq
  15. Ədəbiyyatşünaslığa giriş
  16. Şifahi xalq ədəbiyyatı
  17. Ədəbiyyat nəzəriyyəsi
  18. Dünya ədəbiyyatı-1 (Antik və orta əsrlər dövrü)
  19.  Dünya ədəbiyyatı-2 (Yeni dövr)
  20. Dünya ədəbiyyatı-3 (20-21-ci əsr Avropa,Amerika ədəbiyyatı)
  21. Dünya ədəbiyyatı-4(Türk,Şərq və Şərqi slavyan xalqları)
  22. Ümumi dilçilik
  23. Dilçiliyə giriş
  24. Azərbaycan ədəbi dil tarixi
  25. Azərbaycan dialektologiyası
  26. Dil tarixi
  27. Qədim dil(Türk dili)
  28. Türkologiya giriş
  29. Azərbaycan dilinin tarixi qrammatikası
  30. Ədəbiyyat və milli mədəni kimlik

 

Seçmə fənn bloku

  1. Müasir Azərbaycan dili
  2. Dilçilikdə tədqiqat metodları
  3. Leksilogiya
  4. Azərbaycan onomastikası
  5. Azərbaycan toponimləri.
  6. Müasir dilçilik təlimləri.
  7. Türkologiya
  8. Tarixi qrammatika
  9. Müqayisəli qrammatika
  10. Kompüter dilçiliyi
  11. Azərbaycan ədəbi dilinin tarixi
  12. Psixolinqivistika
  13. Ədəbi cərəyanlar
  14. Mətn sintaksisi
  15. Bədii mətnin linqvistik təhlili
  16. Qədim türk yazılı abidələrinin dili
  17. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
  18. Müqayisəli ədəbiyyatşünaslıq
  19. Əski Azərbaycan yazısı
  20. Orta əsrlər Azərbaycan yazılı abidələrinin dili
  21. Mifologiya.
  22. Rus ədəbiyyatı.
  23. Mühacirət ədəbiyyatı
  24. Azərbaycan dialektologiyası
  25. Sintaksisin aktual problemləri
  26. Etnolinqivistika.
  27. Ədəbi tənqid
  28. Azərbaycan  dramaturgiyası
  29. Türk xalqlarının ədəbiyyatında türk mifologiyası.
  30. Bədii mətnin linqvistik təhlili
  31. Müasir dilçilik təlimləri
  32. Bədii mətnin poetik təhlili
  33. Uşaq ədəbiyyatı
  34. Azərbaycan ədəbiyyatında ədəbi məktəblər
  35. Azərbaycan ədəbi tənqid tarixi
  36. Yeni Avropa ədəbiyyatı
  37. Folklor araşdırmaları
  38. Müqayisəli ədəbiyyatşünaslıq
  39. Azərbaycan dilinin orfoepiya problemləri
  40. Azərbaycan ədəbiyyatı ümumşərq kontekstində
  41. Nizami və dünya ədəbiyyatı
  42. Orta əsr Azərbaycan yazılı abidələrinin dili
  43. Azərbaycan ədəbiyyatında ədəbi məktəblər

 

Bizimlə Əlaqə

Ünvan: Azərbaycan, Bakı, İzzəddin Həsənoğlu 4A

İndeks: AZ1001

Telefon: +994 12 567 29 35

Email: department.azerbaijani.language.literature@wcu.edu.az