Qərbi Kaspi Universiteti

Fakültələr

İngilis dili və tərcümə

Tərcümə kafedrasının əsas məqsədi İngilis dili sahəsində yüksək ixtisaslı tərcüməçilər hazırlamaqdır.Təhsil müddəti ərzində tələbələr tərcümənin fundamental sahələri ilə, nəzəri və praqmatik sahələri ilə tanış olur. Tələbələr xüsusilə, bir neçə dillər arasında şifahi və yazılı tərcümənin mədəniyyətlərarası problemləri ilə yaxından tanış olurlar. Bir çox dərslər interaktiv təlim prosesinə cavab verən yüksək dil laboratoriyaları ilə təchiz olunublar. Yüksək keyfiyyət və standartlara cavab verən kafedra müasir dərs vəsaitlərindən istifadə edir, və ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Rusiya, İspaniya, Portuqaliya, Çexiya Respublikası və Polşanın professional tərcüməçiləri ilə əməkdaşlıq edir.

Tərcümə kafedrasında tədris edilən fənlər:

  • Tərcümə nəzəriyyəsi
  • Tərcümənin müasir problemləri
  • Yazılı tərcümə
  • Mətnlərin tərcüməsi
  • Şifahi tərcümə