Qərbi Kaspi Universiteti

Universitet

Abituriyent Məsləhət Mərkəzi

Dövlət İmtahan Mərkəzi (DİM) və Qərbi Kaspi Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Qərbi Kaspi Universitetin ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılmışdır. Mərkəzimizdə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.  

Abituriyentlər onları maraqlandıran problemlərlə bağlı “Abituriyent Məsləhət Mərkəzi”nə aid abituriyent@wcu.edu.az elektron poçt ünvanına suallarını göndərə bilərlər.